Türkiyə

 

"Ne mutlu türküm diyene!"

 

M.K.ATATÜRK.

 

Türk  - başlanğıcını mükəmməl bir soydan alan, təkamül yolu ilə formalaşan əzəmətli millətin adıdır. Tarix boyu ədalətə dayanan bir hakimiyyət quran türklər milli, diniinsani duyğulara bağlı qalaraq bunların ahəngi içərisində böyük dövlətlər, imperatorluqlar qurmuşlar.

Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi və bununla da Mustafa Kamal Paşa Atatürk türk cümhuriyyətinin əsasını qoydu. Müstəqil Türkiyə dövlətini qurmaq yolunda M.K.Atatürk bir çox çətinlikləri dəf etmişdi. Onun rəhbərliyi altında bəşər sivilizasiyasının qədim etnoslarından olan türklər tarixin ən çətin imtahanlarından, sınaqlarından daim üzüağ çıxmış, öz mövcudluğunu, milli varlıq və özünəməxsusluğunu qorumuş, dövlət qurmaq, müstəqil yaşamaq kimi halal haqqı uğrunda mərdliklə mücadilə aparmış, torpağını, qürurunu hifz edərək müqəddəs bayrağını göylərə qaldırmışdır. Türk xalqının gələcəyi üçün mübarizə aparan Atatürk deyirdi ki, "Hər bir halda mənim bədənim bir gün torpaq olacaq, amma Türkiyə Cümhuriyyəti əbədi yaşayacaq".

Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarixən bir çox sivilizasiyaların mərkəzi olmuşdur. Paytaxtı Ankara olan Avropa, AsiyaAfrika qitələrinin bir-birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkənin torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə və Egey dənizləri ilə əhatə olunur. Bəşər tarixinə özünün mənəvi-əxlaqi möhürünü vuraraq qəbilə, tayfa, xalq və nəhayət IV əsrdən başlayaraq, millət mərhələsinə yüksələn türklər insanlığın yetkinlik, kamillik zirvəsinə ucalmışdılar. Türk tarixi, dili, ədəbiyyatı, incəsənəti həm türklər, həm də qeyri-türklər tərəfindən hər zaman həvəslə, həssaslıqla öyrənilmişdir. Hər bir xalqın mədəniyyəti yaşadığı ərazi, region, mühits. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı da şəksizdir. Bu mənada türk xalqının mədəniyyəti və ədəbiyyatı dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir.

Qədim tarixi, zəngin mədəniyyəti olan Türkiyə bəşəri sivilizasiyanın inkişafında, dünya ictimai-siyasi modelinin, ədəbi-bədii fikrinin formalaşmasında əhəmiyyətli rol oynamış, tarixin siyasi və mədəni səhnəsində öncül yerini daim qoruyub saxlamışdır. Dünya ədəbiyyatının inkişafında yaxından iştirak etmiş, yetişdirdiyi ədəbi şəxsiyyətlər təkcə tarixi vətənin hüdudları daxilində deyil, ondan çox-çox uzaqlarda da öz təkrarsız yaradıcılıqları ilə tanınmış, mənsub olduqları xalqa böyük şöhrət qazandırmışlar.

Ulularından miras qalan türk mədəniyyəti - dövlətçilik mədəniyyəti, sosial-siyasi mədəniyyət, iqtisadi mədəniyyət, mənəvi mədəniyyət, bədii mədəniyyət, humanitar mədəniyyət, ekoloji mədəniyyət və s. qatlara malikdir. Dövlətçilik mədəniyyəti - başlıca olaraq, ulusal dövlət ənənəsində unitar-iyerarxik prinsipi rəhbər tutmaq və idarəetmənin təşkilində inzibati sistemin dayanıqlılığını saxlamaq kimi "qızıl qaydaya" söykənir.

Türkçülüyün silahı və əsas sərvəti türk dilidir. Türklərə ən sədaqətlə xidmət edən, türkü şöhrətləndirən türkün ana dilidi. Bu dil türk millətinə tarixin yolunu göstərən, onu gələcəyə aparan yenilməz bir qüvvədir. Türk dili dünyanın ən böyük, ən şirin və zəngin dillərindən biridir. Ulu türk dilinin kökü üzərində boy atıb şaxələnən türk milli ədəbi dillərinin hər biri poetik sənətkarlığın yüksək səviyyəsini əldə etmişbu dillərdə türkdünya mədəniyyətinin şedevrləri yazılmışdır. Türk klassik bədii mədəniyyəti türk sivilizasiyasının estetik arsenalını yaratmış və bu arsenal üzərində həmin mədəniyyətin yeni zamanlara doğru modernləşməsi öz təbii səciyyəsində mümkün olmuşdur. Türk epos mədəniyyəti dünya mədəniyyətinin hələ kifayət qədər öyrənilməmiş təməli, zəngin tərkib hissəsidir. Türklər dünya ədəbiyyatına misilsiz bədii-fəlsəfi şedevrlər verən dahilər bəxş etmişdilər.

