Müasir layihələrin regionların sosial-iqtisadi inkişafında rolu

 

Səməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə aparılan islahatlar nəticəsində dayanıqlı siyasi makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti yüksəlmiş, maliyyə imkanları xeyli artmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, sosial, mədəni, bir sözlə, bütün sahələrdə yüksək nəticələr əldə edilmiş, bu da respublikamızın beynəlxalq aləmdə nüfuz qüdrətinin artmasına səbəb olmuşdur. Bu gün respublikamız heç bir kənar maliyyə mənbəyindən asılı olmayan, kifayət qədər güclü rəqabətqabiliyyətli iqtisadiyyata malikdir.

Cənab İlham Əliyev ölkə Prezidenti kimi fəaliyyətinin ilk günlərindən başlayaraq respublikamızda regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirmiş, onun rəhbərliyi ilə müxtəlif Dövlət proqramları qəbul edilmiş kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi ilə bağlı qəbul edilərək həyata keçirilən Dövlət proqramları ölkədə uğurla aparılan davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin, yerlərinin açılması ilə əhalinin məşğulluq probleminin aradan qaldırılmasına yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Ölkəmizin iqtisadi baxımdan dirçəlişinə, regionların sosial-iqtisadi inkişafına, əhalinn sosial rifahının yaşayış səviyyəsinin yüksəlişinə rəvac verən bu Dövlət proqramlarının icra olunaraq tam həyata keçirilməsi, ilk növbədə respublikamızda kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi hər zaman respublikamızın qarşısında duran ən vacib məsələlərdən biri olmuşdur. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk günlərdən kənd təsərrüfatı sahəsini iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir.

Kənd təsərrüfatı sahəsinin davamlı dinamik inkişaf etməsində isə meliorasiya su təsərrüfatı sahəsi xüsusi rol oynayır. Belə ki, ərazisinin böyük hissəsi arid zonada yerləşən respublikamızda torpaqları suvarma suyu ilə təmin etməklə, ərazidəki torpaqlarda vaxtaşırı meliorativ tədbirlər aparmaqla, müasir suvarma texnologiyalarından istifadə olunması ilə torpaqlardan əkin üçün yararlı vəziyyətə gətirmək, ondan yüksək məhsuldarlıq əldə etmək olar. Respublikamızda şirin su ehtiyatlarının o qədər bol olmaması su təsərrüfatı meliorasiya sahəsində həyata keçirilən layihələrin kifayət qədər keyfiyyətlə hazırlanmasını, su ehtiyatlarından maksimum dərəcədə səmərəli istifadə olunmasını zəruri edir. Bütün bu reallıqları düzgün qiymətləndirən respublikamızın melioratorları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Belə ki, ölkə melioratorları bütün imkanlarını səfərbər edərək respublikamızda əkin sahələrinin suvarma suyu ilə təmin olunması, yeni əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin olunması, bir sözlə, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün zəruri olan qarşıya qoyulan bütün vəzifələri vaxtında keyfiyyətlə icra etməyə çalışırlar.

Həmişə olduğu kimi, cari ildə Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC başda olmaqla ölkə melioratorları yüksək əzmkarlıqla ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq tövsiyələrini rəhbər tutaraq meliorasiya su təsərrüfatı sahəsində respublikamızda kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafı baxımından olduqca mühüm əhəmiyyətli layihələr həyata keçirirlər.

Onu da qeyd edək ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən meliorasiya su təsərrüfatı obyektlərinin əksəriyyətinin layihə-smeta sənədləri Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC rəhbərliyi altında fəaliyyət göstərən Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət ("Azdövsutəslayihə") İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanır.

