Azərbaycan tarixinin qızıl səhifələrindən biri - 14 iyul 1969

 

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli Lideri.

 

Hər bir millətin dövlətin tarixində elə günlər var ki, yaddaşlara əbədi həkk olunur. Azərbaycanlıların Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri 14 iyul 1969-cu il tarixidir. Məhz bu tarixdə Ümummilli Lider Heydər Əliyev xidməti karyerasında ən böyük irəliləyiş edərək siyasi hakimiyyətə gəlmiş, bununla da ölkəmizin xalqımızın taleyində böyük dönüşün başlanğıcı olmuşdur.

Sirr deyildir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn dövrdə keçmiş Azərbaycan SSR-in əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olan bir ölkə idi Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən böyük şəxsiyyət Heydər Əliyev ilk günlərdən Azərbaycanı hərtərəfli sürətli inkişaf etdirməklə böyük siyasi uzaqgörənlik nümayiş etdirərək gələcək perspektivdə doğma ölkəsini müstəqil güclü dövlətə çevirməyi qarşısına məqsəd qoydu bu istiqamətdə misilsiz işlər görməyə başladı. Dövlətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığının şərtləndirdiyini nəzərə alan müdrik lider ictimai həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə geriləyən, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda ilk olaraq iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün qarşısını aldı. Bundan sonra onun rəhbərliyi ilə hərtərəfli, çoxşaxəli mütərəqqi islahatlar həyata keçirilməyə başlandı. Heydər Əliyevin müstəqil dövlətçilik strateji proqramının özünəməxsusluğu onunla səciyyələnirdi ki, burada nəzərdə tutulan tədbirlərin icrası bir sahənin deyil, bütün sahələrin çoxşaxəli inkişafını milliləşdirilməsini təmin edirdi. Heydər Əliyev dühasının, vətənpərvər rəhbərin gərgin əməyinin, yorulmaz fəailiyyətinin yüksək idarəçilik qabiliyyətinin nəticəsində o illər ictimai iqtisadi sahədəki köklü islahatlar, baş verən dəyişikliklər miqyasına xalqın rifahının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə, Azərbaycanın quruculuq salnaməsində ən parlaq dövrü təşkil etmişdir.

Ulu Öndər Heydər Əliyevin milli müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər, SSRİ-nin daxili xarici siyasəti çərçivəsində olsa da, Azərbaycanın xarici aləmlə iqtisadi, mədəni, elmi sair sahədə əlaqələrinin genişləndirilməsinə getdikcə beynəlxalq aləmdə tanınmasına xidmət edirdi. Bu məqsədlə Bakıda ittifaq beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, eləcə SSRİ respublikaları digər xarici ölkələrdə Azərbaycan elmi, mədəniyyəti incəsənəti günləri keçirilirdi ki, bütün bunlar xarici ölkələrlə, orada yaşayan insanlarla əlaqələrin qurulmasına, azərbaycanlıların qədim, vahid mütəşəkkil xalq olaraq özünəməxsus tarixi, mədəni ənənələrinin hər yerdə tanınmasına, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət elm mərkəzinə çevrilməsinə, nəticədə isə Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə hesablanmışdı.

Qeyd olunanlarla bərabər, o dövrdə SSRİ məkanında, böyük mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması, gənc nəsil arasında onların təbliğatının genişləndirilməsi istiqamətində dəyərli addımlar atılmışdır. Məhz Ulu Öndər Heydər Əliyevin ciddi səyi qətiyyəti nəticəsində böyük dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə öz vətəninə, Azərbaycana gətirildi. Müdrik strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən iqtisadi inkişafın sürətli həyata keçirilməsi taktikası da milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Dahi lider Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə bərabər, milli düşüncə sahibi olan ziyalıları da qorumuşdur. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin inkişafına təkan vermiş, həmçinin azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünya səviyyəsində tanıtdıra bilmişdi. Qətiyyətli rəhbər Heydər Əliyev dünya şeiriyyətinin zirvəsi olan ulu Nizami Gəncəvinin İmadəddin Nəsiminin yubileylərinin beynəlxalq miqyasda qeyd olunması ilə bağlı ali siyasi qərarların verilməsinə nail olmuşdu.

