Avropalı rəsmidən İrəvana Xankəndi mesajı

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar növbəti dəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən bəhs edib. O, Qarabağdakı ermənilərlə Azərbaycan arasında dialoqun başlanmasının vacibliyini qeyd etdiyi paylaşımında "Xankəndi" ifadəsini işlədib.

Klaarın bu sözdən istifadə etməsi isə erməniləri qəzəbləndirib. Ermənistan mətbuatında bu, qərbin məsələyə yanaşması kimi qiymətləndirilib. Yazılan ardıcıl məqalələrdə bildirilib ki, şəhərin adının "Xankəndi" olaraq yazılması İrəvana açıq mesajdır bu, Avropanın inteqrasiya prosesini sürətləndirmək cəhdi kimi dəyərləndirilməlidir. Erməni ictimaiyyətindəki bu narahatlıq isə anlaşılandır. Çünki coğrafi adlar, yəni toponimlər xalqın milli sərvəti olub onun mənşəyini, tarixini, etnogenizini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bu mənada, toponimlər digər dil vahidlərindən fərqli olaraq ictimai, siyasi, tarixi milli xarakter daşıyır. Çox zaman yazılı qaynaqların, arxeoloji qazıntıların verə bilmədiyi məlumatı toponimlərin köməyi ilə müəyyənləşdirmək olur. İndiyədək sözügedən ərazinin Stepanakert adlandırılması beynəlxalq ictimaiyyətdə bu bölgənin ermənilərə aid olduğu fikrini yaradırdı, indi isə vəziyyət dəyişib. Hazırda beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə hörmət edir toponimlərimizi əslinə uyğun şəkildə adlandırır.

Amma tarixi Azərbaycan torpaqlarına sonradan qondarma adlar qoyan ermənilər reallıqla barışmaq istəmirlər. Heç onların xaricdəki havadarları da bu reallığı qəbul etmək niyyətində deyillər. Belə ki, Klaarın "Xankəndi" ifadəsi ermənilərlə bərabər, Avropa Parlamentinin təhlükəsizlik müdafiə məsələləri üzrə alt komitəsinin sədri Natali Loiseaunun da etirazına səbəb olub. O, Toivo Klaarın dediklərinə "düzəliş" edərək, şəhərin adını ermənilərə uyğunlaşdırıb. Amma görünür, fransalı deputat hazırda Cənubi Qafqazdakı vəziyyətin dəyişdiyindən, regionda şərtləri Azərbaycanın diktə etdiyindən xəbərsizdir. Eyni zamanda, Paris rəsmisi onu da unudur ki, əslində özünün Azərbaycana ehtiyacı var. Belə ki, kəskin enerji böhranı ilə üz-üzə qalmışBakıya böyük ümidlə baxır. Hərçənd, hazırda Azərbaycandan Avropaya qaz ixracının həcmi o qədər böyük deyil. Lakin böyük perspektivlər, Orta Asiya qazının Azərbaycan üzərindən nəqli imkanları var. Hətta mövcud boru kəmərlərinin buraxılış gücünü artırmağın vacibliyi, yenilərini çəkməyin mümkünlüyü barədə söhbətlər gedir. Yəni avropalı tərəfdaşlarımız Azərbaycanın strateji imkanlarını görür, öz siyasətlərində mövcud reallıqlara uyğun korrektələr edirlər. Bu yanaşma özünü ötən il Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi toplantısında da açıq şəkildə göstərirdi. Toplantıdakı çıxışında Prezident İlham Əliyev Bakıya gələn nazirlərə, Aİ-nin yüksəkvəzifəli şəxslərinə Azərbaycanın qaz ehtiyatları barədə məlumatları çatdırdı.

Görünür, fransalı deputat bu məqamları nəzərə almasa da, Avropa İttifaqı Qafqazdakı ən yaxın tərəfdaşını itirmək istəmir. Bu səbəbdən , qurum ən yüksək səviyyəli rəsmiləri vasitəsilə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini açıqlayır. Toivo Klaarın sonuncu açıqlamasının Avropa İttifaqı, Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdən əvvəl verilməsi bu məqamda xüsusilə qeyd olunmalıdır. Çünki bu, rəsmi Bakının mövqeyinin böyük ölçüdə qəbul edildiyini göstərir.

Yekunda bir məsələyə aydınlıq gətirmək lazımdır. Toivo Klaar açıqlamasında dialoq məsələsinə toxunub. Ermənistan Bakı-Xankəndi formatını irəli sürsə , Bakının mövqeyi növbəti Brüssel görüşündə dəyişməz olaraq qalacaq. Avropa İttifaqının xüsusi nümayəndəsinin İrəvana "Xankəndi" mesajı isə onu göstərir ki, Azərbaycanın bu yanaşması beynəlxalq müstəvidə dəstəklənir.

 

Jalə QASIMZADƏ

 

Respublika.- 2023.- 13 iyul.- S.11.