Böyük
Qayıdış: yeni
yollar inşa edilir
İkinci Qarabağ
müharibəsini qələbə
ilə başa çatdıran, bölgədə
yeni reallıqlar yaradan Azərbaycan bütün ölkələr
üçün nümunəyə
çevrildi, yeni bir tarixi gerçəklik
yaratdı. Tarixi Qələbədən dərhal
sonra işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması, bərpası
və sonrakı mərhələlərdə dayanıqlı
inkişafına nail olunması üçün
önəmli strateji istiqamətlərdən biri
bölgənin minalardan,
partlamamış hərbi
sursatlardan, tərkibində
partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsinə
başlanıldı. Otuz
ilə yaxın işğalda saxladığı
əraziləri başdan-başa
minalarla çirkləndirən
Ermənistan üçtərəfli
Bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün
möhlət aldığı
müddət ərzində
də torpaqlarımıza
ölüm sursatları
basdırmaqla öz çirkin niyyətindən
əl çəkmədi.
Xain düşmənin
basdırdığı minalar
yüzlərlə dinc
sakinin və hərbçinin ölümünə
səbəb olur, onlarla insan isə
ömürlük şikəst
qalır. Ona görə də əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı
ərazilərin, həmçinin
strateji əhəmiyyətli
tikililərin və binaların təhlükəsizliyinin
təmin edilməsi üçün ardıcıl
olaraq minalardan təmizlənmə işləri
davam etdirilir.
Döyüş sursatlarından
və minalardan təmizlənən ərazilərdə
2020-ci ilin noyabr ayından etibarən hava limanlarının, avtomobil və dəmir yollarının tikintisinə başlanılıb,
qısa zaman ərzində bölgədəki
müxtəlif yaşayış
məntəqələri arasında,
eləcə də bu məntəqələri
ölkənin digər
şəhər və
rayonları ilə birləşdirən nəqliyyat
infrastrukturu yaradılır.
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində icra olunan nəhəng yol infrastrukturu layihələri ölkəmizin
gücünü, iradəsini,
torpaqların əsl sahibi olduğunu göstərir. Qarabağın
və Şərqi Zəngəzurun bərpasını,
inkişafını keçmiş
məcburi köçkünlərin
doğma yurd yerlərinə qayıdışını
nəzərdə tutan
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı" uğurla icra olunur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Böyük
Qayıdışa dair
Dövlət Proqramında
nəzərdə tutulmuş
Tədbirlər Planında
2022-2026-cı illər ərzində
20 avtomobil yol layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı qazma, partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə
tutulub. Bu istiqamətdə ardıcıl
və davamlı işlər həyata keçirilir. Artıq bu layihələrdən beşinin tikintisi başa çatdırılıb.
2020-ci ildə Tərtər-Suqovuşan-Çaylı
və Talış qəsəbəsinə gedən
28,5 km uzunluğunda avtomobil yolu çəkilərək istifadəyə
verilib. Qalib Ali Baş Komandan
İlham Əliyevin tövsiyəsi ilə İkinci Qarabağ müharibəsində əsirlikdə
qalan Şuşanın
azad edilməsi üçün qəhrəman
ordumuzun bölmələrinin
irəlilədiyi cığırların
izi ilə Zəfər yolunun tikintisinə başlanıldı
və 2021-ci ildə
101 km uzunluğunda olan müasir yol istifadəyə verilib. Danılmaz faktdır ki, yolçəkənlər çətin
şəraitdə əsl
fədakarlıq nümayiş
etdirərək Zəfər
yolunu qısa müddət ərzində
başa çatdırıblar.
Bundan başqa, 2022-ci ildə uzunluğu 22 km olan Laçın
şəhərinə daxil
olmadan yeni alternativ avtomobil yolunun tikintisi uğurla icra olunub. Artıq həmin yolun üzərində Laçın
sərhəd-nəzarət-buraxılış
məntəqəsi qurulub
və Azərbaycanın
erməni vətəndaşlarının
başqa ölkələrə
maneəsiz gediş-gəlişi
təmin olunur. Cari ilin əvvəlində
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasını birləşdirən
22 km uzunluğunda yeni avtomobil yolunun tikintisi aparılıb. Qeyd edək ki, bu
yol 2020-ci ildə istifadəyə verilmiş
Tərtərçay-Suqovuşan-Talış
avtomobil yolunun davamıdır. Yeni yol vasitəsilə Naftalan şəhərindən
alternativ gediş-gəliş
təmin olunub və bölgənin inkişafı, eyni zamanda turizm baxımından böyük
əhəmiyyət kəsb
edir.
