Şanlı
Qələbəmizə doğru
atılan mətin addımlar
Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi
olan Tovuz döyüşləri 12 iyul
2020-ci ildə başlayıb
Yüz illər
ərzində torpaqlarımıza
göz dikən ermənilər ötən
əsrin sonlarında yenidən işğalçılıq
siyasəti həyata keçirərək Qarabağ
və ona bitişik rayonları zəbt etdilər. Ərazilərimizin 20 faizdən
çox hissəsi düşmən əlinə
keçdi, 1 milyona yaxın azərbaycanlı
doğma yurdundan didərgin düşdü,
deportasiya, soyqırımları
zamanı soydaşlarımız
qətlə yetirildi. Müstəqilliyini yenicə
bərpa etmiş, iqtisadi cəhətdən geridə olan respublikanın hakim dairələrində özbaşınalığın,
pərakəndəliyin hökm
sürdüyü bir vaxtda erməni havadarlarının mövcud
vəziyyətdən istifadə
etməsi tarixi torpaqlarımızın işğalı
ilə nəticələndi.
1988-1992-ci illərdə ermənilərin
xalqımızın başına
açdığı müsibətlər
bəşəri cinayətlər
kimi tarixə yazıldı.
1988-ci ildə növbəti
dəfə Azərbaycanın
tarixi torpaqlarında açıq formada ərazi iddialarına və etnik zəmində
təxribatlara başlayan
düşmən ölkəmizə
qarşı 30 ilə
yaxın işğalçılıq
siyasəti apardı. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə
ikinci dəfə qayıdışından sonra
sərhəd bölgəsində
atəşkəsə nail
olunsa da, ermənilər təxribatlar,
silahlı münaqişələr
törətməkdən əl
çəkmir, xalqımıza
məxsus tarixi torpaqlarımızı işğal
altında saxlayaraq daha böyük əraziləri zəbt etmək, "böyük
Ermənistan" yaratmaq
xülyası ilə yaşayırdılar. Hələ
1994-cü ildə uğurlu
Horadiz əməliyyatı
nəticəsində Füzuli
rayonunun bir qəsəbəsi, 20 kəndi,
həmçinin Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin buna baxmayaraq, ermənilər təxribatlara,
silahlı münaqişələrə
son qoymur, hər dəfə də layiqli cavabını alaraq geri oturdulurdu. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə
yüksəkliyinin işğaldan
azad edilməsi nəticəsində ordumuz
Cəbrayılın Mehdili,
Horadiz və Qazaxlar kəndi istiqamətində hərbi
üstünlük əldə
edərək həmin
istiqamətdə yaşayış
məntəqələrimizin davamlı atəşə
məruz qalmasının
qarşısını almış,
Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini
təmin etmişdir. Aprel döyüşləri
ilə bir daha öz ərazi
bütövlüyünü bərpa etmək iqtidarında olduğunu göstərən Azərbaycan
heç bir ölkənin ərazisində
gözü olmadığı
kimi, bir qarış torpağından
da keçməyəcəyini,
torpaqlarımızda ikinci
erməni dövlətinin
yaradılmasına imkan
verilməyəcəyini nümayiş
etdirdi. 2016-cı il şanlı Aprel döyüşlərindən sonra
ordumuz 2018-ci ildə Naxçıvanda uğurlu
Günnüt əməliyyatı
həyata keçirdi,
2020-ci ildə baş verən Tovuz döyüşlərində isə
müzəffər Ordumuz
Böyük Qələbəyə
doğru irəlilədi.
2020-ci il 12 iyul
tarixində Ermənistan
ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki
mövqelərimizə hücum
etdi. Ermənistan-Azərbaycan
dövlət sərhədində
Tovuz rayonu ərazisində atəşkəsin
pozulması nəticəsində
Azərbaycan tarixinə
"Tovuz döyüşləri"
olaraq yazılan hərbi əməliyyat başladı. Aprel döyüşlərində olduğu
kimi, Azərbaycanın
qüdrətli ordusu bu dəfə də düşmənin xain hücumunun qarşısını aldı.
Təxribatçı əməllərindən
əl çəkməyən
Ermənistan silahlı
birləşmələrinin geri oturdulması üçün başlanan
beşgünlük Tovuz
döyüşlərində Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının
və gözlənilməz
hücumlarının qarşısını
almaq iqtidarında olduğunu bütün dünyaya göstərdi. İyulun 13-də iriçaplı
pulemyotlardan, qumbaraatanlardan,
snayper tüfənglərindən,
minaatanlardan və digər artilleriya qurğularından istifadə
etməklə Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini
atəşə tutan erməni silahlıları
Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
geri oturduldu. Düşmənin bir neçə hərbi obyekti və texnikası, həmçinin
atəş mövqeləri,
radiolokasiya stansiyası,
şəxsi heyəti,
tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin
dəqiq atəşi ilə darmadağın edildi. Havadarlarına güvənərək Azərbaycanın
ərazi bütövlüyünü
pozan işğalçı
Ermənistan beşgünlük
döyüşlərdə böyük itki verdi, 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri Tovuz döyüşlərində məhv
edildi.
Tovuz döyüşləri
Azərbaycan ordusunun gücünü, qüdrətini,
öz ərazi bütövlüyünü təmin
etməyə qadir olduğunu göstərdi.
Maddi-texniki bazası
5-ci nəsil silahlarla gücləndirilmiş milli
ordumuz düşməni
acı həqiqətlə
üz-üzə qoydu,
ona Azərbaycan əsgərinin qarşısında
dayana bilməyəcəyini
sübut etdi. Hər şeydən əvvəl isə Tovuz döyüşləri
dövlət, xalq və ordu birliyinin
təcəssümünə çevrildi, hər kəs Ali Baş
Komandan İlham Əliyevin ətrafında
birləşdi. Bu döyüşlər Ermənistanın
hərbi gücsüzlüyünü,
onun geosiyasi nüfuzunun olmamasını
göstərməklə yanaşı,
Azərbaycan xalqının
birliyini, ölkə başçısının siyasətini
dəstəklədiyini və
bir qarış torpağından ötrü
minlərlə can qurban verməyə hazır olduğunu nümayiş etdirdi. Döyüşlər zamanı
general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə bərabər,
hərbi əməliyyatlarda
böyük şücaət
göstərən 12 hərbçimizin
şəhidlik zirvəsinə
yüksəlməsi bunu
bir daha sübut etdi. Bütün dünya gördü ki, Azərbaycan məqamı gələndə böyüyündən-kiçiyinə,
əsgərindən-generalına qədər bir amal uğrunda birləşməyi, Vətəninin,
torpağının qəhrini
çəkməyi bacaran
mərd, cəsur, polad biləkli oğulların Vətənidir.
Bu qəhrəman Vətən oğulları
öz mərdliyi, qəhrəmanlıqları ilə
Azərbaycanın uzun
illər işğal altında olan torpaqlarının azad olunmasını - şanlı
Zəfərimizi canları,
qanları bahasına reallaşdırdılar.
Mehparə ƏLİYEVA
Respublika.- 2023.- 12 iyul.- S. 8.