QHT-lər ekoloji cinayətlərin qarşısının alınmasını
tələb edirlər
İşğal dövründə
Azərbaycan ərazilərindən
öz mənfəəti
üçün istifadə
edən, ekoloji tarazlığı ciddi şəkildə pozan, bu yerlərdən sadəcə narkotik ticarəti və təbii sərvətlərimiz
hesabına zənginləşmək
məqsədi güdən
Ermənistan 30 ilə
yaxın müxtəlif
ekoloji terror aktları törətmişdir.
Qarabağın ekoloji
tarazlığına ciddi
ziyan dəymiş, kənd təsərrüfatı
sistemi tam şəkildə sıradan
çıxmışdır. Kimyəvi çirklənmə
nəticəsində çay
və göllərdə
özü-özünü tənzimləmə prosesi
dayanmış, bu yerlər ekoloji təhdid yaradacaq gölməçələrə çevrilmişdir.
Milli parklar da daxil olmaqla
qorunan təbiət əraziləri Ermənistan
silahlı qüvvələri
tərəfindən genişmiqyaslı
yanğınlara səbəb
olan raket atəşinə tutulmuşdur.
Azərbaycanın "Qırmızı
Kitabı"na və
Beynəlxalq Təbiəti
Mühafizə İttifaqının
"Qırmızı Siyahısı"na
daxil edilmiş nadir təbiət inciləri məhv edilmişdir. Ermənilərin
törətdikləri ekoloji
terror ekologiya və ətraf mühitlə bağlı
beynəlxalq konvensiyaların,
o cümlədən "Ətraf
mühitin dəyişdirilməsi
üsullarının hərbi
və ya hər hansı başqa düşmənsayağı
istifadəsinin qadağan
edilməsi" haqqında
BMT Konvensiyasının pozulması
deməkdir. Bununla yanaşı, Azərbaycan
Respublikası tərəfindən
1999-cu ildə ratifikasiya
edilən "Sərhədlərarası
kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında"
Konvensiyaya (Espo Konvensiyası) zidd əməllər törədilmişdir.
Belə ki, transsərhəd çayların
çirkləndirilməsi və
ölkələrin sərhədlərinə
yaxın, ekoloji təhlükə mənbəyi
sayıla biləcək
müəssisələrin yaradılması
qonşu ölkələrlə
mütləq razılaşdırılmalıdır.
Digər tərəfdən,
hələ müharibə
bitməmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq
və Əlaqələndirmə
ofisi, BMT-nin İnkişaf Proqramının
(UNDP) Azərbaycan üzrə
ölkə nümayəndəsi
ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi
ilə qurulan dialoqlar zamanı Qarabağ bölgəsinin
təbii sərvətlərinə,
ətraf mühitinə
zərər dəyməsi
və s. məsələlər
barədə xarici təmsilçilər bir daha məlumatlandırılmışlar.
Təəssüflər olsun ki, beynəlxalq
təşkilatlar Ermənistanın
Qarabağ ərazisində
törətdiyi faktiki
ekoloji cinayətlərin
qarşısını almaq
üçün heç
bir ciddi tədbirlər görmür,
əksinə, buna göz yumurlar. Bununla yanaşı, Ermənistanın dağ-mədən
sənayesi, onların
doğma torpaqlarımızdakı
yeraltı sərvətlərimizi
xarici investorlara satarkən baş vermiş ekoloji genosid Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Əkərək Mis-Molibden
Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay
vasitəsilə Araz çayını zəhərləyir.
Naxçıvan Muxtar
Respublikası ilə həmsərhəd ərazisində
- Arazdəyən kəndində
16 500 kvadratmetr sahədə
illik istehsal gücü 180 000 ton, 70 milyon ABŞ dolları sərmayə yatırılacaq
iri metallurgiya zavodunun inşasının
aparılması isə
törədilən cinayətlərin
davamıdır.
Ölkəmizin sadalanan
ekoloji cinayətlərlə
mübarizəsində QHT-lərin
fəaliyyəti olduqca
önəmlidir. Xatırlatmaq
yerinə düşər
ki, məhz Ermənistanın ekoloji terroruna qarşı haqq səsimizi ucaldan ekofəallarımızın
arasında məhz QHT
üzvləri də var idi. Ekoloji
çirklənmənin qarşısı
alınmalı, ümumən
regionun bu məsələdə təhlükəsizliyi
müdafiə olunmalı
və beynəlxalq məkanda ictimai rəy formalaşmalıdır.
Bu məqamda da, QHT-lərin məsələyə yanaşması
xüsusilə önəmlidir.
Qeyri-hökumət təşkilatları
da Azərbaycan dövlətinin ekoloji tarazlığın pozulmasına
qarşı münasibətini
dəstəkləyir və
müxtəlif bəyanatlarla
çıxış edirlər.
Azərbaycanda fəaliyyət
göstərən qeyri-hökumət
təşkilatlarının Ermənistanın Arazdəyəndə
yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə iyunun 8-də
verdiyi bəyanat deyilənlərə əyani
misaldır. Bəyanatda
qeyd olunur ki, Ermənistan Azərbaycanın Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
bölgəsində - Arazdəyəndə
iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları
bölgədəki ekosistemə
böyük zərbədir.
