Multilateralizm bizim güclü vasitəmizdir
Bu il iyulun 5-də Bakıda keçirilən
Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər görüşü mühüm
çağırışlarla yadda qaldı.
"...Multilateralizmin əsl müdafiəçisi və
BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı
yenidən formalaşan dünya nizamında öz yerini
tapmalıdır. Biz "Bandunq prinsipləri" ətrafında
qətiyyətlə dayanmalı, suverenliyin və ərazi
bütövlüyünün pozulması, ölkələrin
daxili işlərinə müdaxilə hallarına
qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın
dünya məsələlərində daha ön mövqedə
olması mühüm əhəmiyyət kəsb edir.
Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda
beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin
gözləntilərinə cavab vermir. BMT-də ciddi
islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik
Şurası keçmişin qalığıdır və
hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik
Şurasında daha çox ölkənin təmsil olunması
və coğrafi baxımdan daha ədalətli olması
üçün onun tərkibinin genişləndirilməsinin
tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə
bağlı dünyada artan konsensus vardır". Bu fikirləri
QH-nin Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda nazirlər
görüşündə çıxış edən
ölkə başçımız cənab İlham Əliyev
deyib.
Multilateralizm Azərbaycanın konsepsiyalarından biridir
və bu, digər ölkələr üçün də
çox mühümdür. Ölkənin hərbi vəziyyətindən
asılı olmayaraq, beynəlxalq iqtisadi əlaqələrdə,
tərəfdaşlarla münasibətlərdə imtiyazlardan
istifadə vacibdir.
Multilateralizm güclü dövlətlər
üçün bir körpü rolunu oynayır, təktərəfli
olmağa maneə törədir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə
martın 9-da işə başlayan "Dünya bu gün:
çağırışlar və ümidlər"
mövzusunda X Qlobal Bakı Forumu martın 11-dək davam
etmişdir. Forumda yeni dünya düzəninə təhdid
yaradan amillər, o cümlədən təhlükəsizlik məsələləri
və sülhün təmin edilməsi perspektivləri,
bölünmüş dünyada sabitliyin bərqərar
olması, onun qlobal dünyaya təsiri, yeni dünya düzəninə
təhlükə yaradan amillər, o cümlədən təhlükəsizlik
məsələləri və sülhün təmin edilməsi
perspektivləri və s. aktual məsələlər
müzakirə olunub. Müzakirə panellərindən birinin
multilateralizmə həsr olunmasından məmnun olduğunu
bildirən İlham Əliyev, Azərbaycanın bu istiqamətdə
gördüyü işlərdən, xüsusilə də Azərbaycanın
Qoşulmama Hərəkatına sədrliyi dövründəki
nailiyyətlərindən və gələcəkdə
bugünkü parçalanmış dünyada belə bir Hərəkata
böyük ehtiyacın olduğunu da vurğulayıb.
Multilateralizm - hərbi-siyasi, iqtisadi, ekoloji, sülh
quruculuğu, tərk-silah və təhlükəsizlik və
beynəlxalq münasibətlərin digər sahələrində
çoxtərəfli sazişlərə əsaslanan xarici
siyasətin həyata keçirilməsinə bir
yanaşmadır.
Multilateralizm dünyanın qloballaşması fonunda son
15 ildə daha tez-tez səslənir. Bu prinsip iqtisadi münasibətdə
olan ölkələrin hər birinin bu birlikdən
faydalanmasını nəzərdə tutur. Prezident İlham
Əliyevin atdığı addımlar, etdiyi
çağırışlar məhz multilateralizm prinsipinə
əsaslanır və bu, multilateralizm aspektində əməli
fəaliyyət baxımından bir ilkdir.
Röya
RÜSTƏMLİ
Respublika.- 2023.- 13 iyul.- S.1; 8.