Hərb salnaməmizin rəşadət
səhifəsi
Ermənistanın Azərbaycana
təcavüzünün tarixi
2 əsr əvvələ
dayanır. XIX əsrin
əvvəllərində Rusiya
imperiyası tərəfindən
işğal olunmuş
Azərbaycan torpaqlarına
ermənilərin köçürülməsilə
başlamış bu proses 1905-1906 və
1918-1920-ci illərdə azərbaycanlıların
qəddar kütləvi
terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçib. Sonralar isə sovet dövründə əzəli
Azərbaycan torpaqları
hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara
qarşı etnik təmizləmənin aparılması
ilə indiki Ermənistan Respublikasının
sələfi olan Ermənistan SSR yaradılıb.
1988-ci il fevralın
8-də ermənilər özlərinin
yaxın və uzaq xaricdəki himayədarlarının köməyi
ilə "böyük
Ermənistan" ideyasını
həyata keçirmək
üçün aşkarlıq
və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın
Qarabağ bölgəsinə
dair ərazi iddiaları irəli sürdülər.
Ermənistanın Azərbaycana
təcavüzündə erməni
terroru faktoru da önəmli yer tutub. 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən
Azərbaycan ərazisində
373 terror aktı törədilib. Bu terror aktları heç cür Qarabağda gedən hərbi əməliyyatlarla
müqayisə edilə
bilməz.
Ermənistan Respublikasının
hərbi təcavüzü
nəticəsində 1988-1993-cü illərdə Azərbaycan
Respublikasının Qarabağ
ərazisi və onun ətrafındakı 7
inzibati rayonu işğal altına düşmüşdür.
Azərbaycana qarşı
hərbi təcavüzün
nəticələrinin aradan
qaldırılması və
BMT Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 saylı
qətnamələrinin həyata
keçirilməsi üzrə
30 ilə yaxın davam edən danışıqlar prosesi
Ermənistanın işğalçı
mövqeyinə görə
nəticə verməmişdir.
2020-ci il iyulun 12-də
Ermənistan-Azərbaycan dövlət
sərhədinin Tovuz istiqamətində təxribat
törətməsi, cəbhə
xəttinə yaxın
ərazilərdə qoşunlarını
cəmləşdirməsi, Ermənistanın genişmiqyaslı
hücuma hazırlaşdığını
göstərirdi. 2020-ci ilin
iyul günlərində
bütün ölkə
vətənpərvərlik, qələbəyə inam
hissi ilə yaşayırdı. Belə
ki, həmin il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri
Ermənistan-Azərbaycan dövlət
sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə
tutub. Düşmən
daha sonra mövqelərimizi iriçaplı
silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun
14-dən 15-nə keçən gecə on minlərlə
gənc paytaxtımızda
yürüş edərək
Azərbaycan Ordusuna dəstəyini göstərib.
Ordumuzun böyük Qələbəyə gedən
yolu 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından
və 2020-ci il iyulun 12-də baş verən Tovuz döyüşlərindən keçib.
Bəli, Aprel döyüşləri kimi,
bu döyüşlər
də xalqımızı
həlledici qələbəyə
ruhlandırdı, Vətən
müharibəsi üçün
uğurlu bir başlanğıc oldu. Həmin günlərdə
dövlət-xalq birliyi
daha da möhkəmləndi
və vahid gücə çevrildi. Növbəti günlərdən
başlayaraq, çoxsaylı
azərbaycanlı gənc
ordu sıralarına yazılmaq üçün
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə
müraciət etdi. Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi
olan Tovuz döyüşləri zamanı
Silahlı Qüvvələrimizin
12 hərbi qulluqçusu
şəhidlik zirvəsinə
ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə
düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası
sıradan çıxarılıb.
Xalq bu döyüşlər
zamanı şəhidlik
zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını
böyük izdihamla son mənzilə yola salıb. Tovuz döyüşlərini
ermənilərə verilən
ilk dərs də adlandıra bilərik.
Bu döyüş
Qələbəyə aparan
yolun başlanğıcı
oldu və tarixi Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu bir daha göstərdi
ki, Ermənistan ordusu onun gücü
qarşısında aciz
və zəifdir.
Röya RÜSTƏMLİ
Respublika.- 2023.- 12 iyul.- S. 8.