Azərbaycan etibarlı tərəfdaşdır

 

Azərbaycanın istər Cənubi Qafqazda, istərsə Xəzər regionunda nüfuzu getdikcə artmaqdadır. Ölkəmiz bu gün nəinki etibarlı tərəfdaş, eləcə beynəlxalq müstəvidə söz güc sahibi kimi tanınır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsində ölkəmizin qlobal proseslərdəki fəal iştirakı da müstəsna rol oynamışdır. Respublikamızın həm regional, həm qlobal təhlükəsizliyə verdiyi fundamental töhfələr beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

Dövlətimizin enerji siyasəti nəticəsində beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformaları yaranmaqdadır. Həmçinin Azərbaycanın zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməsi onu beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevirmişdir. Bu baxımdan ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşa bilməyəcəyi təsadüfi deyil. Dövlətimizin sahib olduğu bütün bu üstünlüklərlə uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Bir məqamı da qeyd etmək lazımdır ki, ölkəmiz hazırda regionda sülhün təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab olunur. Bu gün dünyadakı aparıcı dövlətlərlə yanaşı, bir sıra nüfuzlu təşkilatlar da Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı kimi tanıyırlar. Sözügedən geosiyasi subyektlər ölkəmizlə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirməkdən əlavə, Azərbaycanın Cənubi Qafqaz Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi yüksək dəyərə malik olduğunu da bəyan edirlər. Xatırladaq ki, dövlətimiz regionda ikitərəfli üçtərəfli əməkdaşlıq formatlarının nəinki təşəbbüskarı, həm icraçısıdır. Məhz Azərbaycan hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir ki, bu da regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə səmərəli əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərir.

Bununla yanaşı, Azərbaycanın Avropadakı nüfuzu getdikcə artır. Bu baxımdan, Cənub Qaz Dəhlizi mühüm əhəmiyyətə malikdir. Çünki Cənub Qaz Dəhlizi XXI əsrin mühüm strateji enerji dəhlizi hesab olunur. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın həyata keçirdiyi islahatlar Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Bundan başqa, Aİ respublikamız ilə müxtəlif sahələrdə daha möhkəm əlaqələr yaratmaq marağındadır. Bu gün Azərbaycanın dünya əhəmiyyətli enerji layihələrini həyata keçirməsi regional iqtisadi inkişafın aparıcı qüvvəsinə Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi bir çox dövlətlərə nümunə kimi göstərilir.

Hazırda Azərbaycanlaarasında Xəzər sahillərindən Avropaya daha böyük həcmdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində danışıqlar aparılır. Təxminən 3500 kilometr uzunluğundakı kəmərin TANAP TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması bu danışıqlara daxildir. Qeyd edək ki, TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard, TAP-ın illik ötürmə imkanları isə 10 milyard kubmetrdir. Bu göstəricilərin gələcəkdə müvafiq olaraq 32 20 milyard kubmetrə qədər yüksələcəyi gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

 

Nəzrin ELDARQIZI

 

Respublika.- 2023.- 9 iyul.- S.4.