Dost qardaş  ölkələrin əməkdaşlığının perspektivləri Azərbaycan-Albaniya  əlaqələrinin inkişafında dövlət başçılarının münasibətləri müstəsna rol oynayır

 

"Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə Cənub Qaz Dəhlizinin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir hazırda enerji təhlükəsizliyinin mənbəyidir". Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır: "Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ- üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qaz alacağını gözləyirik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsi möhkəmlənməsi ölkəmizin xarici siyasətinin başlıca prioritetləri sırasında yer alır. Bu fonda Azərbaycan müxtəlif ölkə təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın qurulması inkişafını daim diqqətdə saxlayır. Mərkəzi Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə Azərbaycan arasında ikitərəfli çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir. Ekspertlər rəsmi Bakının bu regiona marağını obyektiv praqmatik amillərlə əlaqələndirirlər. Hazırda enerji beynəlxalq güclərin nüfuz hakimiyyət uğrunda mübarizəsində əsas təsir alətlərindən birinə çevrilib.

Azərbaycan ilə Albaniya əlaqələrinin inkişafında dövlət başçılarının münasibətləri müstəsna rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya, Albaniya prezidenti Bayram Beqayın Bakıya səfərlərinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, İşçi Qrupu çərçivəsində birgə fəaliyyət bu əməkdaşlıq formatının Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi planı, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bağlı siyasi qərar Azərbaycan-Albaniya əlaqələrini dərinləşdirmək niyyətinin təzahürü kimi təqdir olunur. Azərbaycan Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan TAP layihəsinin üzvləridir.

Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir. Cənub Qaz Dəhlizi regionlararası əməkdaşlıqda dayaq nöqtəsinə çevrilib. TAP kəməri tranzit ölkələrə bir neçə üstünlük verir. İtaliya enerji tədarükü marşrutlarının şaxələndirilməsi sayəsində enerji təhlükəsizliyini gücləndirir. Yunanıstan da tədarük mənbələrini şaxələndirəcək Cənub-Şərqi Avropa ölkələrinə öz ərazisindən qaz nəqli sayəsində tranzit dövlət kimi, mövqeyini möhkəmləndirəcək. Albaniyaya gəlincə, TAP kəməri bu ölkənin qazlaşdırılmasına töhfə verəcək. Üstəlik, Albaniya bu şəbəkənin üzvü olacaq regional əməkdaşlıqda daha yaxından iştirak edəcək.

Qeyd edək ki, Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində birgə iştirak təmin olunacaq. Albaniya şirkətləri Qarabağ Şərqi Zəngəzurda, Ələt Azad İqtisadi Zonasında yaşıl enerji layihələrində əməkdaşlığa dəvət edilib. Albaniya, həm Azərbaycan ilə ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Ötən il yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub. Bundan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, cari ilin yanvar-sentyabr aylarında Albaniya Respublikası ilə ticarət dövriyyəsi 2,78 dəfə, o cümlədən idxal 2,69, ixrac isə 3,14 dəfə çox olub. Azərbaycanda tikinti xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib. 2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb. Bununla yanaşı, Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.

Onu da bildirək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə düşməsi 2023-cü ilin aprel ayında Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycana qaz ixracının coğrafiyasını əsaslı şəkildə genişləndirməyə imkan yaradacaq. Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq mümkün olacaq. Bu qaz Albaniya üzərindən keçəcək beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək veriləcək. Bununla da, Azərbaycanın qaz ixracının coğrafiyası 6 ölkədən ən azı 10 ölkəyə qədər genişlənəcək. "Albaniya Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm regional enerji çıxışı qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək". Bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. Qeyd edək ki, Avropanın cənubunda yerləşən Albaniya ərazisindən Azərbaycan qazını İtaliyaya daşıyan TAP kəməri keçir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə bu kəmərin ötürücülük gücünün artırılması istiqamətində müzakirələr aparır.

 

Ötən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfəri yaddaqalan tarixi hadisə olub. Paytaxt Tiranada Prezident İlham Əliyevin Albaniya dövlət başçısı Bayram Beqay ilə təkbətək geniş tərkibdə görüşündə tərəflər münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verib. Belə ki, Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu artır. Enerji sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin önəmli istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropa İttifaqının sədrliyi ilə keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniyanın nümayəndələri həmişə fəal iştirak ediblər.

Azərbaycanla sıx əməkdaşlıq şəraitində Albaniyanın qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezident İlham Əliyevin diqqətinə çatdırdığını qeyd edən Bayram Beqay ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda deyib: "Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir. Mən Prezident İlham Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini gücləndirəcəkdir". Ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayır. Enerji böhranı mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika ticarət sahəsində avropalılar üçün etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı vacib rol Albaniyanın tranzit imkanları diqqətə alınmaqla iki ölkənin enerji sahəsində əməkdaşlığı ikitərəfli münasibətlərdə ön plana çıxır. Azərbaycanla Albaniya - iki dost ölkə arasında görüşlərin yüksək intensivliyi bunu sübut edir.

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 9 iyul.- S.2.