Çoxşaxəli mədəniyyətə malik ölkənin inkişafı böyük Osmanlı İmperiyasının tarixindən başlayır. Türkiyənin adət və ənənələrinin formalaşmasında həm Şərq, həm də Qərb mədəniyyətlərinin təsiri olmuşdur. Rəsmi etiket türk mədəniyyətində böyük əhəmiyyət daşımış, sosial qarşılıqlı əlaqənin ən vacib formalarını müəyyənləşdirmişdir.

Dəqiqlik, nəzakətlilik və qonaqpərvərlik etiketinə böyük önəm verən türk xalqı əxlaq və mənəviyyatın, ailə və cəmiyyət quruluşunun, milli ənənələrə sadiqlik xarakterinin bütün zənginliklərini özündə ehtiva etmişdir. Yerli sakinlər üçün ailə bağlarına hörmət etmək adətdir, buna görə də onlar hər zaman bir-birlərinə baş çəkir, ailənin gənc üzvlərinə kömək edir və yaşlı nəslə dəstək olurlar. Türkiyədə ağsaqqalların əlini öpərək alına aparmaq adəti böyüyə olan hörmət əlaməti hesab edilir. İnsan mənəviyyatını yüksək dəyərləndirən türklər qadına sevgini daim uca tutur, "Ana haqqı - Tanrı haqqı!" hesab olunur. Evlilik, toy ənənələri və adətləri də müqəddəs sayılır.

Türk mədəniyyəti, adət-ənənələri o qədər çoxşaxəlidir ki, onu dar çərçivəyə sığdırmaq çətindir. Xalqın tarixini yalnız muzeylərini, abidələrini görməklə yox, həm də mətbəxini tanımaqla öyrənmək olar. Dünya mətbəxinin bir çox tarixçisi dünyada yalnız üç böyük mətbəxin olduğunu söyləyir: çin, fransız və türk. Həqiqətən, türk milli mətbəxi əsl şedevrtürk mədəniyyətinin ən vacib elementlərindən biridir. Böyük Osmanlı İmperiyasının irsi sayılan türk mətbəxi öz müxtəlifliyi ilə bu gün dünyanın ən zəngin mətbəxlərindən biri hesab olunur. Burada yunan, çərkəz, ərəb mətbəxi və türk xalqlarının qədim adət-ənənələri birləşdirilib. Ləziz təamları ilə məşhur olan türk xalqı süfrə mədəniyyətinə çox böyük önəm verir. Çeşid-çeşid yeməklər - isti xörəklər, soyuq qəlyanaltılar, şirniyyatlar, çay dəstgahı xüsusi zövqlə hazırlanır. Türkiyə şirniyyat sevənlər üçün bir cənnətdir - lokum, künəfə, kadayıf, pişmaniyə, meyvəli desertlər və çeşidli dondurmalar… Desertlər ümumi olaraq "tatlı" adlanır. "Tatlı yiyelim tatlı konuşalım" ifadəsini tez-tez işlədən türklərin ən məşhur şirniyyat növü isə paxlavadır. İsti xörəklər sırasında ən çox yayılmış şorbalar, məşhur ət yeməkləri, dönər, börəklər və bir neçə çeşidi olan kabablar, düyü və tərəvəz də türk mətbəxinin vazkeçilməzi hesab edilir. Ayrıca bir mədəniyyət olan qəhvənin hazırlanması və təqdim edilməsi 500 illik tarixə malikdir. Qəhvənin yanına qoyulan suyun da özəl tarixi anlamı var. Osmanlı dönəmindən qalan bu adət indidavam edir. O dövrlərdə evə gələn qonağa ilk olaraq qəhvə gətirilərək, yanına da bir stəkan su qoyularmış. Əgər qonaq ilk öncə suyu içərdisə, bu, onun ac olduğu anlamına gəlirdi. Dərhal süfrə qurulardı, yeməklər hazırlanardı. Yox əgər ilk olaraq qəhvəni içərdisə, demək ki, qonaq toxdur və sadəcə, söhbət edərdilər. Türkiyədə ən məşhur "bir fincan kahvenin 40 yıl hatrı var" atalar sözüsadiq dostluğun və hörmətin rəmzidir.

