“İsraildə
Azərbaycan Evi"ndə
görüş
İyunun 28-də Azərbaycan
Respublikasının İsrail
dövlətindəki fövqəladə
və səlahiyyətli
səfiri Muxtar Məmmədovun Akko şəhərində yerləşən
"İsraildə Azərbaycan
Evi"ndə diaspor üzvləri ilə görüşü olmuşdur.
"İsraildə Azərbaycan
Evi"nin məlumatında
bildirilir ki‚ səfir Muxtar Məmmədovu Akko şəhərinin meri Şimon Lankri şəxsən qəbul edib. Görüşdə
meriya nümayəndələri
ilə birgə mərhum Arye Qutun oğlu Aviel Qut və
bacısı da iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan Akko şəhəri üzrə
Dağ Yəhudiləri
Cəmiyyətinin sədri
və "İsraildə
Azərbaycan Evi"nin
rəhbəri Nexemya Şirin Mixaeli Azərbaycan və İsrail arasında əlaqələrin daha da möhkəmlənməsinin
vacibliyindən və yəhudi xalqı ilə Azərbaycan xalqının min illiklərə söykənən
qədim tarixi dostluğundan və mehribanlıq şəraitində
yaşamasından danışıb.
Nexemiya Şirin
əlavə edib ki‚ Azərbaycan ta qədimdən tolerant ənənələrə
və muktikultural dəyərlərə malik
ölkədir. Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən bu dəyərlər daha da inkişaf etdirilib. Dahi şəxsiyyət Heydər
Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün millətlərin və müxtəlif inanclı insanların mehribançılıq
şəraitində yaşadığı
nümunəvi ölkələrdəndir.
Qafqaz Dağ Yəhudilərinin Ümumi
İsrail Birliyinin sədri‚ İsraildə Dağ Yəhudilərinin Parlament Lobbisinin baş direktoru Pavel Elozarov Azərbaycan ilə İsrailin yaxın dost və qardaş
ölkə olduğunu
və hər iki xalq arasındakı
səmimi münasibətlərin
bundan sonra da möhkəmlənməsi
və genişlənməsi
istiqamətində daha
da səmərəli çalışılmağın vacibliyini qeyd edib.
Görüşdə İsraildə yaşayan diaspor üzvləri‚ həmçinin İsrailin
bir çox şəhərlərindən‚ o cümlədən Yerusəlimdən
yazıçı Sara
Raxmani, Rişon le Sion şəhərindən
Frida Yusufova, Miryam Xeyli, Akko
şəhərindən Şoşana
Abramova və başqa yazıçılar,
həmçinin Or Akiva şəhərində
yerləşən "Ümumi
İsrail Dağ Yəhudilərinin Sədri
Pavel Elizarov, Dağ Yəhudilərinin baş ravvini Yaniv Naftali və
Tel Əviv‚ Natanya, Kiryat Yam, Kiryat Bialik
şəhərlərindən də fəal diaspor və ictimaiyyət nümayəndələri
və İsraildə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin
direktoru Ben Sion Şmaelov da iştirak ediblər.
Görüşdə iştirak edən yazıçılar Ana Vətən Azərbaycana və doğma Azərbaycan xalqına həsr olunmuş şeirlər səsləndirdilər.
Sara Raxmaninin səsləndirdiyi şeir
isə tədbir iştirakçılarına yaddaqalan
anlar bağışladı.
Ravvin Yaniv Naftali öz çıxışında Azərbaycan
xalqına və şəxsən cənab Prezident İlham Əliyevin adına ivrit dilində dua oxudu.
Səfir Muxtar Məmmədov səmimi və qardaşlıq şəraitində keçirilən
görüş üçün
tədbir iştirakçılarına
öz minnətdarlığını
bildirdi. 30 ildən sonra Azərbaycanın İsraildə səfirliyinin
açılmasından və
İsrailə səfir
olaraq gəlməsindən
böyük məmnunluğunu
ifadə etdi, həmçinin hər iki ölkə və xalqlararası əlaqələrin genişlənməsi
və möhkəmlənməsi
üçün səylərin
daha da artırılmasının
vacibliyini vurğuladı.
Belə mötəbər
tədbirin keçirilməsində
böyük əməyi
olan "İsraildə
Azərbaycan Evi"nin
əməkdaşları Raya
Xudatova və Xananiya Danilovaya xüsusi minnətdarlıq
bildirildi.
Respublika.- 2023.- 11 iyul.- S. 7.