Müasir Azərbaycan dövlətçiliyinin qurucusu

 

Bəşər tarixinin səhifələrini vərəqlədikcə xalqımıza Tanrı tərəfindən bəxş edilən nadir zəka sahiblərinə rast gəlirik. Bu şəxsiyyətlərdən biri XX əsr Türk dünyasının lideri, dərin zəkası, saf əqidəsi, iti ağlı yüksək erudisiyası ilə millətinə şöhrət qazandıran Heydər Əlirza oğlu Əliyevdir. Sivil dünyanın tanınmış siyasətçisi olan Heydər Əliyev həyatı fəaliyyəti boyu bir çox xalqların millətlərin diqqətini Azərbaycana çəkmiş, hər hərəkəti, hər sözü ilə dahilik zirvəsinə ucalmışdır.

Azərbaycan millətinin müasir tarixinin banisi, azad Azərbaycanın dövlət dövlətçiliyinin yaradıcısı ümummilli lider Heydər Əliyevin doğma millətinə həsr etdiyi mübarizələrlə dolu həyatı xüsusi bir dövrün, epoxanın canlı salnaməsidir. Heydər Əliyev sarsılmaz iradəsi ilə hər zaman Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizə aparmış, vətənpərvərlik nümayiş etdirmişdir. Hər bir Azərbaycan vətəndaşı üçün ən ümdə vəzifə məqsəd kimi vətənpərvərlik anlayışını müəyyən etmişdir: "Hər bir vətənpərvər ruhlu şəxsiyyət, xalqını, millətini sevən hər bir Azərbaycan vətəndaşı Azərbaycanın azadlığının daim dönməz olması məqsədilə iradi cəhd göstərməlidir. Torpaqlarımızı, ana yurdumuzu, azad Azərbaycan Respublikasının suverenlik ərazi bütövlüyünü müdafiə etmək ən şərəfli vəzifələrdən biridir bu vəzifəni yerinə yetirmək hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır. Azərbaycanlılar! Azərbaycan Respublikasının bu gününü sabahını sizə tapşırıram, qoruyun!".

Azərbaycan tarixində Heydər Əliyev qədər görkəmli nüfuzlu şəxsiyyətlər azdır. "Xalqın atası" adlandırılan ümummilli lider xalqının taleyinin formalaşmasında həlledici rol oynayıb.

Azərbaycan xalqının milli tarixində önəmli yer tutan 15 İyun - Milli Qurtuluş Günü kimi qeyd edilir. Bu gün Azərbaycanın müstəqilliyini bərpa etdiyi öz dövlətçiliyinə doğru addımlar atdığı tarixi bir mərhələdir. 1990-cı ildə Azərbaycanın SSRİ-dən ayrılmaq üçün başladığı milli mübarizənin bir hissəsi kimi qəbul edilən bu gün dövlətimizin inkişafının, öz vətəndaşlarının hüquqlarını qorumağa çalışdığının, milli mənəviyyatının simvoludur.

Həmin tarixdə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Amma bütün bunlara nail olmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. Əks halda, dağılmış iqtisadiyyatın bərpasına, xarici sərmayələrin cəlb olunmasına, dövlət quruculuğu ilə yüksək fəaliyyətə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində bu sahədə ciddi tədbirlər görüldü. Ən əsası isə Azərbaycan dövlətçiliyinin varlığına böyük təhlükə olan 1994-cü ilin oktyabr 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, təqsirkar şəxslər cəzalandırıldı. Bununla da hakimiyyətə silah yolu ilə gəlmə cəhdlərinə birdəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı üçün sağlam şərait yaradıldı. Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə ən ümdə, vacib məsələlərindən biri qərb qonşumuz, əbədi düşmən Ermənistanın getdikcə genişlənən təcavüzünün qarşısını almaqdı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizamlı silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi diplomatik vasitələr işə salındı. Bununla da güclü əks zərbələr alan düşmən danışıqlara getməyə məcbur oldu 12 may 1994-cü il tarixdə atəşkəs haqqında saziş imzaladı.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun şəkildə iqtisadi siyasət reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb inkişaf yoluna çıxarmaq idi. Təsadüfi deyil ki, Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması bu baxımdan atılmış ilk həyati əhəmiyyətli addım olmuşdur. Heydər Əliyev əsl fədakarlığı sədaqəti ilə həmişə Azərbaycan xalqının yanında olub.

