Fransa sülhə kölgə salır

 

Azərbaycan-Fransa münasibətlərinin uzun illər dinamik şəkildə müsbət yöndə inkişaf etməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinin başlaması ilə ölkələr arasında diplomatik soyuqluq yaşanmışdır.

Qeyd edək ki, Fransanın Ermənistana dəstək verməsinin arxasında Azərbaycana Türkiyəyə düşmənçiliyinin dayandığı hər kəsə məlumdur. Fransızların türklərə necə nifrət etdiyi artıq onların daxili xarici siyasətində özünü aşkar bir şəkildə büruzə verir. Bu yanaşmasının, eləcə Osmanlıya, türkçülüyə müstəqil Azərbaycanın uğurlu siyasətinə olan qısqanclığın kökündə isə uzun illərin prosesləri dayanır. Həmçinin buraya Türkiyənin dünyada güclənməsi, Azərbaycanın bölgədə konkret güc mərkəzinə çevrilməsi dünyada sayılıb-seçilən dövlətlər sırasında olmasını da əlavə etmək olar. 90-cı illərdən ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində heç bir addım atmadı, bir növ passivlik nümayiş etdirdi. Fransa regionda bu cür yeni situasiya yaratdığına görə, Azərbaycana bu yolda ölkəmizi dəstəkləyən Türkiyəyə "qəzəblidir". Fransa Azərbaycanın Zəngəzur dəhlizi kimi geosiyasi layihəsinə qarşı çıxır.

Tarixən Fransa demokratiyadan, insan haqlarından, fikir azadlığından, plüralizmdən danışsa da, əməllərində sözlərinin tam əksini göstərib.

Fransanın Azərbaycana qarşı çıxardığı bədnam qətnamə bu ölkənin qərəzli olduğunu bir daha sübut edir. Fransa hökuməti 30 ildir ki, ATƏT-in keçmiş Minsk qrupunda həmsədr ölkə kimi bir dəfə olsun ədalətli mövqe ortaya qoymayıb. Çünki burada türk amili var. Onlar türk xalqını hər zaman özlərinə düşmən olaraq görüblər.

Fransa, həmçinin Azərbaycan Ermənistan arasında gedən sülh danışıqlarına ciddi kölgə salır. "Azərbaycana qarşı sanksiyaların tətbiqi onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi tələbi", Ermənistan ilə Azərbaycan arasında məlum 10 noyabr razılaşmasının icrasına kölgə salır gərginliyin yaranmasına təhrik edir. Başdan-ayağa böhtan iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmənçilik münasibəti var. Azərbaycana Ermənistan torpaqlarından geri çəkilmək, Laçın dəhlizindən çıxmaq kimi çağırışlar, qondarma qurumun tanınması kimi fikirlərdən ibarət bu kağız parçası Fransanın həqiqi simasını göstərir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışı zamanı bildirib ki, Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər... Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar.

Ölkə başçımızın çıxışından Fransanın xainliyi bir daha məlum olur. Amma bunu da nəzərə almaq lazımdır ki, istər Ermənistanın, istər Fransanın, istərsə digər havadar dövlətlərin ölkəmizə qarşı təxribatlar törətməyi əbəsdir. Çünki Azərbaycanın nüfuzu, onun haqq tərəfdarı olması nəinki regionda, hətta beynəlxalq müstəvidə hər kəsə məlumdur. Bu cür şər qüvvələr dövlətimizi tutduğu haqlı mövqeyindən yayındıra bilməz.

 

Röya RÜSTƏMLİ

 

Respublika.- 2023.- 11 iyul.- S.5.