Azərbaycan inkişaf edib qüdrətləndikcə, onun rəhbərinin nüfuzu artırdı. Ümummilli Lider Heydər Əliyevin "Sosialist Əməyi Qəhrəmanı" fəxri adını alması, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi xalqımızı qədər qürurlandırırdısa, tarixi düşmənlərimizi bir o qədər məyus edirdi. XIX əsrin əvvəllərindən etibarən xarici İmperiya gücləri tərəfindən Böyük Türk dünyasının içərisinə "yad bədən" kimi yerləşdirilməklə, Qafqaza köçürülərək burada əzəli Azərbaycan torpaqları hesabına "Ermənistan" adı ilə süni dövlət atributları yaradılmasına müvəffəq olmuş düşmənlərimizin Kremldə olan nümayəndələri bu Böyük azərbaycanlının - bütövlükdə Türk dünyasının dahi oğlu Heydər Əliyevin, zamanında dünyanın ən böyük qüdrətli dövləti olan SSRİ siyasi hakimiyyətində çox yüksək pillələr fəth etməsini heç cür həzm edə bilmirdilər.

Bununla belə, onlar ilk vaxtlar bunu büruzə vermir, təfəkkür tərzlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin İttifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə - Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi isə ermənilər üçün qorxulu yuxuya çevrildi. Böyük şəxsiyyət Heydər Əliyevin Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi ikinci dəfə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adına layiq görülməsi onlara daha bir ağır zərbə oldu. Ümummilli Liderimiz ona həvalə edilən bütün vəzifələrin öhdəsindən layiqincə gəlirdi.

Dahi lider Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin ona qarşı qısqanclıq hissləri güclənir bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Bu fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə saldı. Bu prosesə dünyada böyük nüfuza əlaqələrə malik olan erməni lobbisi qoşulmuşdu. Öz əli ilə qurub-yaratdığı Azərbaycanda da bəzi qüvvələrin ona qarşı çıxması Heydər Əliyevi mənən ağrıdırdı. Bu səbəbdən 1987-ci ilin oktyabrında vəzifədən istefa verdi. Həmin dövrdə ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər baş verirdi. Azərbaycanın əzəli torpağı olan Qarabağın dağlıq hissəsində vaxtilə sovet hakimiyyəti tərəfindən gələcəkdə partlamalı olan bir bomba kimi qurulmuş "Dağlıq Qarabağ muxtar vilayəti"ni Ermənistana birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi qüdrəti erməni millətçilərini bu kimi çirkin fikirlərdən çəkindirirdi. Təsadüfi deyildir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə onun siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırdı. Bununla əlaqədar Xankəndidə Ermənistanda fasiləsiz mitinqlər başlandı. Əlbəttə, ovaxtkı Azərbaycan rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilməzdi. Beləliklə , həmin məsələ böyük bir problemə çevrildi, beynəlxalq səviyyəyədək yüksəldi Azərbaycanın məşəqqətli illəri başladı. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları Azərbaycan üçün böyük problemlər yaradırdı. Onların içində ən ağrılıları isə Qanlı Yanvar faciəsi xalqımızın soyqırımı ilə müşayiət olunan torpaqlarımızın işğal olunması idi.

20 Yanvar faciəsi baş verənədək Heydər Əliyevin fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdı. Ancaq Ulu Öndər bu hadisəyə biganə qala bilməzdi qalmadı da. Onun 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Respublikada 20 Yanvar faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla Azərbaycan xalqının yanında olduğunu bildirməsi, vətənpərvər şəxsiyyətin xalqa olan misilsiz sevgisinin təzahürü idi.

Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər təxribatlar kampaniyası geniş vüsət aldı. Buna baxmayaraq o, heç nədən heç kimdən çəkinməyərək Azərbaycana üz tutsa da, ona Bakıda yaşamağa imkan vermədikləri üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı. Naxçıvanda xalq onu, o, isə xalqı müdafiə etdi. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkrli niyyəti Naxçıvana da yönəlmişdi, onların planlarında buranın işğalı da nəzərdə tutulmuşdu. Ulu Öndər buna imkan vermədi. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi Azərbaycanın Ali Məclisinə bu bayrağın Dövlət Bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək "Sovet Sosialist" sözlərinin çıxarılması da müstəqilliyə doğru gedən yolda atılan çox ciddi addımlardan biri idi. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol dahi öndərin təşəbbüsü, uzaqgörən təfəkkürü, gərgin əməyi, dərin düşüncəsi, iti zəkası, cəsarəti qətiyyəti hesabına Naxçıvandan başlamışdır.

Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi məsələlərin demokratik sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan mühüm bir hadisə idi.

Ulu Öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan "Əsrin müqaviləsi" kimi bir müqavilənin bağlanılmasına nail oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan Ulu Öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini öz əlləri ilə qoymuşdur. Bundan sonra, bu gün Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz" layihəsi reallaşdı.

Ümummilli Liderin təşəbbüsü rəhbərliyi ilə həyata keçirilmiş iqtisadi islahatlar, ölkəmizdə paralel olaraq digər sahələrdə əsaslı islahatların aparılmasına zəmin yaratdı beləliklə Azərbaycan sürətlə inkişaf edərək regionda beynəlxalq aləmdə qüdrətli bir dövlətə çevrildi.

Sevindirici qürurvericidir ki, bu gün Azərbaycana Ulu Öndərin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi dünyaşöhrətli müdrik bir siyasətçi rəhbərlik edir Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirir. Xalqa bağlılığın xalqla iqtidar arasında olan sıx birliyin bu birliyin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, məhz İlham Əliyevin müdrik qətiyyətli siyasəti ilə Azərbaycan xalqının dövlətinin ən ağrılı problemi olan, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalda saxlanılmış 20 faiz ərazilərimiz öz azadlığına qovuşdu. Hazırda həmin ərazilərin yenidən qurulması işləri uğurla davam etdirilir, respublikamızın dinamik inkişafını təmin edən fundamental layihələr sürətlə reallaşır, ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirilir, nəhəng işlər görülür, regionlarımız cənnətə çevrilir, bir sözlə, misli görünməmiş uğurlar əldə olunur dövlətimiz daha da qüdrətlənir.

Bu gün Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindən danışarkən, xalqına olan sədaqəti, vətənpərvərliyi, xeyirxah əməlləri digər bu kimi əsl Azərbaycan xanımına xas müsbət cəhətləri ilə bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət millət qarşısında çoxşaxəli fəaliyyəti haqqında söz açmamaq mümkün deyildir. Onun Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna gəlişi hazırkı inkişafımızın daha da sürətlənməsinə uğurlarımızın davamlılığına, həmçinin milli maraqlara hesablanmış bir qərar idi. Hamıya məlumdur ki, xalqımızın qəlbində Mehriban xanıma dərin inam etimad vardır. İnsanların öz dərd-səri ilə dolu olan müraciətlərinin çox böyük bir hissəsinin ona ünvanlanması bunun aşkar göstəricisidir. Prezidentin sosialyönümlü siyasətinin gerçəkləşməsində Mehriban xanımın zəhməti fəaliyyəti danılmazdır. Təbiidir ki, vaxtilə onun xarici daxili siyasətdə apardığı bütün dünyada etiraf olunan fəaliyyəti hazırda yeni statusda daha yüksək səmərəliliklə davam edir, bu da öz növbəsində növbəti uğurlarımıza töhfə verir.

Göründüyü kimi, Azərbaycan tarixinin parlaq səhifələrindən biri olan 14 iyul 1969-cu il tarixindən bu günədək Ulu Öndər Heydər Əliyev dühası millətimizin dövlətimizin uğurlarını şərtləndirmişdir. Odur ki, bu gün xalqımızın tarixi günlərindən biri kimi yaddaşlarda əbədi olaraq qalacaqdır.

 

Mehdi HÜSEYNZADƏ,

 

Azərbaycan Respublikası Hərbi

 

Prokurorunun müavini, ədliyyə polkovniki.

 

Respublika.- 2023.- 14 iyul.- S.1; 6.