Türk mədəniyyətinin bir qolu da xalq sənətidir. Xalçaçılıq, "ebru" sənəti, memarlıq, xəttatlıq, miniatürlər xalq tətbiqi sənətinin ən gözəl nümunələridir. "Ebru" sənəti ən qədim türk kağız bəzəmə sənətlərindən biri olaraq tanınır. "Ebru" kükürdlü su üzərinə səpilən boyalarla bəzənmiş kağız vasitəsilə hazırlanan əl işlərinə deyilir. Ən parlaq sənət nümunəsi olan xəttatlığı İslam dünyasının müasir rəssamları öz əsərlərində istifadə edirdi. Miniatür sənəti (əlyazma kitabların tərtibatında istifadə olunan latınca mini - qırmızı boyalar) incəsənətdə kiçik formalarda incə, heykəltaraşlıq və qrafika əsərlərinin yaradılmasıdır. Miniatür əsərlərində əsasən kağız, fil sümüyübu kimi materiallardan istifadə olunur.

Qəhrəmanlar yetişdirən türk xalqı demokratizmi ilə də bütün dünyaya nümunədir. Onun əsasında azadlıq təşnəsi, könüllərin tükənməz arzusu dayanır. Bu xalqın göstərdiyi qəhrəmanlıqlar təkcə türk xalqı üçün deyil, bütün dünya tarixi üçün əhəmiyyətlidir. Savaşda ölməyi özlərinə şərəf bilən türk əsgərinin məğlubedilməz ruhu əsrlər boyu nəinki Şərqdə, Qərbdə də hakim olub. Avstriyalı tarixçi və şərqşünas Hammer Purqştal "Tarix türklərdən çox şey öyrəndi" sözləri ilə türklərin nə qədər zəngin xalq olduğunu bir daha təsdiqləmişdi.

Türklər Yaxın Şərqə ümumi bir nizam-intizam, sabitliklə yanaşı, doğruluq, ədalət gətirməklə romalıların "haqq güclünündür, zorundur" tezisini tarixə gömdülər. Türklər haqq, ədalət yolunda milyonlarla şəhid vermiş bir millətdir. İnsani, millidini dəyərlərə yiyələnən türklər beynəlmiləlçilik idealına sadiq qalaraq əsrlərcə yalnız özlərinə deyil, bütün insanlığa xidmət edir.

***

Türkiyə ilə Azərbaycan arasındakı yaxın əlaqələr, ortaq tarix və köklərimizə əsaslanır. Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirmişdir. Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etmişdir. XX əsrin əvvəllərində baş verən hadisələrə nəzər salsaq görərik ki, azərbaycanlılar və türklər hər zaman çiyin-çiyinə dövrün çətinliklərinə sinə gərib, ağır sınaqlardan alnıaçıq çıxıblar. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə azərbaycanlı könüllülər türk qoşunları ilə birgə vuruşaraq, böyük rəşadət göstərmişdilər.

Tarix sübut edir ki, hər iki dövlətin elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlığı daima siyasi amillərin dinamik inkişafı ilə müşayiət olunmuşdur. Ötən əsrin 90-cı illərindən başlamış inkişaf dinamikasının nəticələri bu gün göz qabağındadır. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan-Türkiyə əlaqələri bir çox qlobal iqtisadi layihələrə də imza atmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu bağlar çox qədim və zəngin ənənə üzərində qurulmuşdur. Azərbaycan - Türkiyə mədəni əlaqələrinin tarixi və perspektivləri ilə bağlı hər iki dövlətin rəhbərləri cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir.

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1992-ci il noyabrın 1-də Azərbaycan və Türkiyə arasında Ankarada "Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş" imzalanmış, 1993-cü il 23 yanvar tarixindən qüvvəyə minmişdir.

 

İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır.

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza qoyduğu investisiyaların həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Hərbi əməkdaşlıq sahəsində 2010-cu il avqustun 16-da imzalanan "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə bunun təməli olmuşdur. 2021-ci il iyun ayının 15-də Azərbaycan ilə Türkiyə arasında Strateji Müttəfiqliyə dair Şuşa Bəyannaməsinin imzalanması tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Həm regional, həm də beynəlxalq məsələlərdə Türkiyə-Azərbaycan qardaşlığının önəmi Qarabağın işğaldan azad olunması ilə bir daha təsdiqləndi. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın haqq işinə öz dəstəyini vermiş, onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını daim qürurlandırmışdır.

 

Arzu ASİFQIZI

 

Respublika .-2022.- 28 may.- S.20.