Şuşada “Ağıllı
su" sistemi infrastrukturu yaradılır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tapşırıqlarına əsasən Şuşa şəhərinin içməli
su təchizatı sistemlərinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə
Qərargahından verilən
məlumata görə,
Şuşa şəhərini
dayanıqlı içməli
su ilə təmin etmək məqsədilə layihənin
birinci mərhələsi
çərçivəsində yeni su anbarları inşa olunur.
Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi tərəfindən
icra olunan Şuşa şəhərinin
su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən
perspektiv inkişaf nəzərə alınmaqla
25 min nəfər faydalanacaq.
Layihəyə əsasən
şəhərin içməli
su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri
və 2022-ci ildə istismara verilmiş Zarıslıçay Su Anbarı hesabına ödəniləcək. Bu mənbələrdən
götürülən suların
toplanaraq optimal paylanması,
eləcə də şəhərin su təchizatında dayanıqlığın
təmin olunması məqsədilə ümumi
həcmi 6 min kubmetr olan 3 su anbarı
layihələndirilib. Artıq
birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb və anbarın giriş-çıxış
xətləri quraşdırılıb.
Hazırda su anbarında izolyasiya işləri aparılır
və yardımçı
binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının
cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Layihəyə əsasən,
Şuşa şəhərində
24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri
yaradılacaq. Eyni zamanda məhsuldarlığı
sutkada 8 min kubmetr olan içməli sutəmizləyici
qurğu inşa olunacaq. Şəhərdə
formalaşan tullantı
suların tam təmizlənib
zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğunun
tikintisi də planlaşdırılır. Şuşa
şəhərində yaradılan
yeni infrastruktur "Ağıllı
su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi,
nəqli, anbarların
səviyyəsi, hidravlik
rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə
onlayn rejimdə tənzimlənəcək.
"Azərsu" ASC-dən bildirilir ki, Şuşa
işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli
su təminatının
bərpasına başlanılıb.
Kiçik Kirs və Zarıslı mənbələrində,
eləcə də
magistral kəmərlərdə bərpa işləri aparılaraq 2020-ci ildə
hər iki mənbədən şəhərə
suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərin
perspektiv inkişafı,
həmçinin ilin müəyyən dövrlərində
Kiçik Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən alternativ
su mənbəyinin yaradılması layihəsinin
icrasına başlanılıb.
Bu məqsədlə Zarıslı
çayının məcrasında
tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası
və 2,9 kilometr uzunluğunda yeni təzyiqli
kəmər inşa edilib və 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə
suyun verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay
Su Anbarı genişləndirilərək tutumu
7,5 milyon kubmetrə çatdırılacaq.
Respublika.- 2023.- 11 iyul.-
S. 10.