Tovuz döyüşlərindən üç
il ötür
Doğma yurdumuz
Azərbaycan əsrlər
boyu bir çox müharibələrə
cəlb olunub. Qəhrəmanlığı, cəsarəti
ilə seçilən
azərbaycanlı gənclərin
adları isə dillərə dastandır.
Doğrudur, heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar
döyüşdə doğulur.
Bu baxımdan qəhrəmanlarımız illərdir
tarix yazmağa davam edir. Üç
il bundan əvvəl, elə bu günlərdə Hayastan yenə öz hiyləgərliyindən
əl çəkməyib,
Tovuz rayonu istiqamətində atəşkəs
rejimini pozaraq artilleriya qurğularından
istifadə etməklə
mövqelərimizi atəşə
tutub və hücuma keçməyə
cəhd göstərib.
Xoşbəxtlikdən rəşadətli
Azərbaycan Ordusunun gücü sayəsində
hər hansı ərazi itkisinə yol verilməyib. İyulun 13-nə keçən
gecədə düşmən
tərəf öz çirkin əməllərindən
əl çəkməyərək
iriçaplı pulemyotlardan,
qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan
və digər artilleriya qurğularından
da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən
Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Nəticədə ordumuz öz gücünü bir daha sübut
edərək, düşmənin
dayaq məntəqəsi,
artilleriya qurğuları,
avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin
endirdiyi sarsıdıcı
zərbələr nəticəsində
düşmən xeyli
itki verib. Elə həmin gün ölkə başçımızın sədrliyi
ilə Təhlükəsizlik
Şurasının iclası
keçirilib. Ordumuz düşmənin fəaliyyətinin
qarşısının alınması
məqsədilə cəza
tədbirləri görüb.
Təsadüfi deyil ki, Ermənistan tərəfi itkiləri barədə məlumatları
gizlədib.
Riyakar düşmən
etdiyi əməldən
dərs almayaraq, iyulun 13-ü yenidən sərhəd bölgəsinə
hücum cəhdi göstərib. Hayastan Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatan və toplarla atəşə tutub. Ermənistanın bütün
təxribatlarına qarşı
qoşunlarımız tərəfindən
daha sərt cavab tədbirləri həyata keçirilib. Düşmənin bir neçə hərbi obyekti və texnikası, həmçinin
atəş mövqeləri,
radiolokasiya stansiyası,
şəxsi heyəti,
tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin
dəqiq atəşi ilə darmadağın edilib.
İki gün fasilələrlə hərbi
hissələrimizə və
bölgələrimizə hücum
edən Ermənistan ordusu əsla dayanmaq niyyətində olmayıb, qarşı tərəfə daha çox ziyan vurmaq məqsədilə dayanmadan silaha sarılıb, mülki əhalini və yaşayış məntəqələrimizi
də atəşə
tutub. Şübhəsiz
ki, hər dəfə layiqli formada cəzasını alan erməni qoşunları daha da qəzəblənərək
iyulun 14-ü yenidən
Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini
iriçaplı silahlardan
və artilleriya qurğularından atəşə
məruz qoyub. Xalqımız bu dəfə də rəşadətli Azərbaycan
Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevi əbədi itirib.
Tovuz döyüşləri
öz növbəsində
mühüm əhəmiyyət
kəsb edib. Həmin bir həftə ərzində
xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı
qəhrəmancasına döyüşən
ordumuzla milli həmrəylik nümayiş
edirdi. Belə ki, iyulun 14-dən 15-nə
keçən gecə
on minlərlə gənc paytaxtımızda
yürüş edib, Azərbaycan Ordusuna sonsuz dəstəyini göstərib. Növbəti
günlərdə gənclərimiz
ordu sıralarına yazılmaq üçün
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə
müraciət edib. Buna əsasən, Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş
iclasında Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev xalqa çağırış edib:
"Əgər kimsə,
hansısa vətənpərvər
insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram".
Bundan sonra minlərlə vətəndaşımız
könüllü orduda
xidmət etmək barədə arzularını
bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.
İyulun 16-da səhər
mövqelərimizə yenidən
hücum etməyə
cəhd göstərən
düşmən Tovuz
rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı
silahlar və minaatanlardan atəşə
tutub. Qarşı tərəf elə yerindəcə cavab atəşi ilə susdurulub. Növbəti gün Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə
gərginlik davam edib.
Bir sözlə,
Azərbaycan Ordusunun yüksək peşəkarlığının
daha bir örnəyi olan Tovuz döyüşləri
zamanı Silahlı Qüvvələrimizin 12 hərbi
qulluqçusu şəhidlik
zirvəsinə ucalıb
və 1 mülki şəxs həlak olub. Xalq bu
döyüşlər zamanı
şəhidlik zirvəsinə
ucalan öz mərd, vətənsevər
oğullarını böyük
izdihamla son mənzilə yola salıb. Düşmən
tərəfin isə
100-dən çox hərbçisi
məhv edilib, döyüş texnikası
sıradan çıxarılıb.
Bundan çox qısa zaman sonra Silahlı Qüvvələrimizin hərbi
qulluqçuları və
şəhidlər, eləcə
də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə
yüksəlmiş qəhrəmanlarımız
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə
müxtəlif orden və medallarla təltif olunublar.
Döyüşdə Azərbaycanın hərbi
qələbəsi ilə
bərabər, onun geosiyasi üstünlüyü
də açıq şəkildə ortaya çıxdı. Belə
ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının bir
neçə üzvünün
ölkəmizin haqlı
mövqeyini dəstəkləməsindən
sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın
işğala məruz
qaldığını bildirməklə
kifayətlənmədilər, eyni zamanda ölkəmizə
hər cür dəstək verə biləcəklərini bildirdilər.
Prezident İlham Əliyev çıxışlarının
birində deyib: "Beləliklə, bütün
bu məsələlər
bir daha onu göstərir ki, bu gün
Azərbaycan həm beynəlxalq müstəvidə,
həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə
çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər
ki, Azərbaycanın müstəqilliyi, azadlığı,
insanların rifahı
və ölkəmizin
güclənməsi daim
diqqət mərkəzində
olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həllidir.
Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə
demişəm - beynəlxalq
təşkilatlarda, beynəlxalq
kürsülərdən, ölkə
daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm,
Azərbaycan xalqı bilsin ki, bu,
milli məsələdir.
Biz bu məsələni
elə həll etməliyik ki, bu həll Azərbaycan
xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".
Tovuz döyüşləri
şanlı qələbəmizə
gedən yolda körpü rolunu oynayıb. Nəticədə
bundan iki ay sonra Rəşadətli
Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın
siyasəti nəticəsində
doğma torpaqlarımız
44 günə azad edilib.
Töhfə SƏMƏDOVA
Respublika.- 2023.- 13 iyul.- S.9.