Mərifət Nəsibov
Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibovun həyat və döyüş yolu ilə tanış olarkən düşünürsən ki, bu cür övladları olan Vətən əbədiyyətə qədər yaşamağa layiqdir və yaşayacaq. Belə qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki, uğrunda canından keçən övladların var, sən yaşayacaqsan, Azərbaycan!
Birinci
Qarabağ savaşında Vətənimizin ərazi
bütövlüyünü göz bəbəyi kimi qoruyan qəhrəman
oğullarımızdan biri də Mərifət Əhməd
oğlu Nəsibov olmuşdur.
...Qazaxın
Quşçu Ayrım kəndi uğrunda ağır mövqe
döyüşləri gedirdi. Düşmənə
qarşı mərdliklə vuruşan, Azərbaycan
əsgəri erməni quldurlarını geri
çəkilməyə məcbur edirdi. Səngərdə
əlverişli mövqe tutan
Mərifət döyüşçü
yoldaşları ilə ermənilərin atəş nöqtəsini
susduraraq, xeyli hərbi
sursat ələ keçirdi.
Atəşə bir xeyli
ara verildi.
Axşamçağı daşnaklara əlavə
qüvvə gəldi. Onlar yenidən hücumu davam etdirdilər.
Mərifət
Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində
dünyaya göz açmışdır. Mərifət heç vaxt bədii ədəbiyyatdan
ayrılmaz, xüsusilə hekayələri, romanları sevə-sevə
oxuyardı. Mərifət öz
çalışqanlığı ilə müəllimlərinin
diqqətini cəlb edirdi.
Mərifət
Nəsibov sürücülük ixtisasına yiyələndikdən
sonra ordu sıralarına yollanmışdı. Əsgəri xidmətdə dəfələrlə
komandanlığın tərifnamələrinə layiq görülmüşdü.
Hərbi xidməti başa vurduqdan
sonra o, kəndə
qayıtmış, gəlişi toy-bayrama
çevrilmişdi.
Həmin
vaxtlarda Qazaxın sərhəd kəndləri intensiv atəşə
məruz qalır, dinc əhalinin rahatlığı pozulurdu. Belə bir çətin məqamda
qəlbi Vətən, Azərbaycan eşqi
ilə döyünən Mərifət Nəsibov könüllü olaraq Milli Orduya yazıldı.
Torpaqlarımızın müdafiəsində fəal iştirak etdi,
döyüşlərdə şəxsi igidlik
və fədakarlıq nümunəsi göstərdi. O,
torpaqlarımızın müdafiəsində cəsur əsgər
kimi dayanmışdı. 23 yanvar 1992-ci il Mərifət
Nəsibovun son döyüş
günü oldu. O, Qazax rayonunun kəndlərində
gedən mövqe döyüşlərinin
birində qəhrəmancasına həlak oldu.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli, 833 saylı fərmanı
ilə Nəsibov Mərifət Əhməd oğlu
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adına layiq görüldü.
Qazax
rayonundakı H.Əliyev adına parkda qəhrəman
döyüşçünün adına bulaq tikilmişdir.
Qədir ASLAN
Respublika .- 2022.- 22 may.- S.4.