Şahlar Hüseynov
Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Şahlar İsa oğlu Hüseynov 26 oktyabr 1968-ci ildə Qərbi Azərbaycanın Axta (Razdan) rayonunun Hankavan kəndində anadan olmuşdur. Həmin vaxtlar dünyanın gözəl çağları idi. Əsrlər boyu azərbaycanlılara xəyanət edən erməni daşnakları həmişəki kimi öz çirkin əməllərini həyata keçirə bilmirdilər.
Şahların doğulduğu
kənddə cəmi 18 azərbaycanlı ailəsi
yaşayırdı. Qonşuları isə yunanlar
idi. Sıx meşəlik içərisində
yerləşən bu kənddən Ulu Tanrı öz gözəlliyini
əsirgəməmişdi. Uşaqlıq
çağlarını Məxmər çayının nəğməli
sahillərində keçirən Şahlar
qayğısız böyüyürdü.
İsa kişinin geniş həyəti və ikimərtəbəli
yaraşıqlı evi var
idi. Yaz, yay aylarında Şahlar
bağ-bağçanı seyr etməkdən
doymaz, çox vaxt al şəfəqli
günəşi meşələr qoynunda
qarşılayardı.
Şahlar Hüseynov
kənd məktəbində orta təhsilini
başa vurduqdan sonra valideynlərinin, doğmalarının
xeyir-duası ilə əsgəri xidmətə yollandı. Moskva şəhərində hərbi xidmət
etdi.
Qərbi Azərbaycanda yaşayan
başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə
erməni təcavüzü nəticəsində ata-baba yurdlarından, qədim Oğuz
ellərindən zorla qovularaq
Azərbaycana pənah gətirdi. Gəncə şəhərində
məskunlaşdılar.
Şahlar Hüseynov ordudan tərxis olunaraq Gəncəyə - ailəsinin yanına gəldi. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 saylı texniki-peşə məktəbinə verdi. 1991-ci ildə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər kimi əmək fəaliyyətinə başladı. O, 1992-ci ilin fevralında erməni quldurlarının Xocalıda törətdikləri faciəyə, vəhşiliyə dözə bilməyib könüllü olaraq Gəncə batalyonuna daxil oldu. Şahlar sıravi döyüşçü kimi bir çox döyüş əməliyyatlarında düşmənin yerinin öyrənilməsində və onun məhv edilməsində yaxından iştirak etdi. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə öndə gedir, təhlükəli anlarda yoldaşlarını xilas edirdi.
...10 aprel 1992-ci ildə Marquşavan uğrunda
qızğın döyüşlər gedirdi.
Erməni quldurlarının hərbi texnikası və
canlı qüvvəsi sayca üstün idi. Ancaq Azərbaycan hərbçiləri
ayıq-sayıq idi. Ermənilər nə
qədər cəhd göstərsələr də, kəndi tuta bilmədilər. Xeyli itki verib geri
çəkilməyə məcbur oldular. Bu ağır döyüşdə
Şahların sinəsi düşmən gülləsinə tuş gəldi. Əsgər
yoldaşlarının qolları arasında gözlərini əbədi
yumdu. Son mənzili Gəncə
şəhərindəki Şəhidlər xiyabanı oldu.
Azərbaycan Respublikası Prezidentinin
7 iyun 1992-ci il tarixli fərmanı ilə Şahlar
İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" fəxri adı verilmişdir.
Qəhrəman, cəsur döyüşçünün
adı əbədiləşdirilmiş, Gəncə şəhərində
adına küçə verilmişdir.
Qədir ASLAN
Respublika 2022.- 26 oktyabr - S.7.