Azərbaycan-Türkiyə: Sarsılmaz və əbədi birlik

 

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq, qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

arixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bugünkü Azərbaycan-Türkiyə birliyinin təməlidir. Bu birlik hələ çox illər qabaq yaranmış, zaman keçdikcə möhkəmlənmiş, əbədi dostluğa, qardaşlığa çevrilmişdir. Bir millət, iki dövlət olaraq dar gündə ,  xoş gündə   hər zaman bir-birinə arxa, dayaq duran, sevincini, kədərini bölüşən iki qardaş ölkə istər siyasət, istərsə hərb meydanında həmrəylik nümayiş etdirərək güclərinə güc qatırlar.

Müstəqilliyinin ilk illərində Türkiyə Azərbaycanın hərtərəfli inkişafına  yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi elmi-mədəni maraqlarının reallaşmasında mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlik səviyyəsinə yüksəltmişlər.

Ötən  il iyun ayının 15-də Azərbaycanın bütövlükdə Türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"  bunun bariz nümunəsidir.

İki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamədə göstərilən bütün müddəalar  daha yüksək səviyyəli əməkdaşlığın, tərəfdaşlığın təminatıdır. Qars müqaviləsinə, Dostluq Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi tarixən mövcud olan heç bir zaman sarsılmayan dostluq qardaşlıq münasibətlərinin təsdiqidir.

44 günlük  Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olan,  "qardaşlarımızı heç vaxt tək qoymarıq" deyən qardaş Türkiyə dövlətimizə, xalqımıza həm  siyasi, həm mənəvi dəstək olaraq xalqlarımız arasındakı tarixi-mədəni bağları, dil din birliyini  bütün dünyaya göstərdi. Çətin sınaq günlərinin möhkəm etibarlı Azərbaycan-Türkiyə birliyi  gündən-günə daha da möhkəmlənir, əbədiləşir. Tarixin sərt sınaqlarından hər zaman üzüağ çıxan bu birlik bütün  dövrlərdə, bütün məqamlarda özünü büruzə verir: həm xoş, həm çətin gündə...

2018-ci ildən etibarən Türkiyə Respublikası Sənaye Texnologiya Nazirliyi Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən "Teknofest" Aerokosmik Texnologiya Festivalının bu il may ayının 26-da ilk dəfə Türkiyədən kənarda  olaraq Bakıda  keçirilməsi Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının, strateji müttəfiqliyinin möhtəşəm  təntənəsidir.

Gələcəyə birgə addımlayan iki qardaş ölkə  bu festivalı Azərbaycanda gerçəkləşdirməklə bir daha  bütün dünyaya -

 

"Bir millətik, iki dövlət,

 

Eyni arzu, eyni niyyət,

 

Hər ikisi Cümhuriyyət,

 

Azərbaycan-Türkiyə"

 

mesajını göndərdilər.

 

Türkiyədə milli texnologiyaların inkişafında mühüm rol oynayan, bir çox qurumun tərəfdaşlığı ilə ərsəyə gələn aviasiya, kosmos texnologiya festivalı olan "Teknofest" ölkəmizin innovasiya məkanının genişləndirilməsi, gənclərin özlərini sınaması, texnologiya innovasiya sahəsində potensiallarını üzə çıxarması  üçün yeni platformadır.

Türkiyənin ən böyük aviasiya, kosmos texnologiya festivalı olan "Teknofest"in sərgi hissəsində Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət startapın məhsul həlləri nümayiş olunmuş, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənmişdir. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçirmişlər. Festivalda 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti "Rocket League" video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil edilmiş, tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul həllərin, eləcə gənclərin hazırladıqları prototiplər STEM layihələr nümayiş olunmuş, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları vertolyotlar sərgilənmişdir.

Türkiyənin sənaye texnologiya naziri Mustafa Varank çıxışında "Teknofest" iştirakçılarını gələcəyin mütəxəssisləri adlandıraraq müasir dövrümüzdə ölkələrin öz müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalarının, eyni zamanda ölkə gənclərinin bu istiqamətdə bilik bacarıqlarını daim artırmalı olduqlarını bildirmişdir: "10-15 il əvvəl bəzi ölkələr müdafiə sənayesi məhsullarını, PUA-ları satmır, gizli açıq şəkildə embarqo qoyurdular. Türkiyə terrorla, terroristlərlə mübarizə apararkən texnoloji avadanlıqlardan məhrum qalırdı. Amma "milli texnologiya həmləsi" onların planlarını pozdu. Bir zamanlar PUA satmadıqları türk milləti bu gün dövrünün ən mükəmməl texnoloji məhsullarını istehsal edir. Bu gün həmin ölkələr bu meydanda da gördüyünüz türk istehsalı olan texnikaları almaq üçün növbədə dayanıblar".

Aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik bacarıqlarının üzə çıxarılması, eləcə milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması məqsədilə keçirilən festival pilotsuz uçuş aparatları, robototexnika, peyk modelləşdirilməsi digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı vermişdır. Belə ki,  8 texnoloji müsabiqə 3 beynəlxalq tədbirin keçirildiyi festivala 1000 komanda, 5000-dək şəxs müraciət etmiş, Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər  qatılmışlar. Texnologiya müsabiqələri, "Take off Baku" startap sammiti, "Smart Qarabağ" Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, "Rocket League" "Tekken" oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər əyləncə attraksionları  s. komponentlər üzrə təşkil olunan "Teknofest Azərbaycan" iki qardaş xalqın  gənclərinə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək   meydanı  verdi.

 

Türkiyənin "Solo Türk", "Türk Ulduzları", "Hürkuş" aerobatika komandaları, "ATAK" helikopterləri "Akıncı" PUA-, Mİ-24 helikopterləri üçlüyü, MFİ-17  təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini digər quru qoşun birləşmələrinin havadan qorunması himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələrinin havaya qalxması, Türkiyə Azərbaycan Respublikalarının dövlət bayraqlarının "Teknofest" festivalının bayrağının Bakı səmasında dalğalanması isə  əbədi qardaşlığın, dostluğun gündən-günə güclənən, qüdrətlənən Türkiyə-Azərbaycan birliyinin təzahürü idi.

 

Mehparə ƏLİYEVA,

 

Respublika .- 2022.- 5 iyun.- S.1;4.