Qlobal həmrəyliyə çağırışlar Azərbaycanın məramı ədaləti beynəlxalq hüququ müdafiə etməkdir

 

"Biz "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq". Bu fikirləri Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündə deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, Hərəkatın dünya məsələlərində daha çox ədalətli mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan Avropa, Asiya bir çox region ölkələri ilə diplomatik, iqtisadi digər sahələr üzrə sıx əməkdaşlıq əlaqələrinə malik olan dövlətdir bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur. Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Bu baxımdan, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü hazırkı dövrün əsas çağırışlarının gələcəkdə atılması vacib olan addımların müzakirəsində xüsusi əhəmiyyət kəsb edir.

Quruma sədrliyi dövründə üzv ölkələrin birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə nail olan dövlət başçısı İlham Əliyevin gələcəklə bağlı təklif təşəbbüslərinə dəstək Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında yeri rolunun aydın mənzərəsini yaradır.

Azərbaycan Hərəkata 2011-ci ildə qoşulub həmin tarixdən təşkilatın inkişaf güclənməsinə öz töhfəsini verir. Qoşulmama Hərəkatına üzv olduğu müddət ərzində ölkəmiz özünün uğurlu xarici siyasəti sayəsində böyük nüfuz etimad qazanmışdır. 2019-cu ildə Azərbaycan üzv ölkələrin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə dünyada BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyə başladı. Missiyasını uğurla yerinə yetirən ölkəmizin sədrlik müddəti daha bir il uzadıldı.

Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir. Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər. Haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə , həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin hücumu fiaskoya uğradı. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə digər üzv ölkələrlə həmrəylik göstərmiş obyektiv mövqe sərgiləyərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Qoşulmama Hərəkatının institusional inkişafı, qurumun Parlament Şəbəkəsinin Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləri sırasındadır. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini uğurla davam etdirir. "Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik" söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, institusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Azərbaycan hər zaman ədalətin beynəlxalq hüququn yanında olduğunu sözdə deyil, fəaliyyətində təsdiqləyir. Ölkəmizin hər bir təşəbbüsünün beynəlxalq dəstək qazanması Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti beynəlxalq hüququ müdafiə etməkdir. Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun nazirlər iclasının yekunları üzrə qəbul edilən Bakı Bəyannaməsinin mətnində deyilir ki, Hərəkatın üzvləri BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyünə ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən ya tətbiq etməkdən çəkinməyin, daxili işlərə qarışmamaq prinsiplərinə riayət edilməsinin zəruriliyini bir daha təsdiq ediblər. Üzv ölkələr, həmçinin beynəlxalq hüququn bu prinsiplərini dəstəkləməyə, təşviq etməyə dövlətlərin milli birliyinin ya ərazi bütövlüyünün qismən ya tamamilə pozulmasına yönəlmiş istənilən cəhdə qarşı durmağa davam edəcəklərini öhdəliklərinə götürüblər.

Bu gün planetin bir çox nöqtəsində yaşanan böyük insan tələfatına gətirib çıxaran hərbi münaqişələr müşayiət olunmaqdadır. Bunun əsas səbəbi beynəlxalq hüququn işləməməsi, bəzi böyük dövlətlərin öz gücünə arxalanaraq daha zəif ölkələrin daxili işlərinə qarışması, onların ərazi bütövlüyünə suverenliyinə təhdid yaratması cəhdləridir. Gözləmək olardı ki, məhz bu kimi problemlərin həlli, dövlətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə yaradılmış beynəlxalq təşkilatlar belə məqamlarda qəti tədbirlər görməklə prosesləri sülh yoluna yönəldəcəklər. Keçirilən toplantılar, qəbul edilən qətnamələr isə heç bir nəticə vermir. Azərbaycan 30 il bunu yaşayan ölkələrdəndir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi yer alsa da, ölkəmiz 30 il bu qətnamələrin icrasını gözlədi. Bu isə bir daha təsdiqləyir ki, dünya ədalət beynəlxalq hüquq problemini yaşayır.

Bu kontekstdə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu müasir dünyanın çağırışlarına cavab vermədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası Nizamnaməsinə görə beynəlxalq sülhün təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan ali orqandır. Lakin XXI əsrin reallıqları göstərir ki, bu qurum öz funksionallığını, demək olar ki, tamamilə itirib. Prezident İlham Əliyev bildirib ki, BMT- ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurasını keçmişin qalığı kimi səciyyələndirən dövlətimizin başçısı bu orqanda daha çox ölkənin təmsil olunmasının coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin eyni zamanda köklü islahatların aparılmasının zəruri olduğunu qeyd edib.

"Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır". BMT TŞ- QH- bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib ki, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Beləliklə, Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü tarixi hadisəyə çevrildi. Dünyanı maraqlandıran bir sıra vacib məsələlərin müzakirə olunduğu beynəlxalq platformada Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı böyük maraqla qarşılandı, toxunduğu məsələlər beynəlxalq media tərəfindən geniş işıqlandırıldı. Dövlət başçısı çıxışında Azərbaycanın quruma sədrliyi dövründə gördüyü işlərdən danışdı. Bildirdi ki, bu müddətdə ölkəmiz "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub: "Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq".

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 11 iyul.- S. 3.