Ecazkar füsunkar: Təbii sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur davamlı tədbirlər həyata keçirilir. Park qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

 

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora faunasına görə fərqlənir maraq doğurur.

Qəzetimizin bu sayında Milli parklar seriyasından Altıağac Milli Parkı haqqında yazını dərc edirik.

 

"Respublika".

 

Altıağac Milli Parkı

 

Altıağac Milli Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə Xızı Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Ərazisi 11035 hektar olan Milli Park Altıağac Dövlət Təbiət Qoruğu ona həmsərhəd olan meşə fondu torpaqlarının bazasında təşkil olunmuşdur.

Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora fauna növlərinin bərpası, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə , tədqiqatlar, turizm istirahət üçün şəraitin yaradılması əhalinin ekoloji cəhətdən maarifləndirilməsidir.

Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac rayon mərkəzindən 12-14 kilometr aralıda yerləşir. Orta əsrlərdə Şirvanşahlar dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdır. Altıağac yolçuların dəvə karvanlarının düşərgə salıb dincəldiyi yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, tunc dövründən burada insanlar yaşayır. Qəsəbənin şimal şərqində XII əsrdə tikilmiş qalanın qalıqları mövcuddur.

Burada qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.

Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Meşələri əmələ gətirən əsas ağac növləri isə Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu s. kimi kol bitkiləri üstünlük təşkil edir. Təmiz palıd, fıstıq vələs meşələri azdır. Aşağı dağ dağətəyi qurşaqlarda əsas komponentlərdən başqa qarışıq halda Qafqaz xurması, ipək akasiyası, Hirkan ənciri, heyva, ağyarpaq qovaq, qarağac su qıraqlarında isə xüsusilə söyüd, Qafqaz yemişanı, əzgil, bəzən xırda alça kolları, fars böyürtkəni, hündür mərəvçə s. müxtəlif növlər var. Dəniz səviyyəsindən 1600 metr hündürlükdə qaragilə, nadir halda qaraçöhrə, meşə gilası, dəfnəgilənar, şabalıd s. bitkiləri görmək olar.

Milli Parkın ərazisindən Ataçay onun bir sıra kiçik qolları keçir. Ataçay öz başlanğıcını Dübrar dağının 1870 metr hündülüyündən götürərək, Xəzər dənizinə tökülür. Suyundan suvarma məqsədləri üçün istifadə olunur.

Böyük Qafqazın digər regionlarına nisbətən buranın heyvanları xeyli azdır. Altıağac Milli Parkının ərazisində məməlilər sinfinə aid olan 6 dəstədə 40 növ qeydə alınmışdır. Ərazidə məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq, yırtıcılar dəstəsinə aid olan ön Asiya bəbiri, ayı, zolaqlı kaftar, canavar, vaşaq, çaqqal, porsuq, meşə pişiyi, tülkü, su samuru, yenot, daşlıq dələsi s. başqa növlərə rast gəlinir. Ərazidə adları Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan quş növləri diqqəti daha çox cəlb edir.

Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Reabilitasiya Klinikası fəaliyyət göstərir. Mərkəz ölkəmizin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsində heyvanların təbiətə uyğunlaşdırılması, reabilitasiyadan sonra yenidən təbiətə buraxılması, bərpası, artırılması profilaktik tədbirlərinin keçirilməsi sahəsində fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 22 avqust 2008-ci il tarixində Altıağac Milli Parkının rəsmi açılışı olmuşdur.

 

Kamil İSMAYIL

 

Respublika. - 2022.- 30 iyul.- S.7.