Qarabağ
və Şərqi Zəngəzur: siyasi iradənin, gücün uğur nümunəsi
İşğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazilərimizdə irimiqyaslı
yenidənqurma işləri
həyata keçirilir
"Bütün çətinliklərə
baxmayaraq, Azərbaycan
işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə
özünün maliyyə
imkanları hesabına
sıfırdan irimiqyaslı
yenidənqurma işlərini
uğurla həyata keçirir". Bu sözləri Azərbaycan
Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşündəki
çıxışı zamanı
deyib.
Dövlət başçısı
yenidənqurma işlərinin
planlı şəkildə
davam etdiyini vurğulayıb. Qeyd edib ki, ərazilərimiz
işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng
çağırışlarla üz-üzədir. Azərbaycanın
şəhər və
kəndləri Ermənistan
tərəfindən qəsdən
dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr,
məscidlər təhqir
olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid,
kultursid və ekosid törətmişdir.
Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Ermənistan
öz vandallığını
nümayiş etdirib. İşğal olunan ərazilərimizdəki evlər
dağıdılıb və
təbiət məhv edilib. Lakin Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Azərbaycan Ordusu Qarabağı işğaldan
azad etdikdən sonra bölgəyə həyat yenidən qayıtdı. Qısa müddət ərzində
şəhər, rayon
və kəndlərimizdə
sürətli bərpa
işləri həyata
keçirildi. Bu işlər indi də uğurla davam etməkdədir.
İşğaldan azad
olunan ərazilərin
bərpası və Böyük Qayıdışın
yüksək səviyyədə
təmin edilməsi məqsədilə ardıcıl
işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə
səfəri, bərpa-quruculuq
işləri ilə şəxsən maraqlanması,
istehsal müəssisələrinin,
sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində
iştirak etməsi görülən işlərin
sürətini artırmaqla
yanaşı, keyfiyyətinin
də yüksək olmasına təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq
və göstərişlərinə
əsasən, abadlıq-quruculuq
işləri sırasında
yolların müasir səviyyədə yenidən
qurulması istiqamətində
mühüm layihələr
icra olunur. Ölkə başçısının
imzaladığı sərəncamlar
yol infrastrukturunun təzələnməsini daha
da sürətləndirir.
Dövlətin planlı
və mərhələli
şəkildə apardığı
bərpa prosesinin ilk mərhələsi olan ərazilərin minalardan təmizlənməsinə
Azərbaycan Ordusunun şanlı Zəfərindən
dərhal sonra başlanılıb. Azərbaycan
Respublikasının Minatəmizləmə
Agentliyinin məlumatına
görə, 2020-2022-ci illərdə
57,6 min hektar ərazi minalardan təmizlənib. Həmçinin
qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"nın
birinci istiqaməti işğaldan azad olunmuş 280 min hektar ərazinin
2022-2026-cı illərdə minalardan, partlamamış
hərbi sursatlardan, tərkibində partlayıcı
olan qurğulardan və digər partlayıcı qalıqlardan
təmizlənməsini nəzərdə
tutur. Bununla da həmin ərazilər
tam təhlükəsiz
yaşayış və
sosial-iqtisadi həyatın
bərpası üçün
uyğun olacaq.
İşğaldan azad
edilmiş ərazilərə
sosial-iqtisadi həyatın
geri qaytarılmasında
özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə
yerli və xarici biznes nümayəndələrinin
investisiya qoyması üçün əlverişli
mühitin yaradılmasını
prioritet istiqamətlərdən
biri kimi götürüb. Bu məqsədlə, 2022-ci il
noyabrın 16-da Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
təsdiqlənib. Qeyd
edək ki, Dövlət Proqramı hazırlanarkən mütərəqqi
beynəlxalq təcrübəyə
istinad olunub, işğaldan azad edilmiş ərazilərin
sosial-iqtisadi potensialı
və dünya iqtisadiyyatının müasir
çağırışları nəzərə alınıb.
