Daşnak Papazyanın kuklası

 

İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə uzun illər dünyada formalaşdırılan erməni mifini dağıdaraq yerləbir etdi, eyni zamanda üstüörtülü ermənipərəstlik edən ölkələrin paxırı açıldı, insan haqları, demokratiya pərdəsi altında gizlənən şeytan sifətlərinə dəyən güclü sillə onları ermənilərlə birlikdə tarixin zibilliyinə, məğlubiyyətin dərin quyusuna saldı. Ermənistanın ağır məğlubiyyətindən sonra Fransa prezidenti Makron ölkəsindəki erməni lobbisinin güclü qınağına tuş gəldi. Onların qarşısında gözükölgəli olduğu üçün Makron açıq-aşkar Azərbaycan əleyhinə bəyanatlar verməyə başladı.  Makronun ermənilərə "sevgi"sindən nəinki fransa xalqı, eləcə bütün dünya xəbərdardır.

Erməni lobbisi, bir qucaqda şəkillər çəkdirdiyi, terrorçu "Daşnaksütyun"un büro üzvü,  Fransa Erməni Təşkilatları Federasiyasının koordinasiya şurasının həmsədri Murad Papazyan Makrona bildirdi ki, müsyo, bizim pulumuzla seçkiləri uddun, lakin verdiyin bütün vədlər iflasa uğradı, Azərbaycan dünya erməniliyinin belini sındırdı,  ona görə onların əleyhinə  danışmalısan, ağlına gəldi çərənləməlisən,  yoxsa həzm-rabedən keçirdiyin pulları geri qaytaracaqsan. Zavallı Makron ermənilərin əlində kuklaya çevrilib, Fransadakı erməni lobbisinin girovluğunda qalıb. Ona görə tez-tez ermənilərlə görüşür, onlara yeni vədlər verir, Azərbaycan əleyhinə fikirlər səsləndirir. Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun Marseldəki erməni icması ilə görüşü zamanı verdiyi anti-Azərbaycan bəyanatları onu göstərir ki, qədim Yelisey sarayına onun qədər ermənipərəst, qorxaq, irqçi, şovinist başçı gəlməyib Fransa xalqını gözdən salan ikinci bir adam olmayıb. Təbii ki,  Makronun bəyanatını dərhal pisləyən Azərbaycan Xarici İşlər Nazirliyi bildirdi ki, Makronun şərhləri qəbuledilməz hesab olunur onun Azərbaycana qarşı qərəzli münasibətini nümayiş etdirir.  Makronun bəyanatlarını sərt tənqid edən rəsmi qurumdan bildirilib ki,  onlar sülhün bərqərar olmasına mane olur, separatizmi terrorizmi dəstəkləyənlərin destruktiv fəaliyyətinin genişlənməsinə kömək edir. Qeyd olunub ki,  Makron əvvəllər 44 günlük Qarabağ müharibəsi zamanı 2020-ci ildə münaqişədən sonrakı dövrdə anti-Azərbaycan bəyanatları ilə çıxış edir.  Beləliklə,  Azərbaycan Xarici İşlər Nazirliyi Makronun bəyanatlarını kəskin tənqid edərək onu qərəzli olmaqda ittiham edir bəyanatlarının regionda sülh prosesinə mane olduğunu bildirir.

Murad Papazyan Makronun ətrafında ən çox görünən erməni əsilli fransızdır. Bu araqarışdıran quldur deyir ki,  Fransada doğulsam da,  özümü yüz faiz fransız yüz faiz erməni sayıram.  İkiüzlülüyün bundan artığı olmur, fransız xalqının qanını soran başabəla tacir, Makronun yan cibindən çıxan, erməni xislətini gizlətməyən Papazyan əslində, hansıpazakeçdiyinin fərqindədir. Erməni ki, erməni, utanmaq yox, qızarmaq yox,  sırtıq,  ikiüzlü,  şovinist,  başqasının kölgəsində gizlənən buqələmun anlamır ki, qoltuğuna sığındığı Makron Azərbaycan Prezidenti, siyasi iradəsi, məharətli diplomatiyası, dünyada verdiyi sözü tutan dövlət başçısı kimi tanınan İlham Əliyevin qarşısında həmişə aciz duruma düşüb, ciddi fikir savaşında həmişə geri çəkilib.

