Ölkəmizi
zirvələrə aparan
Ulu Öndər dühası
1960-cı illərdə Azərbaycan iqtisadiyyatının
bir çox sahələrində - sənaye,
kənd təsərrüfatı,
ümumilikdə demək
olar əksər sahələrdə geriləmələr
müşahidə olunurdu.
Əvvəla, respublikanın
inkişafı getdikcə
ləngiyirdi ki, bu da nəticədə
əhalinin sosial vəziyyətinə mənfi
təsir edirdi. İstehsalın, o cümlədən
sənaye məhsulları
istehsalının ümumi
inkişaf səviyyəsinə,
milli gəlirin həcminə və əmək məhsuldarlığının
artım sürətinə
görə Azərbaycan
ittifaq səviyyəsindən
geri qalırdı və bu gerilik
getdikcə artırdı.
Kənd təsərrüfatı
ağır vəziyyətə
düşmüşdü, elmi-texniki tərəqqinin
nailiyyətləri istehsalatda
demək olar ki, tətbiq olunmurdu.
Respublikanın düşdüyü
bu ağır vəziyyətdə Azərbaycan
rəhbərliyində mühüm
dəyişikliyin baş
verməsi və
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə təyin
olunması belə bir mürəkkəb şəraitdə ölkəyə
yeni bir nəfəs gətirdi. Bununla sovet Azərbaycanının
tarixində böyük
dönüş dövrü
başladı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü
yeni, müstəqil Azərbaycanı Heydər
Əliyev hələ
o zaman qurmağa başlamışdı. Zəngin
idarəçilik təcrübəsinə
malik olan Heydər Əliyev Azərbaycanı düşmüş
olduğu çox ağır vəziyyətdən
çıxarmaq üçün
qəti addımlar atmağa başladı. Ölkənin uzunmüddətli,
dinamik və hərtərəfli inkişafını
təmin edən kompleks inkişaf proqramları hazırlandı
və dərhal icrasına başlandı.
Xalqın qurub-yaratmaq arzusu bütünlüklə
Azərbaycanın ümumi
yüksəlişi üçün
səfərbər olundu.
Nəticədə bu illər sovet Azərbaycanının tarixinə
ən parlaq quruculuq dövrü kimi daxil oldu.
Sənaye və kənd təsərrüfatının
bütün sahələrində
yüksəliş baş
verdi. Respublika iqtisadiyyatında
mühüm struktur dəyişiklikləri həyata
keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin
inkişaf səviyyəsinə
görə, respublikanın
proporsional inkişafı
üçün mühüm
tədbirlər görüldü.
İstehsalla bilavasitə
bağlı olan elmi-tədqiqat sahələrinin
inkişafına diqqət
artırıldı. Elmi-texniki
tərəqqinin nailiyyətlərinin,
mütərəqqi texnologiyaların
istehsalata tətbiqi sahəsində Azərbaycan
SSRİ-də qabaqcıl
mövqelərə çıxdı.
İstehsal olunan məhsulların keyfiyyət
göstəricisi əvvəlki
dövrlərlə müqayisə
olunmayacaq dərəcədə
yüksəldi. Heydər
Əliyevin uzaqgörən
siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində
Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı
respublikasına, o cümlədən
qabaqcıl pambıqçılıq
və üzümçülük
diyarına çevrildi.
Kənd zəhmətkeşlərinin
sosial-iqtisadi vəziyyəti
əsaslı surətdə
yaxşılaşdı. Azərbaycanda
tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Qısa dövr ərzində, bütövlükdə respublika
ərazisində yüzlərlə
zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi
işə salındı.
Bir çox mühüm istehsal sahələrinə görə
Azərbaycan Sovet İttifaqında aparıcı
yerlərdən birini tuturdu. Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə
ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki
50 ildəkinə bərabər
idi.
Həmin illərin
Azərbaycanı nəhəng
bir tikinti meydanını xatırladırdı.
Bakının və respublikanın rayonlarının
siması büsbütün
dəyişmişdi. İqtisadiyyatın
sürətli və çoxşaxəli inkişafına
uyğun olaraq respublikanın ali və orta ixtisas
təhsili şəbəkəsi
genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə
3500 azərbaycanlı gənc
göndərildi. Hər
il təhsil almaq üçün Azərbaycandan kənara
800 tələbə yola
salınırdı. Hərbi
təhsilin inkişafına
xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində
azərbaycanlı gənclərin
olmamasından narahatlıq
keçirən Ulu Öndər gənclərin
ali təyyarəçilik
məktəblərinə göndərilməsini
şəxsi nəzarətinə
götürmüşdü. Heydər Əliyevin həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində
Azərbaycan o zaman dağılmağa başlamış
böyük SSRİ məkanında
qabaqcıl sənaye, kənd təsərrüfatı
və mədəniyyət
respublikasına çevrildi.
Bu, Heydər Əliyevin məqsədyönlü,
dərindən ölçülüb-biçilmiş
və gələcəyə
istiqamətlənmiş müdrik
siyasətinin, dahiyanə
uzaqgörənliyinin parlaq
nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi bütün bu əzəmətli quruculuq
işlərinin tarixi əhəmiyyəti bundan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları
baş qaldırdı.
Bu gün bizim yaşadığımız
müstəqil güclü
Azərbaycan özülləri
Ulu Öndər tərəfindən möhkəm
qoyulmuş bir ölkədir. Dahi liderin siyasi kursunu davam etdirən
Prezident İlham Əliyev isə bu özülləri bir az da
dərinləşdirmək və gücləndirməklə
tarixdə heç vaxt olmadığı qədər güclü bir Azərbaycan formalaşdırmışdır.
Vüqar
İSKƏNDƏROV,
Milli Məclisin
deputatı.
Respublika.- 2023.- 13 iyul.-
S.6.