Axta rayonu Dərəçiçək
mahalının bir parçası idi
Millətçi ermənilər
son iki əsrdə
Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü
şəkildə etnik
təmizləmə və
soyqırımı siyasəti
həyata keçirmiş,
xalqımız ağır
məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə
məruz qalmışdır.
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində
Qərbi azərbaycanlılar
min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınmış,
xalqımıza məxsus
minlərlə tarixi-mədəni
abidə və yaşayış məskəni
dağıdılıb viran
edilmişdir.
Bəli, Ermənistan
dövlətinin ideologiyası
faşizm üzərində
qurulmuşdur. Erməni
daşnakları ayrı-ayrı
dövrlərdə Qərbi
Azərbaycanın Dərəçiçək
mahalının Axta (keçmiş Hrazdan) rayonunda soydaşlarımıza
qarşı analoqu olmayan terror hadisələri törətmiş,
bu vəhşiliklər
Stepan Şaumyanın,
Andranikin, Dronun və digər türk xalqlarının qatı düşməni olan millətçi hayların göstərişi
ilə həyata keçirilmişdir. 1918-ci ilin
mart ayında erməni şovinistləri
tərəfindən Qərbi
Azərbaycanın digər
əraziləri kimi, Dərəçiçək mahalının
Axta rayonu odlara qalanmış, qadınlar, qocalar, körpə uşaqlar qəddarlıqla qətlə
yetirilmişdir.
Axta (Hrazdan) rayonu Göyçə gölünün yaxınlığında,
İrəvan şəhərindən
50 kilometr uzaqlıqda yerləşirdi. Rayonun mərkəzindən İrəvan
- Yelenovka (Sevan) dəmiryol xətti keçirdi. Rayon mərkəzi Zəngi çayının sahilində
idi.
Rayon "İrəvan
əyalətinin icmal dəftəri"ndə Axtu,
Qafqazın 5 verstlik xəritəsində isə
Axta kimi qeyd edilmişdir. Toponim Oğuz tayfası olan pandarların bir qolunu təşkil edən axta etnonimi əsasında formalaşmışdır. Rayonun
ərazisi 1828-ci ilə
kimi İrəvan xanlığının Dərələyəz
mahalının, 1828-1918-ci illərdə
İrəvan Quberniyasının
Yeni Bayazid, 1920-1930-cu illərdə Ermənistan
SSR-in Nor Bayazid qəzasının tərkibində olmuşdur.
Axta rayonunun ərazisində qədimdən
türklər (azərbaycanlılar)
yaşamışlar. XIX əsrin
20-30-cu illərində və
ondan sonrakı dövrlərdə rayonda İrandan və Türkiyədən gələn
ermənilərin sayı
artmış, bundan sonra azərbaycanlıların
qara günləri başlamışdır.
1931-ci ilin məlumatına
görə, Axta rayonunda 36 azərbaycanlı
kəndi olmuşdur. Bu yerin sakinləri
yay aylarında Göyçə gölünün
sahillərinə səfər
edərdilər. Erməni
daşnaklarının vəhşiliyi
ucbatından 1918-1920-ci illərdə
Axta rayonunun ayrı-ayrı kəndlərində
yaşayan azərbaycanlılar
məcburən ata-baba
yurdlarını tərk
edərək Türkiyə,
Gürcüstan və
digər ərazilərə
üz tutmuşlar.
1948-1953-cü illərdə Qərbi Azərbaycandakı
soydaşlarımız növbəti
deportasiyaya məruz qalmışlar. Ermənilərin
bu qurğusu Axtadakı azərbaycanlılardan
da yan keçməmişdir.
Rayonun müsəlman əhalisi İ.Stalinin, Molotovun və digər ermənipərəst
rəhbərlərin xəyanəti
ucbatından öz ata-baba yurdlarını məcburən tərk etmişlər.
Axta rayonu
Aşağı Zəngi
çayının sahilində
yerləşirdi. Burada
kimya, mədən, iripanelli evtikmə və soyuducu kombinatları, tikiş fabriki, süd və pivə zavodları, Elektrik Stansiyası, İstilik Elektrik Stansiyası, Sənaye-Texnoloji Texnikumu fəaliyyət göstərirdi.
XX əsrin 80-ci illərində
ermənilər Qərbi
azərbaycanlılara siyasi
və hərbi təcavüz üçün
ideoloji zəmin yaradırdılar. Azərbaycanlılara
qarşı aparılan
soyqırımı siyasəti
özünün siyasi-hüquqi
qiymətini almadığı
üçün tarixi
faktlar sovet mətbuatında ermənilər
tərəfindən təhrif
olunur və ictimai fikir çaşdırılırdı.
Ermənilər sovet rejimindən bəhrələnərək
1988-ci ildə qondarma Dağlıq Qarabağ məsələsini ortaya atdılar. Ermənistandakı
soydaşlarımız yenidən
deportasiyaya məruz qaldılar. Qara buludlar Axta rayonunun
da başının üstünü aldı.
10-15 günün içində
erməni xəyanəti
sayəsində azərbaycanlılar
məcburən öz ata-baba torpaqlarından ayrılmalı oldular, ev-eşikləri dağıdıldı,
yurdlarına od vuruldu.
Tarix göstərir
ki, Qərbi azərbaycanlıların torpaqları
hesabına "böyük
Ermənistan" yaratmaq
üçün azərbaycanlıların
soyqırımını törətmək
faşist xislətli hayların uzunmüddətli
çirkin, azğın
milli məqsədi olmuşdur. Artıq 35 ildir ki, Axta
sakinləri öz ata-baba torpaqlarından ayrı düşmüşlər.
İnsanlar vətən,
torpaq həsrəti ilə yaşayırlar. Onlar əmindirlər ki, bir vaxtlar
İrəvanı özlərinə
paytaxt edən ermənilərin başına
"dəmir yumruq"
endiriləcək, axtalılar
doğma yurdlarına dönəcəklər...
Qədir ASLAN
Respublika.- 2023.- 11 iyul.-
S.8.