Dövlətçilik tarixində əlamətdar gün

 

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 104 il keçir

 

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür

 

9 iyul tarixi Azərbaycanda Diplomatiya Günü kimi qeyd olunur. Ölkəmizin diplomatiya tarixi rəsmən 9 iyul 1919-cu ildən başlamışdır. Artıq Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 104 il keçir.

2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatına əsasən imzalanmış Sərəncam olduqca əlamətdardır. Qeyd etmək lazımdır ki, Diplomatiya Gününün müəyyən olunması ilə bağlı bir neçə təklif nəzərdən keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə müqavilə bağladığı gün, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün s. Lakin nəticədə diplomatiya günü Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd - 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat əsasında təyin edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma Diplomatiya Gününün təsis edilməsi barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.1920-ci ilin aprelinədək Azərbaycanın bu ölkələrdə nümayəndəlikləri var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan (diplomatik nümayəndə Əbdürrəhman bəy Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan); İstanbul (diplomatik nümayəndə Yusif bəy Vəzirov); Ukrayna (konsul Camal Sadıxov), Krım (konsul agenti Şeyxəli Hüseynov).

1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, BMT tərəfindən tanındı. Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu yol xəritəsi hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan ulu öndər, ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm verən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı möhkəm inam yarandı. Azərbaycanın öz milli maraqlarını qoruması, həmçinin regional qlobal mövqelərini möhkəmləndirməsi üçün iqtisadi siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili xarici siyasəti nəticəsində Azərbaycan regionda lider beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı. Müstəqil dövlətimizin xarici siyasət istiqamətləri strateji seçimləri müəyyənləşdirildi.

Ulu öndərin uğurlu siyasət kursunun davamçısı Prezident cənab İlham Əliyev Azərbaycan diplomatiyasını yüksək zirvələrə qaldırmışdır. Onun liderliyi ilə xalqımızın köksündə bir yara kimi qalan işğal altındakı torpaqlarımız düşmən tapdağından xilas edilmişdir. Uğurlu diplomatik gedişə əsaslanan bu qalibiyyət bütün Azərbaycan xalqına qürur fərəh hissi yaşatmışdır. Xüsusilə Laçın, Ağdam Kəlbəcər kimi guşələrimizin bir güllə belə atılmadan azad edilməsi uğurlu diplomatik gedişdən xəbər verir. Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanaraq reallaşdırılır ki, bu da regional lider olan Azərbaycanın mövqeyini gün keçdikcə daha da gücləndirir.

Qeyd etmək yerinə düşər ki, siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Bununla yanaşı, beynəlxalq təşkilat olan BMT TŞ- üzv olma da əsas siyasi hədəf kimi müəyyən edilmişdi. Tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına üzvlük həmin məqsədin reallaşması üçün əlavə geniş imkanlar yaratdı. 2011-ci il oktyabrın 24-də BMT TŞ- keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı.

Ölkəmizin ikitərəfli münasibətlərdə qarşılıqlı etibarlı tərəfdaşlığı, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması faktı qlobal məkanda dövlətimizə onun rəhbərinə olan müsbət münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.

 

Nurlan ABDALOV

 

Respublika.- 2023.- 9 iyul.- S.5.