Avropanın enerji xəritəsini dəyişən meqalayihə

 

Müasir dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Çünki zaman keçdikcə enerji qaynaqlarının əhəmiyyəti artır bu qaynaqlara əvvəlkindən daha çox tələbat yaranır. Təsadüfi deyil ki, bu gün strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən başlıca faktorlardan hesab olunur. Bu isə özlüyündə zəngin enerji ehtiyatlarına sahib olan ölkələrin iqtisadi geosiyasi baxımdan əsas mövqedə çıxış etmələrində müstəsna rol oynayır. Enerji təhlükəsizliyi dedikdə hər hansı bir ölkənin ya bütövlükdə dünya birliyinin enerji təchizatı ilə təmin edilməsi başa düşülür.

Enerji mənbələrinə çıxışın təmin edilməsi, texnologiyaların inkişafı tətbiqi, enerjinin istehsalı, saxlanması ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması, qüvvədə olan tədarük müqavilələri əlverişli qiymətlərlə enerjiyə çıxışı təhlükəsizlik tədbirlərinə aiddir. Respublikamız zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna malik ölkələrdəndir. Xatırladaq ki, dövlətimizin enerji təhlükəsizliyi siyasətinin əsası 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə qoyulmuşdur. Sahib olduğumuz zəngin enerji resursları nəinki ölkəmizin iqtisadi potensialını gücləndirir, hətta beynəlxalq müstəvidə əməkdaşlıqların qurulmasında da çox mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi digər resursları ixrac etməsi iqtisadi məsələ olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması üçün ölkəmizə iri həcmdə investisiyaların yatırılması mənasına gəlir. Bu da Azərbaycanın iqtisadi inkişafına böyük təkan verir, siyasi dividend qazandırır.

Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rol oynayan meqalayihələrdən biri Cənub Qaz Dəhlizidir. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi, həmçinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırılması da reallaşıb. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan Bolqarıstana çatdırılması həyata keçirilir. Gələcək perspektivlərdə ölkəmizin ixrac coğrafiyasını genişləndirmək məsələsi öz əksini tapıb. Dəyəri 33 milyard ABŞ dolları olan Dəhlizin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyəti kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı ən təqdirəlayiq məqamlardan biri onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutlarının öz töhfəsini verməsidir. Bunlara Dünya Bankı, Avropa Yenidənqurma İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı daxildir. Layihə tamamlandıqdan sonra ölkəmiz beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracını artırıb. Məsələn, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun 8,5 milyard kubmetri Türkiyənin, 7 milyard kubmetri İtaliyanın, yerdə qalan hissəsi isə komandanın başqa üzv ölkələrinin - Gürcüstanın, Yunanıstanın Bolqarıstanın payına düşüb. Əslində dünya bazarına nəzər yetirsək, Azərbaycan qazına yüksək tələbatın olduğunu aydın şəkildə görmək mümkündür. Belə ki, xarici dövlətlərin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar. Bu göstəricilər zaman keçdikcə yüksəlməyə davam edir. Xatırladaq ki, hazırda Azərbaycanlaarasında Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində mühüm danışıqlar aparılır. Bu prosesə TANAP TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması da daxildir. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetr, TAP-ın isə 10 milyard kubmetrdir. Həmin göstəricilərin gələcəkdə müvafiq olaraq 32 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub. Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində yüksəlir. Şübhəsiz, ölkə başçımız tərəfindən enerji resurslarımızdan düzgün istifadə tənzimlənməsəydi, respublikamız bu sahədə o qədər inkişaf edə bilməzdi. Bütün bunlar bir daha Prezident İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasətinin, yüksək idarəçilik qabiliyyətinin Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsində mühüm rol oynadığını deməyə əsas verir.

 

Nəzrin ELDARQIZI

 

Respublika.- 2023.- 12 iyul.- S. 10.