Kamil Nəsibov
Vətənimizin dilbər guşələrindən
olan loğman təbiətli
Laçının qəhrəman oğulları istər Birinci Qarabağ
savaşında, istərsə də Vətən müharibəsində
hər qarış torpaq uğrunda
qeyrətlə vuruşmuş, bir kərə yüksələn
bayrağımızın bir daha enməməsi üçün
sinələrini düşmən gülləsinə sipər
edərək əbədiyyətə qovuşmuşlar.
Bu cəsur oğullarımız şəhid
oldular ki, körpələrin
gülüşləri dodaqlarında donmasın, daşnak quldurlar mənfur
niyyətlərini həyata keçirə bilməsinlər.
Faşist xislətli ermənilərə
qarşı mərdliklə vuruşanlardan
biri də adı Azərbaycanın
müharibə tarixinə qızıl hərflərlə
yazılan Kamil Balədə oğlu Nəsibovdur. Kamil
Nəsibov 8 oktyabr 1946-cı ildə
Laçın rayonunun Bozlu
kəndində dünyaya göz
açmışdır.
Məktəb
illərində Kamil elmi biliklərə dərindən yiyələnmiş,
idman oyunlarına böyük maraq göstərmiş,
olimpiadalarda yüksək yerlərə layiq
görülmüşdür.
Kamil Nəsibov 1963-cü ildə orta məktəbi bitirmiş və sonra hərbi xidmətə göndərilmişdir. O, üç ildən sonra ordu sıralarından tərxis olunaraq, doğma kəndlərinə qayıtmışdır.
90-cı illərin əvvəllərində Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan tez-tez hücumlara məruz qalırdı. Vətənimizin üzərini qara buludlar alanda Kamil Nəsibov 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradaraq ağır döyüşlərə qoşuldu, dəstəyə rəhbərliyi öz üzərinə götürdü. Yeni yaradılmış dəstə ermənilərin Gorus rayonunda yerləşən qərargahlarını yoxlamaq məqsədilə dəfələrlə kəşfiyyata çıxmış, əhəmiyyətli məlumatlar əldə etmişdilər. Cəsur döyüşçü Kamil Nəsibov Sadınlar, Cağazur, Mahbəy, Cicimli, Qızıldərə kəndlərinin müdafiəsində yaxından iştirak etmişdir. 811 saylı Laçın alayının komandiri təyin edilən Kamil rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarısı kəndlərinin erməni quldurlarından təmizlənməsində şəxsi igidlik göstərmişdir.
29 iyun 1992-ci ildə
Laçının "Qonaqgörməz" yüksəkliyi
uğrunda qızğın
döyüşlər gedirdi. Kamil yüksəkliyi əldən verməmək
üçün öz
tağımı ilə axşam
qaranlığında hücuma keçdi. Azərbaycanın qəhrəman
oğulları erməniləri məhv edib
düşmənin hərbi texnikasını ələ
keçirirdilər. Vuruşun
qızğın çağında düşmənin snayperi cəsur komandiri
yaraladı. Döyüşçü
yoldaşları Kamil Nəsibovu döyüş meydanından
çıxarmağa çalışsa da,
o buna etiraz
etdi. Son nəfəsinədək
vuruşaraq şəhidlik zirvəsinə
yüksəldi. Son mənzili Ağcabədi
rayonundakı qəbiristanlıq oldu.
Azərbaycan Respublikası Prezidentinin
5 fevral 1993-cü il tarixli Fərmanı ilə Nəsibov Kamil Balədə oğluna
ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri
adı verilmişdir. Doğulduğu
kənddəki mədəniyyət evi Kamil Nəsibovun adını
daşıyır.
Kamil Nəsibov şəhidlik zirvəsinə ucalmış, öz ölümü ilə ölümsüzlüyə qovuşmuşdur. İndi onun ruhu şaddır. 30 ilə yaxın düşmən tapdağında olan qədim Oğuz yurdu Laçın işğaldan azad olunub. Sıx meşəliklərlə, atlas geyimli dağlarla əhatə olunmuş Laçında bu gün abadlıq və quruculuq işləri vüsət alır.
Qədir ASLAN
Respublika 2022.- 8 oktyabr.- S.6.