Cəsur baş leytenant
Bu
gün biz ulu tariximizin ən şərəf
və qürurverici günlərini
yaşayırıq. Bu qəhrəmanlıq səhifəsini bizə yaşadan Müzəffər Ali
Baş Komandanımız İlham
Əliyev, şanlı Ordumuz, qəhrəman
əsgər və zabitlərimizdir. Cəmi 44 gün
davam edən Vətən müharibəsində
30 ilə yaxın erməni separatçılarının işğalında qalmış əzəli
torpaqlarımız azad olundu.
Və bu şanlı Qələbə Azərbaycan
tarixinə qızıl hərflərlə yazıldı, Zəfər
günü kimi tarixə
düşdü.
Torpaqlarımızın
azad olunması uğrunda döyüşə atılan igid, cəsur
oğullarımız şəhidlik zirvəsinə
ucaldılar, öz canlarından
keçərək, Azərbaycanın ərazi
bütövlüyünü bərpa edərək dövlətimizə
bütün dünyada böyük hörmət,
xalqımıza qürur və məğrurluq bəxş etdilər.
Vətən
müharibəsində qəhrəmanlıq, şücaət
göstərərək şəhid olmuş
döyüşçülərimizdən biri də baş
leytenant Asif Məmməd oğlu Kərimovdur.
Asif Kərimov 1999-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan /Dövlət Neft Akademiyasında təhsil alıb. Onun ən böyük arzusu Qarabağı, işğal altında olan torpaqlarımızın azad olunması idi. O, 44 gün davam edən Vətən müharibəsi başlayanda könüllü olaraq müharibəyə gedir, döyüşlərə qatılır. Qardaşı deyir ki, Komandiri, general-mayor Polad Həşimov şəhid olduqdan sonra çox məyus olmuşdu və deyirdi ki, Ali Baş Komandan nə vaxt əmr versə, cəbhəyə gedəcəm, torpaqlarımızın azad olunmasında vuruşub Polad Həşimov kimi qəhrəman oğullarımızın qisasını alacam.
Asif Kərimov vətəni
sevən, fədakar, onda həmişə
birinciliyə can atmaq
istəyi var idi. Cəsur
baş leytenant Vətən
müharibəsinin qızğın döyüşlərində
daim öndə olur,
nümunəvi zabitlərdən birinə çevrilir.
Bir sıra ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.
Füzulinin, Cəbrayılın və
Qubadlının işğaldan azad olunması istiqamətində gedən
döyüşlərdə iştirak etmiş və xeyli sayda ermənilərin hərbi texnika,
silah-sursatını və
canlı qüvvəsini məhv etmişdir.
Qəhrəman şəhidimiz, baş leytenant Asif Kərimov
3.11.2020-ci ildə Şuşanın
azadlığı istiqamətində gedən
döyüşlərdə həlak olmuşdur.
Doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.
Şəhidin qardaşı Fəttah Kərimov
deyir ki, o, hər şeydən əvvəl vətəninə bağlı vətəndaş,
hər bir şeyə hazır insan idi. Müharibəni səbirsizliklə
gözləyirdi.
Həyat yoldaşı bildirir ki, biz onunla həm dost, həm də sirdaş
idik. Onun yoxluğu bizim üçün çox
çətindir. O, müharibəyə gedəndə dedi ki, ağlama, mən
Vətən, torpaq üçün
gedirəm. Övladlarımı sənə
tapşırıram. Onun əmanət qoyduğu övladlarını arzu
etdiyi kimi böyüdürəm. Anası oğlunun şərəfli yol
keçdiyini bildirir. Dedi ki, mənə bir şey olsa
ağlama, heyifsilənmə,
başını dik tut.
Düşməni məhv edib qovaq ki, balalarımız rahat
yaşasın. Onu saxlamaq
mümkün deyildi,
gözündə qorxu yox
idi.
Cəsur zabitimiz,
baş leytenant Asif Məmməd oğlu Kərimov döyüşlərdə göstərdiyi
igidlik və qəhrəmanlıqlara
görə ölümündən sonra Azərbaycan
Prezidenti İlham
Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Qubadlının azad
olunmasına görə” və “Hərbi xidmətlərə
görə” medalları ilə təltif edilib.
Onun
Vətənə qızı Gülay, oğlu Yusif əmanət
qalıb.
Əli SADIQOV
Respublika 2022.- 29 oktyabr.- S.10.