Azərbaycan
humanitar yüklərin
öz ərazisindən
keçməsini tələb
etməklə bölgədə
sabitliyin, təhlükəsizliyin
bərqərar olmasına
çalışır
44 günlük müharibədən
sonra imzalanan 10 noyabr üçtərəfli
Bəyanata əsasən
erməni silahlı qüvvələri Qarabağ
ərazisindən çıxarılmalı,
münaqişə tərəflərinin
razılaşmalara əməl
etməsinə nəzarət
məqsədilə təmas
xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlıları
5 il müddətinə
əraziyə yerləşdirilməli
idi. Rusiya hərbi kontingenti əraziyə yerləşdirilsə
də, erməni yaraqlıları nəinki
çıxarılmadı, hətta burada daha da möhkəmlənərək
təxribatlar törətməyə
davam etdilər. Onların bu əməllərini həyata
keçirmələrinə isə Qarabağ bölgəsində sabitliyi,
təhlükəsizliyi təmin
etməli olan "sülhməramlılar" geniş
imkan yaratdılar. Rus sülhməramlılarının
gözü qarşısında
Ermənistandan Qarabağa
silah-sursat, minalar, o cümlədən hərbi
qüvvələr daşınır,
Laçın-Xankəndi yolundan
ermənilər hərbi
məqsədlər üçün
istifadə edirdilər.
Düşmənin bu hərəkətləri beynəlxalq
hüquq normalarına
sığmasa da, buna heç bir qurum, heç
bir təşkilat tərəfindən etiraz olunmadı. Rus sülhməramlıları tərəfindən
isə sülhün bərqərar olması istiqamətində heç
bir addım atılmadı, əksinə
məqam düşdükcə
ermənilərin qanunsuz
fəaliyyətlərinə dəstək verdilər.
Bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycana
reinteqrasiya olunmaması,
sərhəd boyunca yerləşən ərazilərdə
atəşkəsin dəfələrlə
pozulması, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan
ərazilərini atəşə
tutması rus hərbçilərinin öz
vəzifələrini ya
icra edə bilmədiklərinin, ya da etmək istəmədiklərinin
nəticəsidir. Münaqişə
zonasında sabitlik yaratmaq, hər iki tərəfdən üçtərəfli Bəyanatın
müddəalarına əməl
edilməsinə nəzarət
etmək, yerləşdikləri
məsuliyyət zonasında
baş verə biləcək hadisələrin
qarşısını almaq
əvəzinə, təxribatçılara
meydan verən sülhməramlılar bölgədə
sülhü qorumağa
deyil, münaqişəni
alovlandırmağa şərait
yaradırlar.
Azərbaycan dövləti
aprelin 23-də ölkəmizin
suveren ərazilərində
- Laçın-Xankəndi yolunun
başlanğıcında Ermənistandan
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
üçün canlı
qüvvə, silah-sursat,
mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının
qarşısının alınması
məqsədilə sərhəd-nəzarət-buraxılış
məntəqəsi yaratdı
ki, bu da
Laçın yolunda hərəkəti məhdudlaşdırmaq
deyil, təxribatlara son qoymaq üçün
atılan əhəmiyyətli
addım oldu. Lakin Ermənistan, Fransa və digər ermənipərəst
qüvvələr münaqişələr
yaradaraq nəzarət-buraxılış
məntəqəsinin bağlanmasına
çalışdılar, hətta
Ermənistan bu il mayın 12-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət
edərək Laçın-Xankəndi
yolunda dövlət sərhəd-nəzarət-buraxılış
məntəqəsinin aradan
qaldırılmasını tələb etdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi
Ermənistanın bu tələbini əsassız
hesab edib rədd etdi.