Onun tullantılarının
Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar
üçün həyəcan
siqnalıdır. Ermənistanın
dağ-mədən sənayesində
heç bir beynəlxalq standartlara əməl edilməməsi
həm Azərbaycan, həm də ümumilikdə bölgə
üçün ciddi
ekoloji təhdid yaradır. Bununla yanaşı, Ermənistandakı
ekofəallara da müraciət edən QHT-lərimiz böyük təhlükəyə səbəb
olacaq bu prosesi dayandırmaq üçün birgə səy göstərməyə
çağırış ediblər.
Ekoloji natarazlıq
çərçivəsində Prezident İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirmişdir
ki: "İndi transsərhəd təhlükələri
mütləq nəzərə
alınmalıdır və
Azərbaycanın burada
sərgilədiyi mövqeyi
yenə də beynəlxalq təcrübəyə,
beynəlxalq konvensiyalara
əsaslanır, o cümlədən
Espo Konvensiyasına, bunu hər kəs
internetdə açıb
baxa bilər. O göstərir ki, transsərhəd çayların
çirkləndirilməsi və
ölkələrin sərhədlərinə
yaxın müəssisələrin,
ekoloji təhlükə
mənbəyi sayıla
biləcək müəssisələrin
yaradılması qonşu
ölkələrlə mütləq
razılaşdırılmalıdır və biz bunu
Ermənistandan tələb
edirik". Ölkə
başçımız həmçinin
qeyd edir ki, bu gün
Azərbaycan ictimaiyyəti,
qeyri-hökumət təşkilatları
artıq bu məsələ ilə bağlı Ermənistanın
rəsmi orqanlarına
müraciət ünvanlayıblar
və ekologiya sahəsində fəaliyyət
göstərən beynəlxalq
ekspertlər və qeyri-hökumət təşkilatlarının
nümayəndələri də
bu müraciətə
qoşulublar.
İyunun 29-da isə
artıq bir sıra fərqli ölkələrin vətəndaş
cəmiyyəti təşkilatları
Arazdəyəndə tikiləcək
metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə
və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat
yayımlayıb. Əlbəttə
ki, beynəlxalq fikrin formalaşdırılması
baxımından bu bəyanatın olduqca böyük önəmi var. Azərbaycan tərəfinin razılığı
olmadan sərhəddə
belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə
ətraf mühitə
təsirin qiymətləndirilməsini
nəzərdə tutan,
1991-ci ildə qəbul
olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Ermənistan tərəfi
sadalanan bütün xəbərdarlıqlara məhəl
qoymayaraq bu gün də müxtəlif təxribatlar
törədir, dövlət
səviyyəsində təbliğ
edilən bu cinayət əməllərinin
ardı-arası kəsilmir.
Qeyd edək ki, iyulun 7-də QHT-lərimiz Cənubi Qafqaz regionunda ekoloji sabitliyin pozulması barədə Ermənistanın baş naziri Nikol Paşinyana
açıq məktub
ünvanlayıblar. Məktubda
deyilir ki, Azərbaycan Respublikasında
fəaliyyət göstərən
vətəndaş cəmiyyəti
təşkilatları beynəlxalq
ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən
sənayesində aparılan
işlərin ətraf
mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi
ekoloji böhranla bağlı çox narahatdır. Qeyd edilib ki, davam
edən mədən əməliyyatları nəticəsində
ekosistemin korlanması
təkcə Ermənistanın
ətraf mühiti üçün təhdid
deyil, həm də qonşu ölkələrə böyük
təhlükədir, ekoloji
zərərin transsərhəd
xarakteri regionda və ondan kənarda
yaşayan icmaların
sağlamlığını və rifahını riskə atır. Qeyri-hökumət təşkilatları
beynəlxalq ekoloji norma və standartları,
region əhalisinin hüquqlarını pozmaqla
aparılan dağ-mədən
sənayesi işlərinin
dayandırılmasını tələb edir. Müraciətdə vurğulanıb
ki, Ermənistanın dağ-mədən sənayesi
Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub:
"Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart və prinsipləri nəzərə
alaraq Ermənistanın
bütün dağ-mədən
sənayesi obyektlərinin
qapılarını ekologiya
və səhiyyə sahəsində ixtisaslaşmış
ekspertlər, Azərbaycanın
bu sahədə ixtisaslaşmış vətəndaş
cəmiyyətləri təşkilatları
üçün açasınız,
yerində müəssisələrə
baxış keçirilməsinə,
qiymətləndirmə və
monitorinq aparılmasına,
müvafiq nümunələr
götürülməsinə, ölçmə işləri
edilməsinə tam şərait yaradasınız".
QHT-lər Ermənistan
hökumətini məsuliyyətli
idarəetməyə, regiona
təhlükə yaradan
dağ-mədən sənayesindəki
işləri dərhal
dayandırmağa, region
əhalisi üçün
davamlı inkişafı,
sağlam gələcəyi
təmin edən qərarlar qəbul etməyə çağırır
və bu cür cinayət əməllərindən əl
çəkməyi tələb
edir. Azərbaycan dövləti də bütün müsbət addımlara öz dəstəyini bildirir və ölkəmizin haqq səsi bütün platformalarda eşidilir.
Nurlan ABDALOV
Respublika.- 2023.- 13 iyul.- S. 9.