Böyük
Qayıdışın ilk mərhələsi
Ağalıda - "ağıllı kənd"də reallaşacaq
"Ağalı
kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər,
orada yaşayacaqlar. Bu il Ağalı kəndinin
açılışı olacaq. Bu, birinci pilot
layihədir. Füzulinin Dövlətyarlı
kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi
birləşdirən layihədir. Ağalı kəndindən daha böyük
yaşayış yeri olacaq.
Azad edilmiş digər
rayonlarda kəndlərin yenidən
qurulması layihələri hazırlanır və şəhərlərlə
paralel olaraq biz kəndləri də bərpa edəcəyik".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
44 günlük Vətən
müharibəsindən sonra
Qarabağda bərpa-quruculuq,
yenidənqurma işlərinə
başlandı. İşğaldan azad olunmuş
ərazilərin bərpası
və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata
və yüksək rifaha malik regiona
çevrilməsi istiqamətində
həyata keçirilən
genişmiqyaslı layihələr
Azərbaycanın bölgədə
və regionda sülhün, sabitliyin və əmin-amanlığın
təmin olunmasına verdiyi mühüm töhfədir. Bu gün əsl quruculuq meydanına çevrilən bu ərazilərin, bütövlükdə
Qarabağın dirçəldilməsi
nəticəsində keçmiş
məcburi köçkünlər
öz yurd yerlərinə qayıdacaq
və bununla da Böyük Qayıdışa başlanacaq.
Ötən il dövlət başçısı
İlham Əliyev tərəfindən Zəngilan
rayonunda 110 hektardan çox ərazidə tikinti işləri aparılan ilk "ağıllı
kənd" layihəsinin
təməli qoyulmuş
və bununla da həmin gündən
Böyük Qayıdışın
reallaşmasında ilk addım
atılmışdır. Şəhər
və kəndlərimizin
müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində
ilk pilot layihənin icrasına
Zəngilan rayonunun Ağalı kəndində
start verilmişdir. Birinci
"ağıllı kənd"
pilot layihəsi Zəngilanın
1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə
edir və layihənin icrası, əsasən, 5 komponent - yaşayış, istehsal,
sosial xidmətlər,
"ağıllı kənd
təsərrüfatı" və alternativ enerji sahələri üzrə aparılır.
İlk olaraq "ağıllı kənd"
konsepsiyası əsasında
Ağalı kəndində
200 fərdi ekoloji evin, ikimərtəbəli
4 qeyri-yaşayış binasının,
360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisinə,
eyni zamanda, kənddə içməli
su, çirkab və sel suları
xətlərinin qazma işlərinə başlanmışdır.
Öz doğma yurdlarına qayıdacaq sakinlərin həyat şəraitini hərtərəfli təmin
etmək üçün
burada müasir şəhərsalma standartları
tətbiq olunacaq.
"Ağıllı kənd" konsepsiyası
əsasında yenidən
qurulan kənd həm böyüklüyünə,
həm də son dərəcə müasirliyinə
görə fərqlənəcək. Kəndin yenidən
qurulmasında sakinlərin
təhlükəsizliyi, rahatlığı,
rifah halı, məşğulluğu və
bütün bunların
fonunda gələcək
inkişafı nəzərə
alınmışdır.
"Ağıllı kənd"
layihəsi kəndlərimizə
qayıdacaq insanların
həyat şəraitinin
yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin
"ağıllı kənd
təsərrüfatı" sisteminə keçməsində
mühüm rol oynamaqla yanaşı, həm də müasir çağırışlara
cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqidir.
Özündə kooperativ idarəetmə
sistemini, müasir texnologiyalar əsasında
qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə
və nəzarəti ehtiva edən "ağıllı kənd təsərrüfatı" kəndlərdə
meyvə, tərəvəz,
ət və süd məhsulları istehsalını artırmağa,
emal prosesini müasir tələblərə
uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma
standartlarının tətbiqi,
küçələrin "ağıllı" işıqlandırılması,
isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət
tullantılarının idarə
olunması, su elektrik stansiyalarının,
günəş paneli
stansiyalarının quraşdırılması,
bioqaz enerjisindən istifadə kimi amillər də "Ağıllı kənd"in
komponentləri sırasındadır.
Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri
inşa olunacaq, turizm infrastrukturu yaradılacaq.
Zəngilanın coğrafi mövqeyi rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə
çevirmək üçün
əlverişli imkan yaradır. Bu baxımdan, Prezident İlham Əliyev ötən il aprelin 26-da Zəngilan rayonunda bölgənin inkişafında
mühüm rol oynayacaq və azad edilmiş torpaqlarda ikinci hava limanı olacaq, bütün növ təyyarələri,
o cümlədən ağır
yük təyyarələrini
qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanının da təməlini qoymuşdu.
Bu il istismara
veriləcək Zəngilan
Beynəlxalq Hava Limanı Zəngilanı gələcəkdə beynəlxalq
nəqliyyat-logistika mərkəzinə
çevirəcək.
Azərbaycan Prezidenti İlham
Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin
olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir: "Digər vacib məsələ məşğulluqla bağlıdır.
Ağalı kəndində bu
məsələ nəzərdə
tutulub. Bu il orada yeni müəssisələrin
yaradılması nəzərdə
tutulur. Mən göstəriş vermişdim
ki, keçmiş məcburi köçkünlər
Ağalı kəndinə
qayıdan zaman artıq orada işlə məşğul
olmaq üçün
imkan olsun - həm kənd təsərrüfatında, həm
də dövlət və özəl şirkətlər tərəfindən
yaradılmış müəssisələrdə
insanlar çalışacaqlar...
Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad
olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi
və orada aqrotexniki xidmətin göstərilməsidir".
Zəngilan rayonunda "Dost Aqropark"ın
təməli ötən
il oktyabr
ayının 26-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan tərəfindən
qoyulmuşdur. Dövlət başçıları aqroparkın
ərazisində çinar
ağacı əkmişlər.
Ölkə başçımız Zəngilan rayonunda yaradılan "Dost Aqropark"ın
birinci və nümunəvi aqropark olacağını bildirmiş
və gələcəkdə
belə aqroparkların
sayının artılacağını
vurğulamışdır.
"Dost Aqropark" layihəsi üç mərhələdə
icra olunur. Layihənin birinci mərhələsində
inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq
kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikilir. Kompleksdəki otlaq sahələrində
4 min baş cins qaramalın yetişdirilməsi,
əkinçilik məhsulları
istehsalı və digər fəaliyyətlər
də həyata keçirilir. Layihə
başa çatdıqda
6 min hektar sahədə
bitki mənşəli
istehsal və texnika sahələri yaradılacaq, 10 min baş
cins heyvanın yetişdirilməsi üçün
maldarlıq, eləcə
də toxumçuluq və şitilçilik sahələri salınacaq.
Bununla yanaşı, bütün
bölgəni təmin
etmək gücündə
olan ət emalı və qablaşdırma müəssisəsi
qurulacaq, tutumu 100 min
ton olan kənd təsərrüfatı anbarı
sistemi də inşa ediləcək.
Kompleks bölgənin
toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına
olan tələbatını
da ödəyəcək. "Dost Aqropark"
kompleksində ağıllı
kənd təsərrüfatı
texnologiyaları, bərpaolunan
enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə
əsaslanan fəaliyyət
qurulacaq. Aqropark tam işə düşdükdən
sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Bu gün nəinki
Zəngilana, bütövlükdə
Qarabağa həyat qayıdır. Bu torpaqların
cənnətə çevrilməsi
üçün sürətli
quruculuq işləri həyata keçirilir.
İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyətinin təşkil edilməsi dövlətin qarşıya qoyduğu ən vacib məsələdir. Bu yerlərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir iqtisadi, siyasi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Bütün bunlar isə yaxın illərdə Azərbaycanın dilbər guşəsi Qarabağda yeni, müasir "ağıllı" şəhər və kəndlərin salınacağından xəbər verir. Ağalı kəndindəki "ağıllı" kəndlərin nümunəsində...
Mehparə
ƏLİYEVA,
Respublika .- 2022.- 20 may.- S.3.