Ümumiyyətlə, avtomobil yollarının tikintisi mühüm infrastruktur layihələrindən
biridir. Gediş-gəliş
rahat olandan sonra digər infrastruktur layihələrin
icrası daha da sürətlə aparılır. Bu il may ayında
dövlətimizin başçısı
İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı Füzuli-Hadrut avtomobil yolunun açılış
mərasimi keçirilib.
Həmin avtomobil yolunun uzunluğu 12 km-dir. Yol birinci
texniki dərəcəyə
uyğun olaraq inşa edilib. Qeyd edək ki, bu istiqamətdə
istifadəyə verilən
avtomobil yollarının
ümumi uzunluğu 210
kilometrdir və bura həm də
Şükürbəyli-Cəbrayıl-Hadrut
avtomobil yolu da daxildir. Hadrut
qəsəbəsi istiqamətində
avtomobil yolunun 8,2 km olan hissəsi
də tikilib. Avtomobil Nəqliyyatı Agentliyindən verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzurda
davam etdirilən yol infrastrukturu ilə bağlı 16 layihədən 11-nin icrası
bu il başa
çatdırılacaq. Hazırda
yeni layihələrin icrası üçün
mobilizasiya işləri
həyata keçirilir.
Bura işğaldan azad edilən Ağdam şəhərinin
daxili və Hindarx-Ağcabədi avtomobil
yollarının tikintisi
daxildir. Cari ildə 70,4 kilometr uzunluğunda Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə
tutulur. Bundan başqa, Şükürbəyli-Cəbrayıl-Hadrut
və Kəlbəcər-Laçın
rayonları ərazisində
müxtəlif təyinatlı
avtomobil yollarının
tikintisi də aparılır. Ən mühüm avtomobil yol layihələrindən
biri də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisidir, Zəfər yoluna paralel olaraq inşa olunan yol 4 və
6 hərəkət zolaqlı
olacaq. Birinci texniki dərəcəyə
uyğun olaraq inşa olunan yolun uzunluğu 81,6 km-dir. Çətin relyefli ərazilərdən
keçən həmin
yolun tikintisində çox böyük mühəndis qurğularının
inşası aparılır
və yolda işlərin 50 faizi yerinə yetirilib. Həmin avtomobil yolunun 2024-cü ildə istifadəyə verilməsi
nəzərdə tutulur.
Uzunluğu 123.6 kilometr
olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur
layihələrdən hesab
olunur. Həmin yol boyunca 15 avtomobil körpüsü,
5 yolötürücü, 54 yeraltı keçidin inşası nəzərdə
tutulub. Hazırda yolda 14 körpü, 3 yolötürücü, 38 yeraltı
keçidin tikintisi aparılır. Sel suların ötürülməsini
təmin etmək məqsədilə layihə
üzrə 306 dairəvi
boru və 120 düzbucaqlı su keçidlərinin inşası
başa çatdırılıb.
Kommunikasiya xətləri
üçün nəzərdə
tutulan 60 ehtiyat keçidindən 15 keçidin
inşası bitib, 6 keçidin tikintisi isə davam edir. Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri aparılır.
Belə ki, yolun genişləndirilərək
profilə salınması
və birinci texniki dərəcəyə
uyğun yeni torpaq yatağının inşası işləri,
paralel olaraq asfalt örtüyünün
tikintisi həyata keçirilir. Yolun tikintisinin gələn il başa çatdırılması
nəzərdə tutulub.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər
rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından
çox böyük əhəmiyyətə malikdir.
Qarabağ və
Şərqi Zəngəzurda
tikintisi aparılan və başa çatdırılan yol nəqliyyat qovşaqlarının
ümumi uzunluğu iki min kilometrdir.
Göründüyü kimi,
kifayət qədər
böyük layihələr
icra olunur. Yolçəkənlərin, körpüsalanların
zəhməti sayəsində
yeni, müasir və rahat yollar
bizi gələcəyə,
daha xoş günlərə aparır.
Keçmiş məcburi
köçkünlərin Qarabağa
və Şərqi Zəngəzura Böyük
Qayıdışı yeni
inşa edilən rahat yollardan başlayıb. Yeni çəkilən yollar, tunellər, körpülər
işğaldan azad edilmiş 9 şəhərə,
300-dən çox kəndə
yeni həyat gətirəcək, firavanlıq,
inkişaf, tərəqqi,
əmin-amanlıq o yerlərin
sakinlərinin taleyinə
xoşbəxtlik bəxş
edəcək.
Salman ALIOĞLU
Respublika.- 2023.- 12 iyul.- S.8.