Qərbi Azərbaycana Qayıdış haqqımızdır

 

1813 1828-ci illərdə imzalanan Gülüstan Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramın mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində, o cümlədən İrəvanda, Amasiyada, Dərələyəzdə, Göyçə mahalında, Vedidə, Zəngibasarda, Lori-Pəmbək mahalında, Zəngəzurda digər yerlərdə analoqu olmayan qırğınlar törətdilər, ev-eşiklərə od vurub yandırdılar. Əlbəttə, bu qanlı faciələr Stepan Şaumyan, Andranik, Dro digər daşnak dəstələrinin rəhbərləri tərəfindən təşkil edilirdi.

Həmin dövrdə haylar azərbaycanlıların yaşadıqları ərazilərdə bir sıra vəhşiliklər törətmiş, İrəvan şəhərindən, Amasiyadan, Vedidən digər ərazilərdən soydaşlarımız doğma yurdlarını tərk edərək Türkiyəyə, İrana, Gürcüstana üz tutmağa məcbur olmuşlar.

1920-ci il noyabrın 29-da "Ermənistan" sovetləşəndən sonra Rusiya bunun müqabilində Zəngəzur, Göyçə, Dərələyəz sair mahalları zorla azərbaycanlılardan alıb Ermənistana vermişdir.

1929-cu ildə Nüvədi daha 11 kənd Ermənistana verilmiş bununla da, Azərbaycan torpaqları hesabına 29,8 min kvadratkilometr olan Ermənistan dövləti yaradılmışdır.

Göyçə gölünün Böyük Ördəkli kəndi yaxınlığında olan hissəsində bir ada var idi. Bu adaya azərbaycanlılar "Keşiş təpəsi" deyərlərmiş. Sonralar gölün suyu azaldığına görə, ada yarımadaya çevrilmişdir. Bu adada albanlar tərəfindən qara daşdan tikilmiş bir məbəd olub. Çar Rusiyası tərəfindən ərazi zəbt olunduqdan sonra rus mənbələrində məbədin adı Sevvank (Qara kilsə) kimi yazılmışdır.

Birinci Dünya müharibəsi zamanı Rusiyanın məğlubiyyəti Türkiyə cəbhəsində vuruşan erməni qoşun hissələrinin İrəvan, Zəngəzur Göyçə bölgələrinə keçməsinə səbəb olmuşdur. Sevan, Nor-Bayazet, Dərələyəz istiqaməti ilə Zəngəzura gedən erməni qoşun hissələri yolboyu yerləşən türk kəndlərinə hücum çəkib, bütün kəndləri viran qoyub, dinc əhalini qılıncdan keçirmişlər. Sağ qalanlar dağ cığırları ilə İrəvana üz tutmuşlar. Qaçqın əhali Uluxanlıya (Masis) yığılmış oradan Türkiyəyə keçmişlər.

1918-ci ildə Qarakilsənin (Kirovakan) Vartana kəndi daşnaklar tərəfindən tamam yandırıldı. Bu kənddən tək-tük yaşlı insanlar salamat qurtara bilmişdilər. Erməni quldur dəstələri Ardıc kəndinin dəyirmançılarını öldürüb kəndə hücum edən zaman güclü müqavimətə rast gəldilər. Həmin günlərdə artıq türk ordusu köməyə gəlmişdi.

Erməni xəyanəti nəticəsində 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 min azərbaycanlı Ermənistandan sürgün edildi. Əlbəttə, bu köçürmənin səbəbkarları Stalin, Molotov, Arutyunov digər ermənipərəst rəhbərlər idi.

1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqlarla üzləşdilər - sonuncu nəfərə qədər min illər yaşadığı torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Azərbaycan Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd qəsəbə, yüzlərlə abidə itirdi.

18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalanmış, bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilmişdir.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar qədim Oğuz ellərindən, doğma ata-baba torpaqlarından ayrılmışlar. 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü Vətəndən qaçqın düşmüş bütün insanların qəlbində ümid çırağı yandırdı. İnsanlar köç karvanlarının qəribsəmiş yurd yerlərinə dönəcəyi günü səbirsizliklə gözləyir. Vətən müharibəsində tarixi qələbəmizdən sonra əsas hədəfimiz Qayıdış Konsepsiyasının reallaşmasıdır.

 

Nazim MUSTAFAYEV,

 

ehtiyatda olan polis zabiti.

 

Respublika.- 2023.- 13 iyul.- S.10.