Təsadüfi deyil ki, Azərbaycanın qırx ildən çox bir dövrü - tarixi müqəddəratı Heydər Əliyevin adı ilə əlaqəlidir. Bu illər ərzində millətin ictimai-siyasi, iqtisadi mədəni həyatında bütün sahələrdə baş verən dəyişikliklər məhz onun fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev respublikaya rəhbərliyi dövründə daimi inkişafı üçün mübarizə apardığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə hər zaman qürur duyduğu doğma vətəni Azərbaycanı bir dövlət olaraq zamanın ağır kəskin sınaqlarından üzüağ çıxarmışdır. O, görkəmli dövlət xadimi, xalqın rəhbəri olaraq hələ sağ ikən canlı əfsanəyə çevrilmişdir.

Heydər Əliyev ümummilli ideologiyamızın konsepsiyasının təşkil edilməsi fikrini irəli çəkmiş, bu sahədə görüləcək işləri, tətbiq sahələrini, vasitə imkanları təbliğ edərək, tövsiyələrini vermişdir. Bu ideologiyanı yaratmaq, təşkil etmək yerinə yetirmək işində təhsil müəssisələrinin gücünü yüksək dəyərləndirən Heydər Əliyev Azərbaycan dili Azərbaycan tarixi predmetlərinin, dini baxışların dövlətçilik ənənələrinin təbliğ edilməsinə xüsusi əhəmiyyət vermişdir. Ümumilikdə, Heydər Əliyevin elmi-nəzəri irsi xalqın milli sərvəti kimi dəyərlidir. Tariximiz, iqtisadiyyat, siyasət, ədəbiyyat, mədəniyyət mənəviyyat, adət-ənənələr, etnoqrafiya, dövlətçilik, milli ideologiya haqqında məqalə çıxışları, söylədiyi fikirlər tarixi dəyərə malikdir.

Ulu öndər sovetlər dönəmində Kommunist Partiyasının məsul işçisi kimi təcrübə toplamış, uzun illər Azərbaycana rəhbərlik etmiş, xalqın təkidi ilə ikinci dəfə dövləti böhrandan qurtarmışdı. XX əsrdə dünya bu siyasi xadimi tanıyır, onunla hesablaşırdı. Heydər Əliyev Azərbaycanın gələcəyini düşünən, onun suverenliyi müstəqilliyi uğrunda həyatından, canından keçməyə hazır olan böyük azərbaycanlı idi.

Heydər Əliyevin aktiv siyasi fəaliyyəti hər bir Azərbaycan vətəndaşında millətinin çağdaş tarixinin banisi, azad Azərbaycan dövləti dövlətçiliyinin yaradıcısı kimi fəxarət hissi doğurur. Azərbaycan millətinin tarixində ilk dəfə Heydər Əliyev milli ideologiya məfhumunun yaradılması ideyasını irəli sürmüş, bu sahə üzrə görüləcək işlər, bu işlərin tətbiqi sahələri, vasitə imkanları barədə tövsiyələr vermişdir.

 

Heydər Əliyevin ideya-nəzəri irsində milli-mənəvi birlik siyasi, fəlsəfi, sosioloji aspektdən diqqəti cəlb edir. Milli şüur, milli özünüdərk, milli ləyaqət qürur, tarixi birlik vəhdətdə götürülür. Bütün bunların hamısına ulu öndər azərbaycançılıq məfkurəsi prizmasından yanaşırdı. O bilirdi ki, milli-mənəvi birlik Azərbaycan xalqının sabaha, gələcəyə uğurla addımlamasını, xalqın vahidliyini, millətin, cəmiyyətin dəyərlər sistemini formalaşdıran əsas amildir.

Heydər Əliyev müstəqil dövlət qurucusu kimi Azərbaycanın inkişafında əsas rol oynamış, güclü müstəqil Azərbaycanın əsasını qoyaraq ölkənin dövlətçiliyinin möhkəmlənməsi yolunda yorulmadan çalışmışdır.

