Namiq Allahverdiyev
Azərbaycanın Milli
Qəhrəmanı, Qarabağ müharibəsi
şəhidi Namiq Müslüm
oğlu Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda
anadan olmuşdur.
1984-cü ildə şəhər 1 nömrəli tam orta məktəbi
bitirdikdən sonra fotoqraf kimi əmək fəaliyyətinə
başlamışdır.
1985-ci
ildə hərbi xidmətə
çağırılmış, 1987-ci ildə hərbi xidmətini
Moskva ətrafında başa vuraraq vətənə
dönmüşdür.
1988-ci illərdə erməni təcavüzkarları
xalqımızı narahat etməyə
başlamışdı. Ermənilərin Azərbaycana təcavüzü
və torpaq iddiaları Namiqi
gecə-gündüz rahat
buraxmırdı. O, bütün
varlığı ilə cəbhəyə getməyə can atırdı. Könüllülər
sırasına yazılanlardan biri də
Namiq oldu.
Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində
iştirak etmək istəyirdi. Yerli əhali könüllü
müdafiə dəstələri yaradıb vətəni müdafiə
edirdi. O ilk
döyüşünə Qubadlı rayonunda
başladı. N.Allahverdiyev 1991-ci ilin avqust ayının 31-də
Daxili İşlər Nazirliyinin
Xüsusi Təyinatlı Polis
Dəstəsinə qəbul olunmuş və
yenidən döyüş meydanına
atılmış, Şuşanın müdafiəsində fəal
iştirak etmişdir.
Cəsur əsgər Laçın, Əsgəran,
Füzuli, Goranboy
rayonları uğrunda gedən
döyüşlərdə fədakarlıqla vuruşmaqla
yanaşı, ermənilər tərəfindən əsir
alınmış azərbaycanlıların geri
qaytarılmasında da yaxından iştirak etmişdir.
N.Allahverdiyev neçə-neçə səngər yoldaşını itirsə də, heç vaxt ruhdan düşmür, hər yerdə azğın düşmənə layiqli cavab verməyə çalışırdı. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndlər erməni basqınçılarından azad edilmişdi. 1992-ci ilin iyulun 9-da erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Allahverdiyev
Namiq Müslüm oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn
edilmişdir. Beyləqan rayonundakı 1
saylı orta məktəb qəhrəmanımızın
adını daşıyır. Rayon mərkəzində
Namiq Allahverdiyevin büstü qoyulmuşdur.
Azərbaycan torpaqlarının bütövlüyü
uğrunda şəhid olan
hər bir Vətən övladının
xatirəsi hər zaman bizim
üçün əzizdir. Azərbaycançılıq
məfkurəsinə könüldən bağlı olan bu insanlar
unudulmazdır, onların adları əbədi olaraq
Vətən tarixinə yazılıb. Müstəqil Azərbaycanın
ərazi bütövlüyü və
dövlətçiliyimizin müdafiəsində vətənpərvər
oğullarımız yaddaşlarda əbədi
yaşayacaqlar.
Onun həyat yolu hər bir gənc üçün örnəkdir və xatirəsi
həmişə xalqımızın qəlbində əbədi
yaşayacaqdır. Belə qəhrəmanlar heç
vaxt ölmür,
ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə
bizim qəlbimizdə, qan
yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin
rifahı üçün əlindən gələni
edən, bu yolda
canından keçməyə hazır olan
insanlardır. Azərbaycan xalqı Namiqin
qəhrəmanlığını, döyüşdə
göstərdiyi şücaəti heç
zaman unutmayacaqdır. Yaşasaydı, bu
gün 55 yaşı tamam
olacaqdı qəhrəmanımızın.
Bu gün
Namiqin ruhu
şaddır. 2020-ci il sentyabrın 27-dən
başlayaraq Azərbaycan Ordusunun
həyata keçirdiyi uğurlu
əks-hücum əməliyyatları nəticəsində Ermənistanın
uzun illər işğal
altında saxladığı torpaqlar azad olunub.
M.CƏFƏROV
Respublika 2022.- 5 oktyabr.- S.10.