Bakı-Tbilisi-Ceyhan boru kəməri: 17 illik fəaliyyət

 

Bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tam istismara verilməsindən 17 il ötür. "Əsrin müqaviləsi"ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının yeni neft strategiyasının mühüm qələbəsi idi.

Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Lakin bu ölkələrin heç hamısı milli sərvətlərindən lazımi qaydada istifadə edib xalqa fayda verə bilməyiblər. Neft yataqlarına malik bəzi ölkələr böyük dövlətlərin geosiyasi oyunlarının qurbanı olub, digərləri isə bu sərvət uğrunda aparılan müharibənin nəticəsində tamamilə dağılıblar. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycanın, Gürcüstanın Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verilib. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirilib. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verilib.

Kəmərin təntənəli açılış mərasimi 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarından hasil edilən nefti Şahdəniz yatağından hasil olunan kondensatı Azərbaycandan nəql edir. BTC boru kəməri Bakı şəhəri yaxınlığında olan Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft bu boru kəməri ilə nəql edilir 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilib. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını bu sahədə Azərbaycanın uzunmüddətli maraqlarını dəstəkləyir.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin icrası ilə şəxsən maraqlanıb, davamlı olaraq tikinti işləri ilə tanış olub. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi regionun liderinə çevirib. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Qeyd etmək lazımdır ki, kəmərin istismar müddəti 40 ildir hazırda orta ötürücülük qabiliyyəti sutkada 1,2 milyon bareldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə bütövlükdə bölgə, Avropa ümumən dünya üçün iqtisadi siyasi baxımdan, eləcə enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin qarşısını alıb.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə inkişaf etməsinə zəmin yaradıb. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

 

Nuranə DAXİLQIZI

 

Respublika.- 2023.- 13 iyul.- S.4.