Laçın yolunun
başlanğıcında keçid
məntəqəsinin yaradılması
Ermənistanla Qarabağ
arasında hərəkətə
nəzarət etməyə
imkanı verir. Erməni avtomobillərinin
nəzarət-buraxılış məntəqələrində yoxlanılması
isə nəinki sərhəddə, bütün
regionda təhlükəsizliyin
təmin edilməsinə
xidmət edir. İki ölkə arasında sərhəddə
vəziyyətin sabitliyi
üçün yaradılan
sərhəd-nəzarət-buraxılış
məntəqəsində yüklərin
yoxlanılması ilə
yanaşı, pasport nəzarəti də həyata keçirilir ki, bu da
ümumilikdə regional
təhlükəsizlik baxımından
mühüm əhəmiyyət
kəsb edir. Bütün bunlar isə sözsüz ki, erməni havadarlarına sərf etmir. Qeyd edək
ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan sərhədində atəşkəsin
pozulması və Laçın dəhlizinin
"blokadası" hallarından
narahatlığını bildirmiş
və hər iki tərəfi bütün məsələləri
diplomatik yollarla həll etməyə çağırmışdır. Rusiya XİN mətbuat xidməti rəhbərinin
Laçın-Xankəndi yolunun
"blokada"da olması
ilə bağlı açıqlamasına Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov
münasibət bildirərək
demişdir: "Təbii
ki, bu çağırışları
eşitmək lazımdır.
Təhlil etmək
vacibdir. Biz də bunu edirik, adekvat
reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün
istiqamətdə inkişafı
və həll edilməsi üçün
Azərbaycan tərəfi
özü sistemli tədbirlərini görməlidir
və görür. Azərbaycan dövlətinin
özünün beynəlxalq
hüququn norma və prinsiplərini gözləməklə məsələləri
həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə
çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza
görə siyasətimizi
həyata keçiririk.
Əminik ki, bu siyasət müsbət nəticələr verəcək".
İkinci Qarabağ
müharibəsinin bitdiyi
gündən etibarən
Azərbaycan sülhün,
əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərir. Xalqların
dinc, qonşuluq şəraitində yaşaması
naminə düşmən
ölkə ilə münasibətləri normallaşdırmaq
istəyir. Lakin bəzi
ölkələr buna hər
vəchlə mane olur. Məsələn, Azərbaycan bölgədə
təhlükəsizliyin təmin
olunması üçün
Rusiyanın Xankəndiyə
göndərdiyi humanitar
yardımın ölkəmizin
ərazisindən keçməsini
tələb edir. Belə ki, 2020-ci il noyabrın
22-də Rusiya Federasiyası
Fövqəladə Hallar
Nazirliyi tərəfindən
Azərbaycanın Qarabağ
bölgəsinə göndərilmiş
27 yük avtomobilindən
ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid
məntəqəsində Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi tərəfindən qarşılanaraq
yolboyu müşayiəti
təşkil olunmuşdur.
Həmin il dekabr ayının 6-da da Azərbaycan
Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən
Xankəndiyə göndərilən
humanitar yük Gəncə Beynəlxalq Hava Limanına çatdırılmış, oradan
isə Gəncə-Bərdə-Ağdam-Xankəndi
marşrutu üzrə
avtomobil yolu ilə yola salınmışdır.
Ölkə başçımız
Rusiya kontingentinin Azərbaycan marşrutunu qəbul etməli olduğunu, humanitar yardımların Dağıstan,
Bərdə, Ağdam
vasitəsilə Xankəndiyə
çatdırılmasının vacibliyini bildirir. Lakin qarşı tərəf Rusiya sülhməramlılarının
şəxsi heyətinin,
onların təchizatının,
hərbi texnikanın,
o cümlədən Qarabağda
yaşayan ermənilərə
göndərilən humanitar
yardımların Ermənistandan
keçməsini israr
edir. Əlbəttə
ki, bunu şərh etməyə ehtiyac yoxdur. Azərbaycan humanitar yüklərin öz ərazisindən keçməsini tələb
etməklə prosesə
nəzarət etməyə
və bununla da bölgədə sabitliyi,
təhlükəsizliyi təmin
etməyə çalışır.
Ermənistan isə...
Mehparə
ƏLİYEVA
Respublika.- 2023.- 11 iyul.-
S.5.