Ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasının
təməlində Ümummilli Liderin ideyaları dayanır
1993-cü il oktyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin andiçmə mərasimi keçirilmişdir
Bütün ömrünü xalqına, dövlətinə həsr edən ümummilli lider Heydər Əliyev müdrik, uzaqgörən siyasətlə milli dövlətçiliyimizin təməlini qoymuş, xalqının intibahı və milli maraqlar onun həyat amalına çevrilmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, qorunub saxlanması, xalqın vahid ideya, əqidə ətrafında birləşməsi dahi rəhbərin ən ali məqsədi olmuşdur. Müdrik siyasətçinin hələ sovet rəhbərliyi dövründə xalqın milli maraqlarını düşünülmüş şəkildə reallaşdırması 90-cı illərin sonunda milli hərəkatın genişlənməsinə və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına zəmin yaratmışdır. Müstəqilliyini bərpa edən, dövlətçilik tarixində yeni səhifə açan Azərbaycan xalqının isə həmin illərdə yüksək idarəçilik qabiliyyətinə, uzaqgörən siyasətə, geniş dünyagörüşə sahib olan güclü və iradəli liderə böyük ehtiyacı var idi. Çünki o zamankı iqtidarın səriştəsizliyi, fərasətsizliyi üzündən respublika böhranlı günlərini yaşayır, fəlakətə sürüklənirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsi başlamışdı. Yalnız xalqının dahi oğlu ulu öndər Heydər Əliyev millətini real təhlükədən xilas edə bilərdi.
Azərbaycan dövlətinin, xalqının müqəddəratı həll olunduğu gərgin bir dövrdə xalqın istəyi və təkidi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə ölkəyə siyasi hakimiyyətə qayıtmağa razılıq verdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər yekdilliklə - 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabr ayının 10-da Respublika Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirildi. Dahi rəhbər, müdrik siyasətçi xalqı qarşısında Azərbaycanın müstəqilliyini, suverenliyini möhkəmləndirmək, onu qoruyub saxlamaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyinə and içdi: "And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı olacaq, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik-hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam".
Bununla da müstəqilliyinin ilk illərində ölkəni bürüyən qarışıqlığa, hakimiyyətsizliyə və anarxiyaya son qoyuldu. Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycanda müstəqillik ideyalarının praktik şəkildə bərqərar olmasına əsaslar yarandı. Ulu öndər ilk olaraq mühüm əhəmiyyətli məsələlərin həllinə başladı. Hakimiyyət boşluğunun aradan qaldırılması, separatçı və silahlı dəstələrin təhdidlərinin qarşısının alınması və nizami, yüksək döyüş qabiliyyətinə malik milli ordunun yaradılması ölkə rəhbərinin qarşıya qoyduğu vacib məsələlər oldu. Daxili və xarici siyasətində əhəmiyyətli uğurlara imza atan Azərbaycanın müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq ölkə olaraq inkişaf strategiyasını müəyyənləşdirdi. Bütün bunlar isə ilk növbədə, ölkə iqtisadiyyatının inkişafına, güclənməsinə stimul verərək sosial problemlərin qısa zaman ərzində həllinə nail olmağa imkan yaratdı.
1990-cı ilin
əvvəllərindən ölkədə baş
alıb gedən özbaşınalıq, siyasi
hakimiyyətin bacarıqsızlığı nəticəsində
baş verən vətəndaş
qarşıdurması yatırıldı. Azərbaycan parçalanmaq və məhv olmaqdan,
vətəndaş müharibəsindən, hərc- mərclikdən,
dövlətçiliyini itirmək təhlükəsindən
qurtuldu. 1994-cü ilin
oktyabr, 1995-ci ilin mart hadisələrində Prezident
Heydər Əliyev Azərbaycan dövlətçiliyini
ağır faciələrdən xilas etdi. Respublikanın
inkişafı, siyasi uğurları
davamlı xarakter aldı. Dövlətçiliyimizin
inkişafında mövcud maneələrin
kökü ulu öndər
Heydər Əliyevin yorulmaz fəaliyyəti,
dövləti və xalqı qarşısında əvəzsiz
xidmətləri sayəsində birdəfəlik kəsildi.
Qısa müddət ərzində gənc, müstəqil Azərbaycan
öz taleyinə sahib,
azad və müstəqil yaşamaq
hüququna malik
ölkə kimi beynəlxalq aləmə inteqrasiya olundu. Milli dövlətçiliyimizin ideya təməlini qoyan dahi lider, ulu
öndər Heydər Əliyevin sayəsində Azərbaycanın
sosial-iqtisadi inkişafının yeni mərhələsi başladı.
