XALQA, VƏTƏNƏ
LAYİQLİ XİDMƏT ŞƏRƏFDİR
Azərbaycanın tarixi
şəxsiyyətlərinin fövqündə yer alan Ümummilli Lider Heydər Əliyevin xalqımızın
qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir. Dövlətimizin qüdrəti,
müstəqilliyimizin əbədiliyi,
dönməzliyi üçün
xalqımız məhz
Ümummilli Lider Heydər Əliyevə borcludur.
Həqiqətən də
Azərbaycan dövlətçiliyinin
taleyi dahi və uzaqgörən şəxsiyyət, öz
xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli
adı bizim üçün həmişə
əziz və unudulmaz olan Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Onun idarəçilik dövrü
xalqımızın milli
mənlik şüurunun
oyanışı, azadlıq
və müstəqillik
hissinin güclənməsi,
ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni
həyatının vüsətli
dirçəlişi ilə
əlamətdardır. Bütün
həyatını və
siyasi fəaliyyətini
böyük tarixi keçmişi və zəngin mədəniyyəti
ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr
etmiş Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından
çıxaraq, misilsiz
irəliləyişə nail
olmuşdur.
Danılmaz faktdır
ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul
olunması və müstəqillik tariximizdə
ilk parlament seçkilərinin keçirilməsi
ilə Azərbaycanın
tarixi inkişafının
yeni bir mərhələsi başlandı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən
hazırlanan və ümumxalq müzakirəsinə
çıxarılan Konstitusiya
layihəsi 1995-ci il noyabrın 12-də keçirilən
referendumda - ümumxalq
səsverməsində qəbul
edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik
sənəd ölkəmizdə
insan, vətəndaş
hüquq və azadlıqlarına lazımi
təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun
möhkəm təməlini
təşkil edir. Azərbaycan Respublikasının
Konstitusiyasında yüz
illər boyu bəşəriyyətin əldə
etdiyi mütərəqqi
dəyərlər öz
əksini tapmışdır.
Ümummilli Liderimiz
Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması,
insan hüquq və azadlıqlarının
qorunması sahəsində
mühüm sənədlər
qəbul edilmiş, respublikamız müxtəlif
beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik,
icra və məhkəmə hakimiyyətlərinin
qarşılıqlı fəaliyyətinin
təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral
1996-cı il tarixli sərəncamı ilə
yaradılmış Hüquq
İslahatları Komissiyasını
xüsusi qeyd etmək lazımdır.
Hüquq islahatları
sahəsində əhəmiyyətli
sənədlərdən biri
də Ulu Öndərin 1996-cı il
iyunun 8-də imzaladığı
"Avropa Şurası
və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının
həyata keçirilməsi
haqqında" sərəncamdır.
Bu sənədə əsasən beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi
haqqında", "Məhkəmələr
və hakimlər haqqında", "Prokurorluq
haqqında" qanun və digər hüquqi sənədlərin
layihələri hazırlanıb
Milli Məclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.
Milli Məclisin
bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük
bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin
müzakirəsinə verilmiş
qanun layihələri,
konvensiyalar və sazişlərdir. Respublika parlamenti
bu gün də hüquq islahatları sahəsində
xeyli tarixi sənədlər qəbul
etməkdədir.
Ümumiyyətlə, haqq və ədalətin
zəfər çalması
uğrunda fədakar mübariz kimi şöhrət qazanmış
Heydər Əliyev özünün siyasi və dövlətçilik
fəaliyyətində hüquqi
dəyərlər sistemində
insanların hüquq və azadlıqlarının
ifadəsinin və müdafiəsinin ən ali forması olan qanunlara dürüst əməl edilməsini daim önə çəkmişdir.
Ulu Öndərin rəhbərliyi dövründə
hüquq-mühafizə orqanlarında
sağlam mənəvi
mühitin formalaşması
istiqamətində prinsipial
addımlar atılmış,
cinayətkarlığa, xüsusən
rüşvətxorluq və
korrupsiya kimi ağır cinayətlərə
qarşı genişmiqyaslı,
güclü və səmərəli mübarizə
təşkil edilmişdir.
Həmin dövrlərdə
ölkəmizdə ali
hüquq təhsilinin haqq-ədalət çərçivəsində,
cəmiyyətin bütün
təbəqələrinin mənafeyinə
cavab verən prinsiplər əsasında
təşkili, vətənpərvər,
istedadlı, savadlı,
dürüst və vicdanlı hüquqşünas
kadrların hazırlanması
müstəsna əhəmiyyət
kəsb etmişdir. Bu ənənə indi də davam
etməkdədir. Ulu öndərimiz Azərbaycanın
prokurorluq orqanlarının
80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda
ötən əsrin tarixi gerçəkliyini xatırladaraq demişdir:
"Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960,
1970, 1980-ci illərdə Azərbaycanda
milli prokuror kadrları hazırlandı,
yetişdi və bu gün Azərbaycan
prokurorluğunun əsasını
təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi
təhsilə malik olan və öz
vəzifələrini yerinə
yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana
bilməzdi. Azərbaycanda
prokurorluq orqanları on illər ərzində
təşkil olunmuş,
formalaşmış, inkişaf
etmiş və bugünkü yüksək
peşəkar səviyyəyə
çatmışdır".
