Ermənistan
regionun ekoloji mühiti üçün
ciddi təhlükə
yaradır
Ermənistanın 30 ildir işğal altında saxladığı
Azərbaycan ərazilərində
təbiətə, bioloji
müxtəlifliyə, meşə
sahələrinə, yeraltı
və yerüstü təbii sərvətlərə
ciddi zərər vurmaqla ekoloji terror aktları törətməsi bəşəri cinayət
hesab edilir. Xüsusən də Ermənistan silahlı qüvvələrinin beynəlxalq
humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən
kənarda yerləşən
rayonları mütəmadi
artilleriya atəşinə
tutması nəticəsində
xüsusi mühafizə
olunan və beynəlxalq səviyyədə
tanınan təbiət
ərazilərində, o cümlədən
Ağgöl və Göygöl milli parklarında genişmiqyaslı
yanğınlara səbəb
olublar.
Mənfur düşmən
zəbt etdiyi Azərbaycan ərazilərində
keçmişdən bu
günə qədər
ağlasığmaz ekoloji
terror aktları törətmişdir. Dinc insanlara və təbiətə qənim
kəslilən haylar Qarabağın flora və faunasına, ekoloji tarazlığına
ciddi ziyan vurmuş, kənd təsərrüfatı sistemi
tam şəkildə yerlə yeksan edilmişdir. Mina terroru nəticəsində
iri heyvanlar minaya düşərək
məhv olmuş, təmiz su mənbələrinin
kimyəvi çirklənməsi
nəticəsində çay
və göllərdə
özü-özünü tənzimləmə prosesi
dayanmış, bütünlüklə
canlılar üçün
zərərli, ölü
bir zona formalaşdırılmışdır. Xüsusən də Ermənistanın dağ-mədən
sənayesi, Azərbaycanın
ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Belə ki, Ermənistanın
iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz
emalı kombinatının
yüksək kimyəvi
tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı
intensiv şəkildə
çirkləndirir. Qeyd edək ki, Almaniyanın
"Cronimet" şirkəti
də bu ekoloji cinayətdə Ermənistanla şərikdir.
Təəssüflər olsun
ki, bu günə
qədər Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım
atmayıb. Bununla yanaşı, Əkərək
Mis-Molibden Kombinatının
da ağır metaltərkibli mədən
tullantıları Kərçivançay vasitəsilə
Araz çayını
zəhərləyir. ABŞ-ın "Comsup Commodities" şirkəti
kombinatın bütün
səhmlərini satın
alaraq bu işdə öhdəliyi
öz üzərinə
götürüb. Kombinatın
Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə də məlumatlar var. Tullantı anbarının
suyunun transsərhəd
Araz çayına tökülməsi ümumən
Cənubi Qafqaz üçün təhdiddir.
İşğal dövründə
haylar Azərbaycanla sərhəddə yerləşən
Kəlbəcərin Zod
yatağını istismar
etmək üçün "GeoProMining" şirkətinə
tam səlahiyyət vermişdir. 2009-cu ildə
buradan 320,5 min, 2010-cu ildə 490 min, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli Qızıl Kombinatında həyata keçirilmişdir ki, bu da mədən
yaxınlığındakı Zod çayının ağır metallarla çirkləndirilməsinə gətirib çıxarmışdır.
Zod çayının
Kür çayına
töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük
təhlükədir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin regionu çirkləndirməsinə görə,
Ermənistan tərəfindən
ekoloji tarazlıq hüquqlarının pozulmasına
dair qərar qəbul etməsinə rəğmən haylar ekoloji cinayətlərə
ara vermirlər.
Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
ərazisində - Arazdəyəndə
16500 kvadratmetr sahədə
illik istehsal gücü 180000 ton olan 70 milyon ABŞ dolları sərmayə yatırılacaq iri metallurgiya zavodunun inşası isə region üçün növbəti təhdid deməkdir. Bununla bağlı Ermənistanın
iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumatın, eləcə
də bu faktı təsdiq edən videoların yayılması bunun əyani təsdiqidir. Sözügedən metallurgiya
zavodu heç şübhəsiz, zəhərli
kimyəvi tullantılar
ilə regionun ekosisteminə böyük
zərbə vuracaq və Ermənistan növbəti ekoloji cinayətin müəllifinə
çevriləcək. Zavodun tullantılarının
Araz çayına axıdılması həm
çaydakı canlı
aləm, həm də Arazın suyundan suvarma üçün istifadə
edilən torpaq sahələri üçün
ciddi təhlükə
mənbəyidir.
Ermənistanın dağ-mədən
sənayesində heç
bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün
ciddi ekoloji təhdid yaradır. Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi də bu xüsusda Ermənistanın Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
ərazisində iri metallurgiya zavodunun inşasının aparılması
ilə bağlı bəyanatında da bildirilir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə
Azərbaycanın deyil,
ümumi regionun ekoloji mühiti üçün təhlükədir.
Qeyd edək ki, iyunun 8-də Azərbaycanda fəaliyyət
göstərən ekoloji
yönümlü QHT-lər
yeni ekoloji fəlakətə yol açacaq layihələr
əleyhinə birgə
bəyanat yayıblar.
Onlar BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya
Səhiyyə Təşkilatı,
BMT-nin ətraf mühit və zərərli maddələr
və insan hüquqları üzrə
xüsusi məruzəçilərinə
və müvafiq beynəlxalq təşkilatlara
müraciət edərək
hüquqi dairələri
Ermənistanın növbəti
ekoloji terroruna son qoymağa səsləyiblər. Digər
tərəfdən, Amerika
Birləşmiş Ştatları
hökumətinə müraciətdə
qeyd edilib ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, Amerikada qeydiyyatda olan şirkətin fəaliyyəti
dayandırılsın.
Bununla yanaşı,
QHT-lər Ermənistan
Respublikasının dağ-mədən
sənayesinin Cənubi
Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Ermənistanın
dağ-mədən sənayesində
aparılan işlərin
ətraf mühitə
regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla
bağlı dərin narahatlığını ifadə
edən bu məktubu 24 məsul şəxs imzalayıb.
Təcavüzkar Ermənistan
tərəfindən qəsdən
törədilən terror
aktları nəticəsində
bölgədə ciddi
ekoloji fəsadlar yaranıb. Azərbaycanın
"Qırmızı Kitab"ına
və Beynəlxalq Qırmızı Siyahıya
daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və
heyvan növləri təhlükə ilə üz-üzədir.
Ermənistan tərəfindən
təbiətə qarşı
törədilən bu
ağır cinayətlər
ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar"
və "Bern" beynəlxalq konvensiyalarının
tələblərinin kobud
surətdə pozulması
aktıdır. Bu çərçivədə ədalət
bərpa olunmalı, qəsbkarlar öz cəzasını çəkməlidirlər.
Nurlan ABDALOV
Respublika.- 2023.- 11 iyul.- S.10.