Ümummilli lider xalqın öz
təbii sərvətləri üzərində həqiqi varislik hüququnu təmin
etdi. 1994-cü ilin 20
sentyabrında "Əsrin müqaviləsi"nin
imzalanması ilə dünyanın aparıcı dövlətlərinin
neft şirkətlərinin Xəzər
hövzəsinə külli miqdarda investisiya
yatırması respublikanın hərtərəfli
inkişafına zəmin yaratdı. Yeni neft strategiyasının əsasında isə
iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı, elmtutumlu
istehsal sahələrinin yaradılması,
insan kapitalının formalaşması
dayanırdı. "Əsrin müqaviləsi"nin Azərbaycan
tarixində, ölkənin iqtisadi
inkişafında mühüm əhəmiyyəti
olduğunu bildirən Prezident
İlham Əliyev demişdir:
"Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və
Azərbaycanın müstəqil ölkə kimi
yaşamasında bu rol
əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var
idi, nə də vəsaitimiz... Məhz o çətin illərdə
Azərbaycana investisiyalar gətirmək,
Azərbaycanı dünya birliyinə
etibarlı tərəfdaş kimi təqdim
etmək, xarici investorlar
üçün münbit
şərait yaratmaq, eyni
zamanda Azərbaycanın dövlət
maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik
və məharət tələb edirdi...
Ancaq Heydər Əliyevin qətiyyəti və
Azərbaycan xalqının dəstəyi ilə biz ona nail
ola bilmişik".
Ümummilli
liderin neft strategiyası ölkəmizin hərtərəfli
inkişafını təmin etməklə yanaşı, Cənubi
Qafqaz regionunda Azərbaycanın mövqeyini möhkəmləndirdi,
müttəfiqlərinin sayının artmasına imkan
yaratdı.
Prezidentliyi dövründə
Heydər Əliyevin xalqı qarşısında əvəzsiz
xidmətlərindən biri də
torpağı kəndliyə təmənnasız olaraq bağışlamağı oldu. Belə ki,
hələ 1992-ci ildə Naxçıvan Ali
Məclisinə rəhbərliyi dövründə ulu öndər kənd təsərrüfatında
kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi
ilə bağlı qərar qəbul etmişdir.
Ümummilli liderin bu qərarı isə nəinki Azərbaycanda,
bütün ittifaq
miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğv
olunmasında ilk təşəbbüs idi.
10 illik prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanda milli ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, müstəqil respublikanın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və reallaşdırılmasına, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmasına nail oldu. Bu dövr ərzində Heydər Əliyev BMT, ATƏT, NATO, Avropa Birliyi, İƏT kimi beynəlxalq təşkilatların tribunasından Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı.
Ermənilərin Azərbaycan ərazilərində
işğalçılıq siyasətinin 200 ilə yaxın tarixi vardır. Fasilərlə
xalqımıza qarşı soyqırımları törədən,
deportasiyalar həyata keçirən mənfur
qonşularımız Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə - 1969-1982-ci illərdə
bu missiyalarını həyata keçirə
bilməmiş, torpaq iddiasında olmağa cəsarət etməmişlər.
Yalnız 1987-ci ildə Heydər Əliyevin
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
və Siyasi Büro
üzvlüyündən istefa verməsindən
qısa müddət sonra ermənilərin
uzun illər ərzində Dağlıq
Qarabağı ələ keçirmək məqsədilə
hazırladıqları planları həyata keçirildi. Həmin vaxtdan etibarən Dağlıq Qarabağda
ermənilərin təşkilatlanmasına, silahlı dəstələrin
yaradılmasına, xarici ölkələrdən
gətirilmiş muzdluların bu dəstələrə
təlimlər keçməsinə, bir
sözlə, Qarabağın işğalına ciddi hazırlıq işlərinə başlandı. 1988-ci ildən etibarən isə ermənilər
alçaq niyyətlərini həyata
keçirərək Azərbaycan torpaqlarını işgal etdi, vətəndaşlarını
doğma torpaqlarından didərgin
saldı. Ermənilərin işğalçılıq siyasəti
ulu öndərin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişinə
qədər davam etdi.
Xalq bu çətin vəziyyətdən xilas olmaq üçün
öz dahi oğlunu saysız-hesabsız müraciətlərlə
1993-cü ilin iyun
ayında ölkəyə rəhbərliyə gətirdikdən
sonra erməni
işğalçılarının qarşısı
alındı. 1994-cü ildə atəşkəs elan olundu. Dahi lider yalnız cəbhə
xəttindəki ermənilərlə deyil,
eyni zamanda daxildəki
dövlət çevrilişinə cəhd göstərən
qüvvələrlə də mübarizə apararaq
Azərbaycanı dağılmaq, parçalanmaq
təhlükəsindən xilas etdi. Ulu öndərin böyük dövlətçilik təcrübəsi,
siyasi uzaqgörənliyi, ən mühümü isə sarsılmaz Xalq-Heydər
Əliyev birliyi müstəqilliyini yenicə
bərpa etmiş xalqı
istiqlalını itirməkdən, qardaş
qırğınından xilas etdi. Müstəqil Azərbaycanı inkişaf və tərəqqi yoluna
çıxardı.
Bu gün
ulu öndərin uzaqgörən, düşünülmüş siyasətlə,
uğurlu neft
strategiyası əsasında qurucusu olduğu müstəqil Azərbaycan iqtisadi inkişaf göstəricilərinə
görə dünyada aparıcı
dövlətlər sırasındadır. Qalib
Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza, regionda isə söz sahibinə çevrilib.
Ölkəmizin dünya birliyində layiqli yer tutmasının
təməlində isə dahi rəhbər,
ümummilli lider Heydər
Əliyevin ideyaları dayanır.
Mehparə ƏLİYEVA,
Respublika 2022.- 9 oktyabr.- S.3.