Bildiyimiz kimi, dövlət müstəqilliyinin
bərpasından sonrakı
ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş dövlətçiliyimizin
əsasları ciddi şəkildə zəifləmiş,
cinayətkarlıq halları
görünməmiş səviyyəyə
çatmışdı. Həmin
vaxt hakimiyyətdə
olanların siyasi naşılığı, dövlət
idarəçiliyindəki səriştəsizliyi,
xalqa qarşı ədalətsiz hərəkətləri,
xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə
xaosa, hərc-mərcliyə,
özbaşınalığa gətirib çıxarmış,
müstəqilliyimizi məhv
olmaq təhlükəsi
ilə üzləşdirmişdi.
Bu illərdə prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət yaranmış,
bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində
göstərə bilməmiş,
üzərinə düşən
vəzifələri həyata
keçirməkdə böyük
çətinliklərlə üzləşmişlər.
Yalnız 1993-cü ilin
iyununda Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından
sonra respublikamızda ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar
edilməsi, milli dövlətçiliyin və
ictimai təhlükəsizliyin
qorunması istiqamətində
atılan məqsədyönlü
addımlar cəmiyyətdə
qanunçuluğa hörmət
prinsipinin bərpasına,
cəmiyyətin cinayətkar
ünsürlərdən təmizlənməsinə,
güclü və səmərəli hüquq-mühafizə
sisteminin formalaşmasına
şərait yaratmışdır.
Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində
Azərbaycan parçalanıb
dağılmaq, müstəqilliyini
itirmək və vətəndaş müharibəsi
təhlükəsindən xilas
olmuş, qısa müddət ərzində
dövlət və hakimiyyət böhranına,
xaos və anarxiyaya son qoyulmuşdur. Çoxsaylı
dövlət çevrilişi
cəhdlərinin və
terror aktlarının
qarşısı qətiyyətlə
alınmaqla sabitliyə
nail olunmuş, insanların dinc yaşaması üçün
təhlükə yaradan
cinayətkarların hakimiyyətə
meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu
kimi mənfi təzahürlər aradan qaldırılmışdır.
Ulu öndər
dövlət başçısı
kimi daim inandığı, güvəndiyi
və arxalandığı
prokurorluq orqanlarına,
bu orqanlarda şərəflə çalışanlara
qayğısını heç
vaxt əsirgəməmişdir.
Prokuror peşəsinə
dərin hörmət
və ehtiramının
bariz təzahürü
kimi ümummilli lider, hər il oktyabr ayının
1-nin prokurorluq işçilərinin
peşə bayramı
kimi qeyd edilməsi barədə 17
iyul 1998-ci il tarixli sərəncam imzalamış, həmçinin
prokurorluq işçilərini
dövlət təltiflərinə
layiq görmüşdür.
Heydər Əliyev prokurorluq işçilərinin
peşə fəaliyyətini
yüksək qiymətləndirərək
demişdir: "Prokurorluq
peşəsi ağır,
çətin peşədir.
Amma eyni zamanda çox şərəfli, hörmətli
peşədir. Mən
arzu edərdim ki, siz həmişə
bu peşəni şərəflə daşıyasınız.
Arzu edərdim, çalışasınız ki,
Azərbaycan vətəndaşı
kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli
olasınız. Azərbaycan
Prokurorluğunun inkişaf
etməsinə dövlət
qayğısı bu gün də, gələcəkdə də
olacaqdır. Buna əmin ola bilərsiniz.
Azərbaycan Prezidenti kimi mən Azərbaycan
Prokurorluğuna inanıram,
güvənirəm və
arxalanıram".
Azərbaycan Prezidenti
cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
ənənəni bu gün də layiqincə davam etdirir və prokurorluq orqanları əməkdaşlarından diqqətini,
qayğısını və
dəstəyini əsirgəmir
və dövlətimiz
tərəfindən bu
orqanın normal fəaliyyəti üçün
zəruri təminatlar
yaradılması istiqamətində
məqsədyönlü işlər
görülür. Xidməti
vəzifələrimizin icrası
zamanı bu etimadı doğruldaraq Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın
daha da qüdrətlənməsi
naminə bundan sonra da qətiyyət
və əzmlə çalışmaq, insan hüquq və azadlıqlarının müdafiəsi,
ictimai-siyasi sabitliyin, əmin-amanlığın və
dövlətçiliyimizin layiqincə qorunması uğrunda ləyaqətlə
xidmət etmək hər birimizin mənəvi borcu olduğu kimi, həm də böyük şərəfdir.
Əli QURBANOV,
Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri.
Respublika.- 2023.- 12 iyul.- S. 5.