Son bir ildə institutumuzun kollektivi tərəfindən ölkəmizdə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatı sahəsinin aqrar sektorun inkişafında mühüm rol oynayacaq müxtəlif meliorasiya su təsərrüfatı obyektlərinin layihələri işlənib hazırlanmışdır. Belə ki, "Tərtərçay Sol Sahil Xanarx kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının layihə sənədlərinin hazırlanması", "Zərdab rayonunun Dəkkoba kanalının əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinin layihə sənədlərinin hazırlanması", "Boz-Təpə kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırılmasının hazırlanması layihələndirilmə işlərinin həyata keçirilməsi" layihələrini qeyd etmək olar. Həmçinin, "Türyançay Sağ Sahil kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırılmasının hazırlanması layihələndirilmə işlərinin həyata keçirilməsi", "Türyançay Sol Sahil kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırılmasının hazırlanması layihələndirilmə işlərinin həyata keçirilməsi", "ÇTZ kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırılmasının hazırlanması layihələndirilmə işlərinin həyata keçirilməsi", Qazax rayonunun Xanlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı II Şıxlı kanallarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün nasos stansiyalarının yeraltı suvarma şəbəkələrinin bərpası (II Şıxlı təsərrüfatı üzrə) sairə bu kimi obyektlər əməyimizin məhsuludur. Bu obyektlərlə yanaşı, bir il ərzində əhalinin suvarma içməli suya olan tələbatının ödənilməsi üçün respublikamızın müxtəlif rayonlarında qazılması nəzərdə tutulan 200-ə yaxın subartezian quyusu layihələndirilmişdir.

Hazırda institutumuzda "Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında", "Yeni Cənub kanal sisteminin yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının layihə sənədlərinin hazırlanması" obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.

Eyni zamanda, institutumuzda respublikamızın istismarda olan onlarla su təsərrüfatı meliorasiya obyektində aparılacaq təmir-bərpa işlərinin layihə-smeta sənədləri işlənib hazırlanır. Bundan başqa, institutumuzun mütəxəssisləri tərəfindən respublikamızda inşası aparılan onlarla su təsərrüfatı meliorasiya obyektində müəllif nəzarəti işləri həyata keçirilir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən uzun illər düşmən əsarətində olan ərazilərimiz işğaldan azad edildi. Torpaqlarımız azad edildikcə aydın oldu ki, erməni terrorçuları işğal etdikləri ərazilərimizdə yerləşən bütün şəhər kəndlərimizi yerlə-yeksan etmiş, ətraf mühitə, fauna floraya olduqca ciddi ziyanlar vurmuş, yeraltı yerüstü təbii sərvətlərimizi talana məruz qoymuşlar. Ermənistanın təcavüzkar siyasəti nəticəsində respublikamızın bütün sahələrinə, eləcə , meliorasiya su təsərrüfatı infrastrukturuna xeyli miqdarda ziyan dəymişdir. Bu ərazilərdə yerləşən bütün su təsərrüfatı obyektləri işğalçılar tərəfindən dağıdılmış tamamilə yararsız vəziyyətə salınmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında qarşıda ölkəmizi işğaldan azad olunan ərazilərin bərpa edilməsi kimi mühüm vəzifələrin gözlədiyini bildirmişdir. Azad olunmuş ərazilərin tamamilə bərpa edilərək dirçəldilməsi, o cümlədən meliorasiyasu təsərrüfatı kompleksinin bərpa edilməsi məqsədilə ölkəmizdə xüsusi Proqram qəbul edilmişbu Proqram üzrə müvafiq Tədbirlər Planı işlənib hazırlanmışdır. Bu Tədbirlər Planının həyata keçirilməsi çərçivəsində institutumuzun mütəxəssisləri tərəfindən Bərgüşad, Həkəri və Zabuxçay su anbarlarının konseptual layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Onu da qeyd edək ki, yuxarıda adıçəkilən bütün bu obyektlərin layihə-smeta sənədləri "Azdövsutəslayihə" institutunun kollektivi tərəfindən müasir standartlara cavab verəcək bir formada, elm və texnikanın ən yeni nailiyyətləri tətbiq olunmaqla yüksək keyfiyyətlə işlənib hazırlanır.

Ümid edirik ki, respublikamızda layihə-smeta sənədləri hazırlanan, tikilərək istismara verilən meliorasiya və su təsərrüfatı obyektləri qısa bir zamanda ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına öz müsbət təsirini göstərəcək, həmçinin regionların davamlı inkişafına, ölkə əhalisinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəlişinə yardım edəcək, aparılan hərtəfli islahatların uğur qazanmasına öz mühüm töhfəsini verəcəkdir. İnstitutumuzun kollektivi adından respublikamızın bütün meliorasiya isçilərini peşə bayramı münasibətilə təbrik edir, islərində uğurlar arzulayıram.

 

Elbrus PAŞAYEV,

 

"Azdövsutəslayihə" İnstitutunun

 

direktoru, respublikanın Əməkdar

 

mühəndisi, texnika elmləri namizədi.

 

Respublika.- 2022.- 5 iyun.- S.6.