10 noyabr Bəyanatının şərtlərinə əməl etməyən Ermənistan özünü təcrid vəziyyətə salır

 

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Müharibə Azərbaycan, Rusiya Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatla nəticələndi. 10 noyabr tarixində imzalanan Bəyanatın əhəmiyyəti isə olduqca böyükdür.

Belə ki, üçtərəfli razılığa əsasən, bir neçə rayonumuz heç bir döyüş əməliyyatı keçirilmədən, bir güllə atılmadan işğaldan azad edilmişdir. Əgər bu bəyanat imzalanmasaydı, Laçın, Kəlbəcər Ağdam rayonu da döyüş yolu ilə qaytarılacaqdı. Bu isə daha çox itkiyə səbəb olacaqdı. Bu baxımdan, Azərbaycan üçtərəfli Bəyanatı qələbəsinin son nəticəsi kimi dəyərləndirir.

İmzalanan Bəyanata əsasən, sərhədlərin delimitasiyası, demarkasiyası bütün lazımi kommunikasiyaların açılması məsələsi ön plana keçdi.

Həmçinin Ermənistan ərazisindən keçid etməklə Azərbaycanın qədim Naxçıvanla da birləşməsi labüddür. 10 noyabr Bəyanatına əsasən regionda kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının inkişafında böyük rol oynayacaq.

Lakin Bəyanatın imzalamasından bir neçə il keçməsinə baxmayaraq, hələ tərəflər arasında sülh razılaşması yoxdur. Qarşı tərəf qəbul edilən bütün şərtləri pozur. Qarabağda yenidən təxribatlar törədib, gərginlik yaradır. Ermənistan Qarabağda yaşayan erməni əsilli əhali üçün ayrıca status tələb edir. Azərbaycan bölgədə yaşayan ermənilərin qanuni Azərbaycan vətəndaşları olduğunu vurğulayır. Dövlət başçısı hər zaman öz çıxışlarında xüsusi olaraq qeyd edir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq 10 noyabr Bəyanatı haqqında demişdir: "Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Bölgədəki erməni hərbi yarımhərbi elementləri tərk-silah edilməlidir".

Ermənistanın Bəyanatı ilə bağlı şərtlərə əməl etməməsindən biri Zəngəzur dəhlizinin açılmasına mane olmasıdır. Zəngəzur dəhlizinin istər ölkəmiz, istərsə dünya dövlətləri üçün önəmi böyükdür. Regionun iqtisadi inkişafında yeni mərhələ olan bu dəhliz Ermənistan üçün mühüm əhəmiyyətə malikdir. Düzdür, hazırda Ermənistan bütün gücü havadarlarının sərsəm vədləri ilə dəhlizin açılmasını yubadır. Əslində, Zəngəzur dəhlizinin açılması istifadəsi Ermənistanın çöküb məhv olmuş iqtisadiyyatının dirçəlişinə təkan verəcək. Qonşu dövlət bunu birmənalı şəkildə anlamalı daşı ətəyindən tökməlidir. Çünki bu onun yeganə çıxış yoludur. Lakin hazırkı vəziyyətdə Ermənistan səhrada səmtini itirmiş birinə bənzəyir.

Azərbaycan ilk gündən Bəyanatın bütün şərtlərini yüksək səviyyədə yerinə yetirir. Hətta baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistan xalqımıza qarşı dəhşətli faciələr, müsibətlər törətmişdir. Qarabağın təbii sərvətlərini mənimsəməklə yanaşı, ekologiyaya böyük zərbə vurmuşdur. Məscidlərimizi dağıdıb təhqir etmiş, mədəni-tarixi abidələrimizi məhv etmişdir. Dünya miqyasında ən dəhşətli faciələrdən olan Xocalı qətliamını törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan bu gün regionun sabitliyi üçün düşmənə barışıq əlini uzadır. Regionda dayanıqlı sülhün təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasını təklif edir. Ermənistan isə, əksinə. Hər vəchlə sülhün əmin-amanlığın olmasına əngəl törədir. Bütün dövrlərdə sığındığı dövlətlərin ətəyində sürünən Ermənistanın sərbəst qərar vermək qabiliyyəti yoxdur. Bu dövlət ələbaxım, müti aciz görkəmi ilə kimlərinsə əlində alət olmağı sevir.

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə üçtərəfli formatda görüşlər keçirilib. Keçirilən görüşlər zamanı əldə olunan razılaşmalara əsasən sülh müqaviləsinin yaxın zamanlarda imzalanacağına inam artsa da, Ermənıstan hələ mənasız inadkarlıq göstərir. Bu gün Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi hissəsində qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Görünür Rusiya sülhməramlıları hələ öz missiyalarının nədən ibarət olduğunu anlamırlar. Maraqlı isə odur ki, bu işdə ermənilərə dəstək olan xarici qüvvələr, havadarlar var. Ermənistanın güvəndiyi havadarları anlamırlar ki, hər keçən gün onların öz əleyhinə işləyir. Azərbaycan dövləti isə öz fikrində israrlıdır. Dövlət başçısı İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı Ermənistana onun havadarlarına xəbərdarlığını etmişdir: "Əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz".

 

Ramidə YAQUBQIZI

 

Respublika.- 2023.- 9 iyul.- S.7.