Azərbaycanın gücünə güc qatan qardaş ölkə

 

"İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır bu, bizə əlavə güc, ruh verdi".

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" festivalında iştirakı zamanı səsləndirdiyi bu fikirlər son dövrdə Azərbaycan-Ermənistan şərti sərhədində artan gərginliklə birlikdə yenidən gündəmə gəlib. Ermənistan ordusunun erməni separatçıların təxribatlarına ən tez reaksiya verən məhz qardaş ölkə olub. Türkiyə dəstəyini həm sözdə, həm əməldə göstərib.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat siyasi mərkəzidir. Bu da davamlı olaraq sözügedən ölkənin beynəlxalq arenada rolunu artırır. Türkiyənin güclü sənayesi isə həm onu, həm müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Qardaş ölkənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Azərbaycan da Türkiyənin sənaye sahəsindəki təcrübəsindən yararlanır. Bu məqamda onu da qeyd etmək lazımdır ki, son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə aprel ayında yeniliyə imza atıb. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. 2016-cı ildə inşasına başlanan "TCG Anadolu" gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank digər zirehli texnikalar da daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu məsələ dövlət başçımızın "TEKNOFEST"dəki çıxışında da öz əksini tapıb: "TEKNOFEST"də iştirak edərkən "TEKNOFEST"in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, "Bir yumruq!".

İlk dəfə 2018-ci ildə keçirilən artıq öz sahəsində brendə çevrilən "TEKNOFEST" festivalında verilən açıqlamalar həm ona görə vacibdir ki, bu tədbir tək millət, iki dövlət olan Azərbaycan Türkiyənin birliyi, həmrəyliyi qarşılıqlı əməkdaşlığının zirvəsi hesab olunur. 2022-ci il mayın 26-29-da "TEKNOFEST"in ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilməsi bu əməkdaşlığın yüksək səviyyədə olduğuna işarə edir. Türkiyənin altıncı ildir təşkil etdiyi "TEKNOFEST" Azərbaycan Türkiyə birliyinin müasir inkişafını nümayiş etdirən möhtəşəm hadisədir. Festival Türkiyə ilə pozulmaz əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasının, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın hərbi qüdrətin rəmzidir. Hazırda Türkiyə-Azərbaycan münasibətləri yarıkonfederasiya halına gətirilib, hər bir ölkənin uğuru kədəri digərində açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol isə hər iki ölkənin xalqlarını dövlətlərini daha möhkəm birləşdirir.

 

Jalə QASIMZADƏ

 

Respublika.- 2023.- 13 iyul.- S.5.