Terrora dəstək sülhə zərbədir

 

Regionu barıt  çəlləyinə çevirmək cəhdləri iflasa uğrayır

 

"Özünü yalandan insan  haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ  digər ölkələrin  işlərinə qarışır... Təəssüf ki, Fransa Azərbaycanın  Qarabağ bölgəsində  erməni separatizmini  dəstəkləyərək,  geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Orientalizm"  müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz  regionunda  da eyni  mənfur təcrübəni  tətbiq etməyə çalışır".

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bölgədəki vəziyyətlə bağlı danışarkən söyləyib.

Son vaxtlar Fransa rəhbərliyi diqqəti ölkədə mövcud olan  sosial-iqtisadi problemlərdən başqa istiqamətlərə  yönəltməyə çalışır. 30 ilə yaxın müddətdə  Ermənistanla Azərbaycan arasında  olan münaqişənin həllinə  maneçilik törədən bu ölkə regionda beynəlxalq hüququn bərqərar olunmasına, Azərbaycanın torpaqlarının azad edilməsinə sülh yaranmasına imkan verməyib. İndi regionda sülh  bərqərar ola bilər deyə təşvişə düşüb. Təəssüf ki, Ermənistanın əsas müttəfiqləri  dünyada terroru dəstəkləyən  dövlətlər kimi tanınır. Fransa da bu cür  dövlətlərlə əməkdaşlıq edir.  Onun Orta Şərqdə terror aktları həyata keçirən Ermənistan-Azərbaycan münaqişəsinin sonunu istəməyən İranla da mövqeyi eynidir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla İran  arasında müəyyən gərginlik müşahidə edilirdi. Tərəflər arasında münasibətlər məhz Azərbaycanın tarixi Zəfərindən sonra daha da gərginləşib.  İran Azərbaycana qarşı fasiləsiz hərbi təhdidlər  nümayiş etdirir, din təmsilçilərinin hücumları da səngimir.  Çünki İran Ermənistanın  məğlubiyyətini öz məğlubiyyəti kimi görür.  Buna qarşı da müəyyən  tədbirlər həyata keçirir. Azərbaycanın regionda  nüfuzunun artması,  xalqımızın yeni milli kimlik  qazanması, özünün tarixi  kodlarını, şüurunu dərk edərək yeni statusda bölgədə uğur qazanması  İrandakı hakimiyyət  təmsilçilərini narahat edir. Prezident öz açıqlamalarında  vurğulamışdı ki,  biz qələbəmizi bir neçə  dövləti qarşımıza alaraq əldə etdik. Buna baxmayaraq,  mübarizə davam edir. Bölgədə gedən təhlükəsizlik, əks-kəşfiyyat s.  prosesləri peşəkarlıqla bilən ölkə  rəhbəri hansı  hədəflərə işarə  etdiyini yaxşı bilir.

İran Azərbaycanın uğurlarına  daim qısqanclıqla yanaşıb.  Bu, istər Azərbaycanda  din pərdəsi altında radikal qruplaşmaların  yaradılmasında qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman  Azərbaycanın suverenliyini mövcudluğunu  şübhə altına alan  bəyanatlar səsləndirməsində, istər Azərbaycanın Qarabağ  bölgəsini işğal altında saxlamış Ermənistanla sıx  siyasi-iqtisadi əməkdaşlıq  qurmasında, istərsə Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra ölkəmiz üçün  yaranmış yeni əlverişli geosiyasi reallığı  qəbul etməməsində özünü büruzə verir.

Vətən müharibəsinin gedişində dəfələrlə  İran-Ermənistan  sərhədində yük maşınları ilə hərbi təyinatlı  məhsulların daşınmasını əks  etdirən videogörüntülər yayılmışdı.  Digər tərəfdən, müharibə zamanı  üçüncü ölkələrin Ermənistana  göndərdiyi hərbi yardımlar da  Gürcüstanın hava məkanını  bağlaması səbəbindən  İran ərazisindən Ermənistana  çatdırılırdı.

Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində   İran Ermənistan üçün  siyasi, hərbi iqtisadi "nəfəslik"  funksiyalarını üzərinə götürmüşdü. 2021-ci ildə "Daşnaksütyun" partiyasının  Tehran ofisinin rəhbəri  İssak Yunanesyan  İran hakimiyyətinin Ermənistana "Bayraktar TB2"  dronlarını yerə endirməyə  imkan verən  radioelektron  mübarizə vasitələri  təklif etdiyini, lakin  erməni tərəfinin  buna "yox" cavabı verdiyini söyləmişdi.  Müharibə dövründə  Azərbaycan Ordusunun  aktiv istifadə etdiyi  Türkiyə İsrail  istehsalı olan  silahlara qarşı  effektiv mübarizə vasitələri texnoloji gücü olmasa da,  Tehran hakimiyyəti  Ermənistanın məğlub  olmaması üçün  əlindən gələni etməyə hazır idi.

İran din adı altında Azərbaycanın  daxili siyasətilə bağlı  casus şəbəkəsi  yetişdirir. Bu addım  cənub qonşumuzun düşmən münasibətindən irəli gəlir.

Vətən müharibəsinin başa çatması 10 noyabr üçtərəfli  Bəyanatla təsdiqləndi.  Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri  bu Bəyanatla üzərlərinə  öhdəliklər götürdülər.  Rusiya tərəfi müharibədən sonrakı dövrdə  vasitəçilik etməyə çalışsa da,   bölgədə hələ sülh bərqərar olmayıb. Rusiyanın vasitəçiliyilə  keçirilən görüşlər fayda vermir.  Bölgəyə yerləşdirilən  Rusiya sülhməramlıları isə açıq-aşkar  ermənilərin maraqlarından çıxış edirlər. Onların nəzarəti altında olan  ərazidən Qarabağa  silah-sursat, hərbi texnika, hərbi qüvvə daşınırdı ki,   bu da bölgədə yeni müharibə  cəhdlərini daha da gücləndirir, separatçıları  yeni-yeni terror aktlarına təhrik edir.  Rusiyanın Ermənistanı  silahlandırması ilə bağlı  Azərbaycan Prezidenti  dəfələrlə vurğulayıb ki,  bölgədə sülh istəyən  qüvvələr işğalçı ölkəni  silahlandırmağa  son qoymalıdırlar.

Regionu barıt çəlləyinə çevirmək istəyən  qüvvələr arasında  Hindistanın da öz payı var.  Vətən müharibəsində Ermənistanı  dəstəkləyən bu ölkə  İrəvanın silahlanmasına da  yardım edir.  Özünün hərbi arsenalından  bəzi silahları Ermənistana  satan Hindistan da  bölgədə sülh istəmir.  Lakin bu dövlətlərin  digər istəkləri kimi,  regionu barıt çəlləyinə çevirmək cəhdləri iflasa uğrayacaq...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2023.- 12 iyul.- S. 11.