RƏŞAD MIRABOV
Rəşad Mirabov 3 may 1975-ci ildə
Mingəçevir şəhərində dünyaya göz
açmış, 1982-ci ildə 7 saylı Mingəçevir
şəhər orta məktəbinə getmişdir. O,
doqquzuncu sinfi bitirib, axşam məktəbində təhsil
almaqla yanaşı, atasının
çalışdığı Mərziyə Davudova adına
Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi
işləyib. Orta məktəbi bitirdikdən sonra 1993-cü
ildə Mingəçevir Şəhər Hərbi
Komissarlığı tərəfindən Milli Orduya
çağırılıb. O, əvvəlcə Nasosnıda
(indiki H.Z.Tağıyev qəsəbəsi), sonra isə Səngəçalda
və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı
hissədə kəşfiyyatçı-minaaxtaran peşəsinin
sirlərinə dərindən yiyələnib.
Vətən
ağır günlərini yaşayırdı.
Torpaqlarımızm bir hissəsi işğal olunmuşdu. Rəşadın
xidmət etdiyi hərbi hissə 1994-cü
ilin yanvarında Tərtər bölgəsinə
göndərilir. Buradan isə Füzuliyə
- gərgin döyüşlər gedən zonaya
üz tutur. Hərbi
hissə Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak etdi. O, yenidən Tərtərə dönür.
Ölkədə atəşkəs elan olunduqdan sonra isə
Bakıya - əvvəllər xidmət etdiyi
hərbi hissəyə qayıtdı. Rəşad
ağlına da gətirə bilməzdi ki, o qanlı-qadalı
döyüşlərdən sonra yenə
təhlükəli günlər yaşayacaq.
Bu, 1995-ci ilin 17 mart hadisələri zamanı oldu.
Bir dəstə qiyamçı dövlət
çevrilişinə cəhd etdi.
Danışıqlarla qarşıdurmanı həll etmək mümkün olmadı. R.Mirabov
da həmin gün vətəndaşlıq
borcunu yerinə yetirirdi.
O, qiyamçılara qarşı aparılan əməliyyatda
qəhrəmancasına həlak oldu.
1995-ci
il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin
məkrli niyyətləri bu gün də insanların
yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına
topladığı qeyri-qanuni silahlı birləşmələr
vasitəsilə müstəqilliyimizə qəsd etməyə
cəhd göstərmişdi. Ölkədə
yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən
dağıdıcı qüvvələr Azərbaycanın
beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə
düşərək, xarici himayədarlarının təhriki
ilə dövlət çevrilişinə cəhd etmişdilər.
Qısa bir zamanda, ulu öndər Heydər Əliyevin
müdrik siyasəti nəticəsində, ölkədə
ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar
edilməsi istiqamətində ciddi addımlar
atılmışdır.
Ümummilli
lider Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti
və qətiyyəti müstəqilliyimizə, həmçinin
dövlət çevrilişinə qəsdin
qarşısını aldı. Bundan sonra Azərbaycan
xalqının sabaha, gələcəyə ümidi daha da
artdı. Ulu öndər Heydər Əliyev düşmənlərimiz
tərəfindən təşkil olunmuş dövlət
çevrilişi cəhdlərinin qarşısını
almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik
və iqtisadi dirçəliş üçün zəmin
yaradılmasını özünün dövlətçilik
strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı
ilə Mirabov Rəşad Akif oğluna ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı"
adı verilmişdir.
Rəşad
Mingəçevir şəhərinin Şəhidlər
xiyabanında dəfn edilmiş, təhsil aldığı 7
saylı orta məktəbə onun adı verilmiş, məktəbin
qarşısında və Şəhidlər muzeyində
büstü qoyulmuşdur.
Bu
hadisələrdən keçən 27 ildə Azərbaycan
müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri
genişləndi və mövqeləri möhkəmləndi. Ulu
öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki
zəngin təcrübəsi, xalqına, Vətəninə,
millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və
uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi
sabitlik qorunub saxlanıldı. Bu gün ölkəmiz Cənubi
Qafqaz regionunun lider dövlətinə və güc mərkəzinə
çevrilib.
M.CƏFƏROV
Respublika .- 2022.- 1 may.- S.7.