ÖLKƏMİZ QH-nin FƏALİYYƏTİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR

 

1961-ci ildə yaradılmış, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulması inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən təsisatdır. BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına  hazırda Azərbaycan sədrlik edir   bütün üzv dövlətlərin razılığı dəstəyi ilə sədrliyinin bir il daha  uzadılması ölkəmizə  göstərilən  etimadın təzahürüdür.  Azərbaycan bu Hərəkata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan  münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirmiş müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal, müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Beynəlxalq aləmdə baş verən proseslərdən aydın görünür ki, məhz indiki vaxtda, dünyanın qütbləşdiyi, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan blok koalisiyaların yarandığı şəraitdə "soyuq müharibə" başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır.

2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımız Azərbaycan üçün Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 12 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Çünki Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında Hərəkat mühüm rol oynadı. Bu istiqamətdə görülmüş görüləcək işlər Qoşulmama Hərəkatının Azərbaycan üçün beynəlxalq müstəvidə yüksək nailiyyətlər əldə etməsinə şərait yaradır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əsas missiyası ədaləti beynəlxalq hüququ müdafiə edərək, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək oldu. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürərək, məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etdi. Prezident İlham Əliyevin Zirvə Toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində Xüsusi Sessiyanın çağırılması təklifi BMT- üzv dövlətlər arasında böyük dəstək qazandı. 70-dən çox dövlət hökumət başçısının çıxış etdiyi Xüsusi Sessiyada  beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanaraq, Qoşulmama Hərəkatının koronavirusla  mübarizədə liderliyi qəbul edildi. Beləliklə, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, Qoşulmama Hərəkatı bu çağırışla  mübarizədə qlobal səyləri birləşdirdi.

İyulun 5-6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda keçirilən nazirlərin görüşündə  yüksək səviyyəli nümayəndələrin yenidən bir araya gəlməsi bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya evsahibliyi etməsi ölkəmizin multilateralizmə qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

"Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT- ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq", - deməklə Prezident İlham Əliyev  Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə  beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik etdiyini,  beynəlxalq hüququn müdafiəsinə, bəşəri dəyərlərin təbliğinə, bütün ölkələrin suverenliyinə ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirdiyini bildirdi.

Azərbaycanın təşkilata sədrlik müddəti bu il başa çatacaq. İnanırıq ki, ötən dövr ərzində təşkilata uğurla sədrlik edən ölkəmiz bundan sonra da Hərəkatın beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.

 

Nurəngiz ADİLQIZI

 

Respublika.- 2023.- 8 iyul.- S.5.