Ümummilli lider və Azərbaycanda müasir dövlət qulluğu sistemi
Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini
bərpa etməklə
beynəlxalq münasibətlər
sistemində özünəməxsus
yer tutdu. Bununla da yaranmış müstəqil dövlətin
quruculuq prinsiplərinin
müəyyən edilməsi
zəruriliyi meydana gəldi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi
və demokratik prinsiplərin bərqərar
olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi
məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
1995-ci ildə ümumxalq referendumunda Ulu Öndər
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının
Konstitusiyası qəbul
edilməklə ölkənin
gələcək inkişafı
üçün beynəlxalq
standartlara cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası
qoyuldu. Milli qanunvericilikdə
"dövlət qulluğu"
termini ilk dəfə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada hüquqi cəhətdən təsbit
olundu. Ümumiyyətlə,
ölkəmizdə milli kadrların
yetişdirilməsində, dövlət
idarəçiliyinin və
dövlət qulluğunun
formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var.
Heydər Əliyevin
1969-cu ildə Azərbaycan
KP MK-nın birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində
dövlət idarəetmə
sisteminin milliləşdirilməsi
və milli kadr potensialının hazırlanması
prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının
dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri
üstünlük təşkil
edirdi. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi
prosesini çox məharətlə həyata
keçirdi. Ulu Öndər
dövlət qulluğu
vəzifələrinə azərbaycanlıları
irəli çəkməklə
milli kadr potensialının
sistemli şəkildə
hazırlanmasına nail oldu.
Ölkəyə lazım
olan mütəxəssis
kadrlar yetişdirmək
məqsədilə Azərbaycanın
ali məktəblərində
yeni-yeni ixtisaslar üzrə
fakültələr açılır,
hər il 900-dən artıq
gənc Sovet İttifaqının qabaqcıl
ali məktəblərində
təhsil almağa göndərilirdi. Həmin
dövrdən etibarən
Heydər Əliyev Azərbaycan dilini dövlət, sovet və partiya orqanlarında işlək
dilə çevirməyə
başladı. Məhz
Heydər Əliyevin gərgin fəaliyyəti,
polad iradəsi və millətsevərliyi
sayəsində 1978-ci il Konstitusiyasında
Azərbaycan dili rəsmən dövlət
dili elan olundu. Ulu Öndərin respublikamıza
rəhbərlik etdiyi illərdə Azərbaycanın
böyük milli kadr potensialı yaradıldı
və 1991-ci ildə ölkəmiz müstəqilliyini
bərpa etdikdən sonra həmin kadrlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini verdilər.
Təəssüf ki, Heydər
Əliyev Sov. İKP
MK Siyasi Bürosu üzvlüyündən və
SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini vəzifəsindən
istefa verdikdən sonra onun yetişdirdiyi
milli kadrlar da müxtəlif
bəhanələrlə dövlət
qulluğundan uzaqlaşdırıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının
parlamenti "Azərbaycan
Respublikasının dövlət
müstəqilliyi haqqında"
Konstitusiya Aktını
qəbul etdikdən sonrakı ilk iki ildə ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq
və xaos dövlət idarəetmə
sistemində özünü
göstərdi.
Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıtdığı
gündən müstəqil
və müasir dövlət qulluğu sisteminin yaradılmasını
da önə çəkdi.
Həmin dövrdən
etibarən düşünülmüş,
elmi cəhətdən
əsaslandırılmış, Avropa ölkələrinin
dövlət idarəetmə
sisteminin üstünlüklərini
və milli dövlətçilik
ənənələrini özündə
cəmləşdirən dövlət
qulluğu siyasətinin
aparılmasına başlandı.
1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı
və həmin il noyabrın 12-də layihə
ümumxalq səsverməsi
yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə
mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının
hüquqi özülü
qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan
Respublikasının Konstitusiyasında
dövlət qulluğunun
konstitusional prinsiplərinin
əsasları əks
olunmuşdur. Konstitusiyada
Azərbaycan vətəndaşlarına
dövlətin idarə
edilməsində iştirak
və dövlət qulluğuna qəbul hüququ verən ayrıca maddə var. Məhz Konstitusiyanın
55-ci maddəsində "Dövlətin
idarə olunmasında
iştirak etmək hüququ" təsbit edilmişdir.
Ümummilli Liderin müstəqillik dövründə
dövlət qulluğunun
təkmilləşdirilməsi məqsədilə atdığı
addımlar sayəsində
"Dövlət qulluğu
haqqında" Azərbaycan
Respublikasının Qanunu
da daxil olmaqla dövlət qulluğuna dair bir sıra
qanunvericilik aktları
qəbul edildi. Məhz həmin dövrdə "dövlət
qulluğu" və
"dövlət qulluqçusu"
anlayışları gündəmə
gəldi.
Ölkəmizdə dövlət
qulluğu sahəsində
islahatların həyata
keçirilməsində Ümummilli
Lider Heydər Əliyevin 1996-cı ildə
imzaladığı "Hüquqi
islahatlar komissiyasının
yaradılması haqqında"
Sərəncamın və
1998-ci ildə imzaladığı
"Dövlət idarəetmə
sistemində islahatlar aparılması üzrə
dövlət komissiyasının
yaradılması haqqında"
Fərmanının müstəsna
rolu olub. Dövlət idarəetmə
sisteminin islahatı dövlət qulluğu islahatlarını da nəzərdə
tutur və bu islahatların bir hissəsi normativ-hüquqi aktların
qəbul edilməsi ilə bağlı idi.