Proqramın konkret əhatə dairəsi var: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər. Qarabağ və Şərqi Zəngəzur
regionunun bərpa və yenidənqurma işləri üçün
2021-ci ildə 2,2 milyard,
2022-ci ildə 2,7 milyard
manat vəsait ayrılıb. 2023-cü ilin
büdcəsində isə
işğaldan azad olunmuş ərazilərin
bərpası üçün
ötən illə müqayisədə 13 faiz
daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.
Bu ərazilərdə
investisiya mühitinin yaradılması üçün
növbəti mərhələ
sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə
qoşulub. Nəqliyyat
infrastukturu tam sürətlə bərpa
olunmaqla, ölkənin
digər şəhər
və rayonlarının
yol infrastukturu ilə birləşdirilir.
Füzulidən Şuşaya
çəkilən ilk
yol infrastrukturu uğurlu start götürdü, ardınca
digər yol layihələri də hazırlandı və həyata keçirildi. Azərbaycan qısa müddətdə Hadrut-Cəbrayıl-Şükürbəyli,
Tuğ-Hadrut, Füzuli-Hadrut
yollarında tikinti işlərinə də başladı. Bundan başqa, Xanlıq-Qubadlı
yolunun da təməli qoyulub. Hazırda Zəngilandan Qubadlıya, Laçına
dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni
təmin edəcək.
Bu sırada Bərdə-Ağdam, Füzuli-Ağdam
yollarını da qeyd etmək lazım gəlir. Göründüyü kimi,
nəhəng bir yol infrastrukturu aktuallıq daşıyır
və davamlı olaraq həyata keçirilir. Yol ərazilərin logistik əhəmiyyətini artıran
mühüm faktor olduğu üçün
2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə
hava limanlarının,
avtomobil və dəmir yollarının tikintisi işləri də diqqətdə saxlanıldı və bu işlərin müsbət bəhrəsi
kimi "Qarabağın
hava qapısı"
adlandırılan Füzuli
Beynəlxalq Hava Limanı, az sonra isə Zəngilan Beynəlxalq Hava Limanı açıldı. Laçında
Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir.
Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarının
ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında
mühüm rol oynayacaq yol infrastrukturu
layihələrində ümumi
uzunluğu 66 kilometrə
yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.
Əhalinin infrastruktur
təminatının yaxşılaşdırılması,
eyni zamanda layiqli həyat şəraitinin yaradılması
üçün elektrik,
su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması
istiqamətində sistemli
tədbirlər görülür
ki, məhz bunlar da Dövlət
Proqramının əsas
prioritet istiqamətlərindəndir.
Həmçinin "ASAN",
"DOST", kiçik və
orta biznesə dəstək xidmətləri
də yaradılıb.
Yüksək texnologiyaların
tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya
və poçt şəbəkələrinin qurulması,
qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində
tədbirlərin həyata
keçirilməsi, məşğulluq
imkanlarının artırılması,
insan kapitalının
inkişaf etdirilməsi,
sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi vəzifələr icra olunacaq.
Doğma torpaqlarından
köçkün düşmüş
soydaşlarımızın geri qayıtması üçün həyata
keçirilən layihələr
"ağıllı kənd",
"ağıllı şəhər"
konsepsiyalarına əsaslanır.
Bu, həm də ondan xəbər
verir ki, Azərbaycan dövləti
öz vətəndaşları
üçün ən
yüksək standartları
tətbiq edir. O cümlədən, Qarabağ
və Şərqi Zəngəzurda "yaşıl
enerji" zonası yaradılır ki, bu da müasir
qlobal çağırışların
Azərbaycanda uğurla
reallaşdığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda dövlət
tərəfindən həyata
keçirilən işlər
və qarşıdakı
müddət ərzində
reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən
görülən digər
işlər doğma yurd-yuvalarına qayıdacaq
insanların rahatlığına,
təhlükəsiz şəraitdə
yaşamalarına xidmət
edir. Dövlət Proqramında 2026-cı ilədək
görüləcək işlərin
miqyası kifayət qədər böyükdür.
Bütün bu işlər ona görədir ki, "Böyüş Qayıdış"
uğurla icra edilsin. Keçmiş məcburi köçkünlərin
öz ata-baba torpaqlarında məskunlaşması
dayanıqlı və
əbədi olsun.
Mustafa KAMAL
Respublika.-
12 iyul.- S. 1; 7.