Sübhan Cəbrayılov

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Rahim oğlu Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2000-ci ildə oradan məzun olmuşdur.

Sübhan 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində, 2002-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdır. Aprel döyüşlərində Sübhan Cəbrayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı Sübhan Cəbrayılov da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər, həmçinin digər dəstələrin 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüşlərə qatılmışdır.

Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur.

Sübhan Cəbrayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün döyüşləri əvvəlcə Qubadlı rayonu uğrunda aparır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən 150-200 hərbi qulluqçu döyüşür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər-baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyevgizir Elyar Vəliyev həlak olurlar. Ümumi olaraq Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. "Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olur. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sübhanın Rahim adında oğluFidan adında qızı yadigar qalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Sübhan Cəbrayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, digər sərəncamlarla ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Qəhrəman şəhidin anası Ləzifə Cəbrayılova əslən Salyanın Marışlı kəndindən olduqlarını bildiriroğlu haqqında deyir: Sübhan sonbeşiyim idi. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Boksla, əlbəyaxa döyüşlə məşğul olurdu. 18 il idi ki, xüsusi təyinatlılarda kəşfiyyatçı kimi xidmət göstərirdi. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla sentyabrın 25-i görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm, mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balamız, geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və şəhid olacaq. Anasına şəhid anası adı verəcək. Sübhan Füzuli, Hadrut, Cəbrayıl və Zəngilanın tam alınmasında iştirak edib. Qubadlıda iki kənd alındıqdan sonra oktyabrın 19-da şəhid olub.

Şəhidin xanımı Sevda Cəbrayılova həyat yoldaşı ilə bağlı xatirələrindən söz açaraq qeyd edir ki, Sübhan döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Yoldaşları danışır ki, elə hey deyirdi, irəli gedək. Onun igidlikləri çoxdur. Cəbrayılın alınması zamanı 3 gün susuz qalıblar. Sübhan su dalınca gedib. Elə olub ki, düşmən tərəfə keçibbir hərbçinin həyətinə girib. Onların öz dilində danışa-danışa həmin hərbçini aldadaraq əsir götürübbizim tərəfə gətirib. Düşmən elə bilib ki, bu da onlardandır. Erməni dilini tam bilirdi. Ona görə onları aldatmağı bacarıb. Amma kimsə soruşanda deyirdi, o dili bilmirəm. Bir dəfə erməni hərbçi çoban qiyafəsində kəşfiyyatla aralarına sızıb təxribat törətmək istəyirmiş. Sübhan bunu başa düşüb onu yerindəcə məhv edib. Sübhanın şücaətləri saydıqca bitmir. Erməni polkovnikini əsir götürüb. Həmin erməninin üzərində döyüş mövqelərini əks etdirən xəritə aşkarlanıb. Lələtəpənin alınmasında qəhrəmanlıq göstərmişdi.

Qələbəni görməsə bu gün Sübhanın ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

M.MİRZƏ

Respublika 2022.- 22 oktyabr.- S.15.