Ulu öndərin
sosial siyasət modeli uğura təminatdır
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə
2023-cü il ölkəmizdə
“Heydər Əliyev İli” elan edilib. Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi
kamilliyi şəxsiyyətində
birləşdirən lider
nümunəsi gətirən,
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi hər iki dövr möhtəşəm
quruculuq, dinamik və hərtərəfli
inkişaf mərhələləri
kimi tariximizin qızıl səhifələrinə
çevrilib.
Hər
bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış
səviyyəsi və
rifah halı ilə qiymətləndirilir.
Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin
təmin olunmasına,
gəlirlərinin yüksəlməsinə,
məşğulluğunun təmin
edilməsinə, sosial
müdafiəsinin güclənməsinə,
səhiyyə, təhsil,
mədəniyyət sahəsində
təminatlarının həyata
keçirilməsinə yönəldilən
tədbirlər sistemi
olmaqla, hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətinin
mühüm tərkib
hissədir.
Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın
ictimai-siyasi həyatının
bütün sahələrində
olduğu kimi, sosial
müdafiə sahəsində
də ciddi problemlər mövcud idi. İqtisadi tənəzzül dərinləşir, inflyasiya
günbəgün yüksəlir,
yoxsulluq səviyyəsi
artır, qaçqın
və məcburi köçkünlərin, şəhid
ailələrinin və
müharibə əlillərinin
minumum sosial tələbatlarının ödənilməsinin,
əməkhaqlarının və pensiyaların verilməsinin aylarla gecikdirilməsi cəmiyyətdəki
sosial gərginliyi daha da artırırdı.
Azərbaycanda belə acınacaqlı vəziyyət məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
gəlişindən sonra
dəyişdi. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının
sosial müdafiəsinin
yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyev 1994-cü il iyunun 15-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və iqtisadiyyatın
maliyyə vəziyyətinin
sabitləşdirilməsi tədbirləri
haqqında” Fərman,
Fərmandan irəli gələn vəzifələrin
daha səmərəli
yerinə yetirilməsi
məqsədilə “Əhalinin
sosial müdafiəsi sahəsində əlavə
tədbirlər haqqında”
növbəti sənəd
imzaladı. Sosial müdafiənin mükəmməl
və etibarlı şəkildə təmin
olunması üçün
hüquqi bazanın daha da möhkəmləndirilməsi
istiqamətində 1995-ci ildə
ümummilli liderin birbaşa müəllifliyi
ilə hazırlanmış
Azərbaycan Respublikasının
Konstitusiyası qəbul
edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində
deyilir ki, Azərbaycan dövləti
xalqın və hər bir vətəndaşın
rifahının, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
yüksəldilməsinin qayğısına
qalır.
Bu mərhələlərin hər biri Azərbaycanın
müqəddəratının tənəzzüldən tərəqqiyə
doğru dəyişdiyi
dövr olmaqla, ulu öndərimizin dövlətçilik fəlsəfəsinin
əsasını təşkil
edən sosial rifah amilinin də güclənməsi
və etibarlı sosial müdafiə sisteminin formalaşması
ilə müşayiət
olunurdu. Ölkəmizin bütün sahələrdə
uzunmüddətli inkişafına
xidmət edən genişmiqyaslı islahatların
sosial hədəflərlə
uğurlu şəkildə
uzlaşdırılması təmin edilərək milli iqtisadiyyatın inkişafında əhalinin
sosial maraqlarının
təminatı prinsipi
ön planda saxlanılırdı. Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin social-iqtisadi
şərtlərinin tənzimlənməsinə
yönəldilən tədbirlər
kompleksindən ibarətdir.
O, gəlirlərin bölgüsündəki
bərabərsizliyin azaldılmasına,
bazar iqtisadiyyatında
gəlirlər və mülkiyyət sahəsində
fərqlərin zəiflədilməsinə,
iqtisadi fəaliyyətin
iştirakçıları arasında ziddiyyətlərin
yumşaldılmasına və
cəmiyyətdəki sosial
ixtilafların aradan qaldırılmasına yönəldilmişdir.
Bazar iqtisadiyyatı sistemində
sosial siyasət vasitəsilə əhalini
əmlak sahəsində
mövcud olan bərabərsizliyin müəyyən
dərəcədə aradan
qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri
üçün eyni başlanğıc şərtlərini
təmin edən sosial ədalət prinsipləri reallaşır.
Heydər Əliyevin həyata
keçirdiyi sosial siyasətin ən əsas xarakterik cəhətləri onun dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması,
eləcə də mükəmməl və dünya təcrübəsində
uğurla sınaqdan çıxmış normative-hüquqi
bazaya söykənməsidir.
Heydər Əliyevin sosial
siyasətinin inkişaf
tarixinə diqqət etsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən
çıxmasından, daxili
sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar
atılmışdır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında",
"Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərərçəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında",
"Veteranlar haqqında"
və digər qanunlar qəbul edilmiş, şəhid ailələrinin, qaçqınların,
məcburi köçkünlərin,
müharibə və
20 Yanvar əlillərinin,
veteranların sosial təminatının yaxşılaşdırılması
istiqamətində çoxsaylı
fərman və sərəncamlar imzalanmışdı.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın daha nüfuzlu və daha şərəfli millət kimi formalaşmasında müstəsna rolu olmuşdur. O, elə bir şəxsiyyətdir ki, tükənməz və əbədiyaşar irsi Azərbaycan var olduqca yaşayacaqdır. Ümumiyyətlə müasir Azərbaycanın bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi sosial siyasət bir model kimi elmi-nəzəri əsaslara söykənir. Elə bu səbəbdən də bu model bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə həm də ildən-ilə daha da təkmillləşdirilir. Ölkə əhalisinin rifahının və məmnunluğunun təminatı, həyat səviyyəsinin yüksəldilməsi, həssas qruplara diqqət və qayğının artırılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Atılan mühüm addımlar, xüsusilə son illərdə həyata keçirilən ardıcıl inqilabi sosial islahatlar bu istiqamətdə mühüm uğurların əldə olunmasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirilməsinə imkan verib. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb.
Azərbaycan sosial dövlətdir və ən vacib məqamlardan biri də ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Prezident İlham Əliyev bu sahəni də daim xüsusi diqqətdə saxlayır. Azərbaycan dövlətinin sosial siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, şəhid ailələri, müharibə veteranları və iştirakçılarına dövlətin diqqət və qayğısı göz önündədir. Sözsüz ki, bütün bu işlər Azərbaycanın güclü iqtisadi imkanları hesabına həyata keçirilir və Prezident İlham Əliyevin müəyyən etdiyi mükəmməl strategiyanın nətciəsidir. Ulu öndərimizin uğurla həyata keçirdiyi sosial siyasət uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir. Bu mənada əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədalətli sosial siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, hər bir vətəndaşın rifah içində yaşamasının, Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin və yeni zirvələrin fəth edilməsinin təminatçısı oldu.
Mustafa KAMAL
Respublika 2022.- 9 oktyabr.- S.3.