Dövlət qulluğunun
səmərəliliyinin yüksəldilməsi,
dövlət aparatının
təkmilləşdirilməsi, dövlət qulluqçularının
hüquqi statusunun müəyyən edilməsi,
onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin
edilməsi və eyni zamanda məsuliyyətlərinin
artırılması üçün
2000-ci il iyulun 21-də respublikamızda
ilk dəfə olaraq
"Dövlət qulluğu
haqqında" Qanun qəbul
edildi. Bu qanunun qəbul edilməsinin əsas səbəbi Heydər Əliyevin 1998-ci
ildə dövlət idarəçilik sistemində
islahatların aparılması
ilə bağlı verdiyi fərmanda nəzərdə tutulmuş
işlərin həyata
keçirilməsi idi.
Bu qanun dövlət qulluğunun
təkmilləşdirilməsində mühüm əhəmiyyət
kəsb etdi. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət
qulluğu sahəsində
vahid dövlət siyasətinin formalaşdırılmasının
əsası qoyuldu.
"Dövlət qulluğu haqqında" Qanunun qəbulundan sonra onlarla normativ-hüquqi akt qəbul olunub, o cümlədən
dövlət başçısının
fərman və sərəncamları ilə
respublikada idarəetmə
sisteminin təkmilləşdirilməsinə
xidmət edən yeni qurumlar yaradılıb. O cümlədən həmin
qurumların fəaliyyət
prinsiplərini müəyyən
edən əsasnamələr
və qaydalar hazırlanıb. Ölkəmizin
sürətli inkişaf
yoluna qədəm qoyması və beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar qanunda dəyişikliklər edilmiş,
müasir dövrə
uyğunlaşdırılmış və mükəmməl bir sənəd kimi formalaşmışdır.
Ulu Öndərin bütün
sahələr üzrə
siyasi kursunu layiqincə davam etdirən Prezident İlham
Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını da diqqət
mərkəzində saxladı.
Bu sahədə mühüm
addımlardan biri kadr islahatları oldu.
İdarəçilik sisteminin
müasir dövrün
tələblərinə uyğunlaşdırılması,
səmərəli kadr
hazırlığı və
rəqabətli mühitin
yaradılması Prezident
İlham Əliyevin qarşıya
qoyduğu prioritet vəzifələrdəndir. Məhz
bu məqsədlə
2007-ci ildən dövlət
qulluğuna qəbul müsabiqə vasitəsilə
həyata keçirilir.
2016-cı ilə qədər
bu prosesin təşkili və nəzarətini Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
Qulluğu Məsələləri
üzrə Komissiya həyata keçirsə də, sonradan bu səlahiyyətlər Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
ilə Dövlət İmtahan Mərkəzinə
verilib.
Müasir dövrdə
dövlət qulluğu
sistemində fəaliyyətin
təşkili və həyata keçirilməsində
müasir texnologiyalardan
və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi
diqqət mərkəzindədir.
Hazırkı mərhələdə
ölkədə demək
olar ki, bütün dövlət idarəçiliyi
orqanlarında elektron xidmətlərin göstərilməsinin
təmin olunması üçün mühüm
əhəmiyyətli tədbirlər
həyata keçirilir.
Azərbaycanda dövlət
qulluğu sistemində
elektron xidmətlərin
tətbiq olunması və genişlənməsi
üçün müvafiq
hüquqi əsas yaradılıb. 2011-ci il mayın
23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
"Dövlət orqanlarında
elektron xidmətlər
göstərilməsinin təşkili
sahəsində bəzi
tədbirlər haqqında"
Sərəncamına əsasən
dövlət orqanlarında
elektron xidmətlərin
göstərilməsinə start verilib və qısa zaman kəsiyində
bu, geniş vüsət alıb.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
ölkəmizdə dövlət
qulluğu sistemində
islahatların həyata
keçirilməsi ciddi
konseptual əsaslara söykənərək intensiv
xarakter alıb və islahatların səciyyəvi xüsusiyyəti
onların innovativ xarakterli olmasındadır.
Dövlət qulluğu
sistemində müşahidə
olunan ilkin yenilik "dövlət qulluğu" anlayışına
tamam yeni yanaşma tərzinin sərgilənməsi
ilə bağlıdır.
Azərbaycanda səmərəli
dövlət idarəçiliyinin
tam formalaşması üçün
dövlət qulluğu
sistemində innovasiyaların
tətbiqi məsələsinə
xüsusi diqqət yetirilir.
Dövlət qulluğunda
çalışan əməkdaşların
peşəkarlığının artırılması, fəaliyyətlərində
innovativ metodların tətbiqi daim Baş Prokurorluğun diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə
mütəmadi olaraq keçirilən tədbirlər
dövlət qulluğu
sistemində idarəçiliyin
təkmilləşdirilməsində, dövlət orqanlarının
kadr potensialının
inkişaf etdirilməsində
mühüm rol oynayır. Prokurorluq orqanlarında yeni idarəetmə
strukturları yaradılır
və bəzi qurumların yenidən təşkil olunması ilə əlaqədar dövlət qulluqçularının
sayı artırılır.
Prezident, Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
yenilməz ordumuz Ermənistanın 30 illik işğalına son qoyduqdan
sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə
formasının tətbiqidir.
Belə ki, həmin ərazilərdə dövlət
başçımızın 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəlikləri təsis
edildi. Bununla Azərbaycanda dövlət
idarəçiliyi sahəsində
yeni bir idarəetmə
formasının tətbiqini
nəzərdə tutan
mərhələnin əsası
qoyuldu. Bu idarəetmə
formasının əsasını
isə dövlət qulluğu təşkil edir.
Aynurə ƏLİYEVA,
Baş Prokurorluğun
Mətbuat Xidmətinin
məsləhətçisi, kiçik müşavir.
Respublika.- 2023.- 12 iyul.-
S. 5.