Cəmil Niftəliyev
"Torpaq, əgər uğrunda ölən varsa,
Vətəndir!”. Bu müqəddəs deyim, eləcə də bu
torpaq, bu Vətən
babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid
oğullarımız öz qanları ilə
təsdiqləyib bu sözləri. Hər iki
müharibədə igid
oğullarımızın qəhrəmanlıq və rəşadəti
xalqımızın qəlbində əbədi bir məşələ çevrilib.
Doğma yurd yerlərimiz
uğrunda yüzlərlə vətənpərvər gənclərimiz
canlarını fəda edib, ən yüksək
zirvəyə, şəhidlik zirvəsinə yüksəliblər.
Belə qəhrəmanlardan biridir Cəmil
Niftəliyev.
Cəmil Səmədxan oğlu
Niftəliyev 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə
Bakının Lökbatan qəsəbəsinə
köçmüşlər. Burada 233
saylı məktəbi bitirmişdir.
1986-cı il
oktyabrın 11-də hərbi
xidmətə çağırılmışdır. Cəmil Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir.
Atıcı batalyonunda xidmət edir. Xidmət zamanı göstərdiyi
şücaətlərə görə bir
neçə dəfə medallarla, fəxri
fərmanlarla təltif edilir. Cəmil
1989-cu ildə ordudan tərxis edilir və Vətənə dönərək Səbail rayonunda
Yanğından Mühafizə İdarəsinə daxil olur.
Həmin vaxtlar erməni təcavüzü
yenicə başlamışdı. Bu ərəfələrdə
cəbhədən gələn acı xəbərlər ona yaman təsir etmişdi. Vətənin dar
günləri idi... Bir
peşəkar hərbçi kimi Cəmil
Vətənin onun kimi
oğullara ehtiyacı olduğunu
bilərək, rəhbərliyə raportla
müraciət edir. Cəmil könüllü olaraq cəbhəyə
göndərilməsini xahiş edir və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu
başlayır. Cəmil peşəkar atıcı olduğu üçün
erməni quldurlarını ağır itkilərə məruz
qoyur. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu
tezliklə cəbhədə hörmət qazanır. O,1992-ci il martın 29-da
Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə
qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Niftəliyev Cəmil
Səmədxan oğluna ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Qaradağ rayonundakı 233
saylı məktəb və Yanğından Mühafizə
İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın
adını daşıyır.
Cəmilin vaxtilə mübarizə
apardığı və qəhrəmancasına həlak olduğu müqəddəs torpaqlarımız
bu gün öz sahibinə qayıdıb. Uzun illər bir ovuc torpağına həsrət
qalan ağdamlılar indi
Prezident, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin sayəsində
bütün Ağdama
sahibdirlər. Bu torpaqda
uyuyanların da ruhuna bir rahatlıq gəlib. İndi
bütün Ağdam
şəhidlərinin ruhu sevinir.
Ağdamın uğrunda canını fəda
edən qəhrəman igidlərin də ruhu
rahatlıq tapıb. Onların yolunda şəhid
olduqları bu torpaq
artıq xilas olunmuşdur.
Vaxtilə baş vermiş
faciələrdə tökülən qanlar
əbəs yerə axmayıb.
Azərbaycan xalqı və
dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya
nümayiş etdirdi.
Şübhəsiz ki, bu
möhtəşəm Qələbə xalqımız tərəfindən
böyük qürur,
sevinc və ruh
yüksəkliyi ilə qarşılandı. Azərbaycan
xalqı öz Liderinin-Müzəffər Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx
birləşməklə mətinliyini, mübarizliyini
göstərdi. Şəhidlərin qanı yerdə
qalmadı!
44 günlük Vətən
müharibəsində şanlı qələbə
qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü
bərpa etdi. Cəmilin azad görmək
istədiyi Qarabağımızda üçrəngli Azərbaycan
bayrağı vüqarla dalğalanır.
M.MİRZƏ
Respublika .-2022.- 5 oktyabr.- S.10.