1980-ci illərin sonu 1990-cı illərin əvvəlləri Azərbaycanda dərin siyasi sosial dəyişikliklər dövrü oldu. Sovet İttifaqı dağılmağa başlayanda daha çox muxtariyyət müstəqillik tələb edən millətçi hisslər yüksəldi. Bunun fonunda Milli Qurtuluş Günü Azərbaycanın öz müqəddəratını təyinetmə mübarizəsində dönüş nöqtəsi kimi meydana çıxdı. Heydər Əliyevin xarizmatik liderliyi Azərbaycanın müstəqilliyinə sarsılmaz sadiqliyi onu ön sıralara çıxardı.

Heydər Əliyev Azərbaycanın daxili xarici siyasətinin formalaşmasında əhəmiyyətli addımlar atır ölkəni beynəlxalq təşkilatlara üzv etmək üçün çalışırdı.

Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafını təmin edir, iqtisadiyyatın diversifikasiyası, neft qaz sənayesinin inkişafı, xarici investisiyaların cəlb edilməsi, infrastrukturun gücləndirilməsi sosial müdafiə sisteminin yaradılması kimi müxtəlif sahələrdə addımlar ataraq Azərbaycanın iqtisadi mövqeyini gücləndirirdi. Bu dövrdə Azərbaycanın neft sənayesi dünyada əhəmiyyətini artırır ölkə iqtisadiyyatında önəmli rol oynayırdı.

Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra dövlətin daxili xarici problemlərinin həlli üçün çox çalışmışdır. O, Azərbaycanı həm siyasi, həm iqtisadi olaraq gücləndirmək məqsədilə səmərəli tədbirlər həyata keçirmişdir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsasını qoymuşdur. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet təşkil etmişdir.

Hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, qanunçuluğa əməl edilməsini şərtləndirən mühüm vasitə kimi yanaşdı. "Biz Azərbaycanda demokratik, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət olacaq, həm bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik cəmiyyət olacaq".

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması həyata keçirilməsi sahəsində gərgin səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi müdrik uzaqgörənliyi sayəsində bir çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış həyata keçirilməsinə başlanmışdır.

12 noyabr 1995-ci il tarixdə müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ilə paralel şəkildə Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdırılması istiqamətində real addımlar atıldı. Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırıldı, ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyuldu, seçkili yerli özünüidarəetmə orqanları - bələdiyyələr yaradıldı. Yeni qanunların qəbulu ilə müstəqil dövlətimizin fəaliyyəti üçün hüquqi bazanın əsası qoyuldu.

Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Dünya azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikası Prezidentinin söylədiyi proqram səciyyəli nitqin aparıcı xəttini belə bir tezis təşkil edirdi: "Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik".

Azərbaycanın Avropa Şurasına daxil olması Heydər Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edirdi. Bu yolda aparılan gərgin səmərəli uğurlu bəhrəsini verdi. 2001-ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasına daxil oldu. "Avropa Evi"nin bərabərhüquqlu etibarlı sakininə çevrildi. Heydər Əliyev müstəqil dövlətin əsaslarını möhkəm əbədi dayaqlar üzərində qurdu, xalqımızı demokratik inkişaf yoluna istiqamətləndirdi.

Azərbaycan dövlətinin tarixində Heydər Əliyevin müstəsna yeri var. Onun fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta postsovet məkanında, eləcə bütün dünya miqyasında gedən prosesləri Heydər Əliyevin strateji xəttindən kənarda təsəvvür etmək mümkün deyil.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasi xadim, dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı ilə bağlıdır. Bu mürəkkəb proseslər onun həm əməli fəaliyyətində, fəlsəfi məfkurəsində, milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Heydər Əliyevin rəhbərliyi Azərbaycanın siyasi mənzərəsində bütövlükdə cəmiyyətdə silinməz iz qoyub. Onun dünyagörüşü, uzaqgörənliyi Azərbaycan xalqına bağlılığı nəsilləri ruhlandırmaqda davam edir. Bu gün Azərbaycan çiçəklənən iqtisadiyyatı, güclü infrastrukturu ilə beynəlxalq aləmdə nüfuzlu dövlət olaraq tanınır. Bu transformasiya Heydər Əliyevin rəhbərliyi olmadan mümkün olmazdı.

 

Camal BAĞIROV,

 

Biləsuvar rayon prokuroru, Baş ədliyyə müşaviri.

 

Respublika.- 2023.- 13 iyul.- S.6.