Yunis Əliyev
Goranboy
əməliyyatında Azərbaycanın qəhrəman
oğulları ermənilərə əməlli-başlı dərs
verdi. Azğınlaşmış erməni
cəlladları nə qədər cəhd göstərsələr
də istədikləri yüksəklikləri ələ
keçirə bilmədilər. Azərbaycanın mərd
oğulları hər qarış torpaq uğrunda qeyrətlə vuruşdu,
odlu səngərlərdə daşnaklara əl-qol açmağa
imkan vermədi. Nəticədə keçmiş Şaumyankənd erməni
quldurlarından azad olundu,
düşmən ağır itkilərə məruz qaldı. Goranboy əməliyyatının həyata
keçirilməsində Vətənin digər oğulları
kimi, Yunis Əliyev də
şəxsi igidlik göstərdi. Birinci Qarabağ
savaşında şəhidlik zirvəsinə yüksəldi...
Yunis Əsgər oğlu Əliyev 9 oktyabr 1958-ci ildə Goranboy
rayonunun Qızılhacılı kəndində
dünyaya göz
açmışdır. 1973-cü ildə orta
məktəbin səkkizinci sinfini bitirdikdən
sonra təhsilini Dəliməmmədli
şəhərindəki 102 saylı texniki
peşə məktəbində davam etdirmişdir. Mexanizatorluq
peşəsinə yiyələndikdən sonra
Yunis valideynlərinin, yaxın
qohumlarının xeyir-duası ilə ordu
sıralarına yollanmışdır.
O, Tacikistanda hərbi xidmətdə
olarkən komandanlıq tərəfindən tərifnamələrə
layiq görülür,
dəfələrlə valideynlərinə razılıq məktubu
göndərilir. Yunis əsgəri borcunu yerinə yetirdikdən sonra
bir neçə il Rusiya Federasiyasında yaşayır, bir müddət keçdikdən sonra isə doğma Vətənə
qayıdır. Rayonda fəaliyyət
göstərən Kərpic Zavodunda işə
başlayır.
Yunis Əliyev erməni fitnəkarlarının
törətdikləri vəhşiliklərə dözməyərək
1992-ci ildə Vətənin müdafiəsinə qalxanların
cərgəsinə qoşulur. O, Goranboy rayonunda
yaradılmış ikinci batalyonun
tərkibinə yazılır. İlk
sınaq döyüşü Ağdərə
bölgəsində olur. Bu
döyüş Aşağı Ağcakəndin
geri alınmasından üç
gün sonra baş verdi.
Döyüşlərin birində Yunis
ayağından ağır yaralanır. O, bir
müddət Bakıda müalicə olunduqdan
sonra yenidən cəbhəyə - odlu səngərlərə qayıdır. O, hər
an düşməndən qisas
almağa çalışırdı.
4 may 1992-ci il. Goranboy rayonunun Tapqaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən faşist xislətli ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Bölük Talış kəndində möhkəmləndirilmiş düşmən mövqeyini ələ keçirdi. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib öz mövqelərini tərk etməyə məcbur oldular.
Ertəsi gün mayın
5-də ermənilərin qəfil hücumu
nəticəsində döyüşçülərimiz əvvəlki
mövqelərinə çəkilməli oldular.
Həmin gün Yunis
Əliyev erməni gülləsinə tuş
gəldi. Yunisin və onun
bir neçə döyüşçü
dostunun cəsədi 43 gündən sonra Talış kəndi azad
edildikdən sonra tapıldı. Yunis Əliyev 16 iyun 1992-ci
ildə doğma kəndində -
Qızılhacılıda dəfn edildi.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı
ilə Əliyev Yunis Əsgər oğlu ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adına layiq görülmüşdür.
Qızılhacılı kəndindəki 3
saylı uşaq bağçası qəhrəman
döyüşçünün
adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Qədir ASLAN,
Respublika 2022.- 9 oktyabr.-
S.6.