Tarixi mənbələrə görə Fransada erməni icmasının formalaşması üç mərhələyə bölünür: saxta "soyqırımı" yaşayan 1920-ci illərdə Fransaya köçən haylar,  1970-ci illərdə Suriya,  Livan İrandan gələnlər,   üçüncü mərhələ isə 1991-ci ildən sonra Fransanı daimi yaşayış yeri seçən ermənilərdir. Ermənistanla Fransanı yanaşı qoyanda maraqlı həm düşündürücü mənzərə yaranır, hər iki ölkə dünyada işğalçı,  irqçi, terrorçu, şovinist ölkə kimi tanınır.  Ucuz siyasi imici gündən-günə aşağı düşən, öz ölkəsində sadə bir islahatı həyata keçirə bilməyən, Əlcəzair kökənli,  17 yaşlı yeniyetmənin heç bir günahı olmadan polis tərəfindən öldürülməsinə biganə qalan, aylardır ki, Parisin küçələrinin etirazçılar tərəfindən savaş meydanına çevrildiyini görməzdən gələrək diskotekada  kef edən Makronun əsl mahiyyəti belədir. Yaxşı bir atalar sözümüzdə deyildiyi kimi, özünə umac ova bilməyən, özgəyə əriştə kəsmək istəyir. Elə sonuncu Kişineu görüşündə Paşinyanla siam əkizləri kimi bir-birinə yapışmış halda hərəkət edən Makron yenə təşəbbüsü öz əlinə götürmək,  iştirakçılar adından bəyanat yaymaq istədi,  amma yenə ölkəmizin lideri İlham Əliyevdən sərt təpki aldı.  Makronun dövranı qara ləkələrlə başa çatır, Fransa xalqına heç bir töhfə verə bilməyən bu avantürist erməni süfrəsinin tör-töküntüsü kimi tarixin səhifəsində rüsvayçı şəkildə qalacaq.

 

 Erməni "silahı" - yalan, böhtan, şantaj, hiyləgərlik

 

Ermənistanda baş verən hadisələr, aparılan uğursuz siyasət, ayrı-ayrı siyasi partiya nümayəndələrinin dili ilə verilən mesajlar, bəyanatlar onu göstərir ki, erməni iqtidarı başına dəyən dəmir yumruqdan nəticə çıxarmayaraq müharibəyə hazırlaşır, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın köməyinə arxalanaraq çox çirkli kirli bir oyun oynayır. Qarabağ Azərbaycandır deyən, ərazi bütövlüyümüzü tanıyan erməni iqtidarı yenidən  Xankəndidəki Azərbaycanın erməni vətəndaşlarının "qeydinə qalır", onların öz müqəddəratını müəyyən etmələrindən danışır. Özünü  Azərbaycanın qədim yaşayış məskəni olan Xankəndi ətraf ərazilərdə yaşayan ermənilərin "xilaskar"ı, "xeyirxah mələyi", xaç atası adlandıran Ruben Vardanyan bir müddət qeyb olduqdan sonra yenidən Qarabağda peyda olub. Oğru, quldur, "desant" Vardanyan erməni nəşri "Hraparaq"a bildirib ki, mən ona görə gəldim ki,  Qarabağ erməniləri Azərbaycana tabe olmasınlar. Qeyd edək ki,  Qarabağ ermənisi olmayan, çirkli pulların yuyulmasında peşəkar olan bu oğru ağızdolusu erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarından danışıb.

İyunun 16-da Ermənistanın baş naziri Nikol Paşinyan da köhnə erməni "silahı"ndan istifadə edərək hökumətin iclasında çıxışı zamanı Laçın dövlət sərhədində buraxılış məntəqəsinin təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığını,  Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları tibbi məhsullarla təmin olunmasınının qarşısını aldığını",  "etnik təmizləmə siyasəti həyata keçirdiyi"ni, Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyini bildirib.  Paşinyana dərhal rəsmi cavab verilib bildirilib ki, növbəti dəfə səsləndirdiyi cəfəng iddialar qətiyyətlə rədd olunur.  Bir daha xatırlatmaq istərdik ki,  Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı iddiadır bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma prinsiplərinə ziddir.  Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf,  təhlükəsiz nizamlı keçidi üçün müvafiq şərait mövcuddur məntəqə təsis edilən gündən yüzlərlə sakinin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.

 

Salman ALIOĞLU

 

Respublika.- 2023.- 11 iyul.- S.11.