Azərbaycanın yüksələn nüfuzu

 

Qloballaşan dünyada praqmatik düşüncəli müasir liderlərə, siyasətçilərə çox böyük ehtiyac duyulur. Bu baxımdan da müstəqil dövlət kimi çox gənc olmasına baxmayaraq, Azərbaycanın bəxti gətirib.

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət qalib ölkəmizin yüksələn nüfuzu tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. İyirmi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərimizin siyasi kursuna dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi.

Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili xarici siyasəti ilə həm inkişaf edir, həm iqtisadi sistemini təkmilləşdirir. Hazırda Azərbaycanın reallaşdırdığı enerji layihələri, inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, dövlətimiz dünyada sülhyaratma prosesində fəal iştirak edir. Azərbaycan səmərəli təklif təşəbbüslərlə çıxış edərək, öz praktik fəaliyyəti ilə sülhün təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Ölkəmizin əldə etdiyi bu nailiyyətlər həm dünyada yeni azərbaycanlı imicinin yaranmasına gətirib çıxarıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam etimadını daha da gücləndirib. Azərbaycanın böyük layihələr həyata keçirməsi, beynəlxalq tədbirlərə evsahibliyi etməsi dövlətimizin yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir müasir dövrün tələblərinə uyğunlaşır. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycan həm dünyada etibarlı tərəfdaş kimi tanınır. İlham Əliyevin "yaşıl enerji" kursu sayəsində Azərbaycan enerji ölkəsi kimi müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. Dövlət başçısı İlham Əliyev Azərbaycanın "yaşıl artım" ölkəsinə "yaşıl enerji" məkanlarına transformasiyasının ideoloqu ən güclü dəstəkçisidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ölkəmizin həyata keçirdiyi layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir onun yürütdüyü enerji siyasəti Azərbaycanın beynəlxalq aləmdə önəmini artırıb ölkəmizi dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib. Qeyd etdiyimiz kimi, Azərbaycan bir çox layihələrin müəllifidir. Onlardan biri Cənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Cənubi Qafqaz ölkələrinin Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 40 milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya İtaliya iştirak edir. Sonrakı mərhələdə bu layihəyə üç Balkan ölkəsi - Bosniya Herseqovina, Xorvatiya Monteneqronun qoşulacağı gözlənilir. Beləliklə, bir zamanlar enerji qıtlığı yaşayan Azərbaycan indi nəhəng enerji ixracatçısıdır. Bir sıra Avropa ölkələri Azərbaycandan aldığı qaz hesabına öz problemlərini həll edirlər. Ölkəmizin enerji potensialının böyük olması, əhəmiyyətli layihələrin həyata keçirilməsi gələcəkdə bu sahələr üzrə işlərin aparılmasını nəzərdə tutan layihələr ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, siyasi mövqeyini gücləndirəcək.

Qeyd etmək lazımdır ki, ölkəmiz siyasi, iqtisadi, mədəni inkişafla yanaşı, hərbi sahədə öz sözünü deyir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü döyüş qabiliyyətini 2016-cı ildə aprel döyüşlərində nümayiş etdirib. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Eləcə 2020-ci ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi. Sentyabrın 27-də isə Ermənistan növbəti genişmiqyaslı təxribat törətdi Ali Baş Komandan İlham Əliyevin "irəli" əmrindən sonra Ordumuzun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. "Dəmir yumruq" əməliyyatı kimi tarixə düşən Vətən müharibəsi xalqımızın 30 illik yurd həsrətinə son qoydu.

 

Nuranə DAXİLQIZI

 

Respublika.- 2023.- 12 iyul.- S.1; 7.