Qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi, siyasi, mədəni inkişaf strategiyası bu gün ölkə başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların başlıca  səbəbi isə düzgün, şəffaf məqsədyönlü islahatların aparılması, bu sahədə böyük nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycanda illər boyu uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatımızın davamlı inkişafını tənzimləməklə yanaşı, onun maliyyə dayanıqlılığının güclənməsinə müasirləşməsinə zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə müvafiq olaraq növbəti onillikdə reallaşdırılması nəzərdə tutulan milli prioritetlər ölkəmizin sosial-iqtisadi inkişafı üçün yeni hədəflərin müəyyən edilməsində müstəsna rol oynayır. Sərəncamda qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Çünki qeyri-neft sektorunun tərəqqisi sosial-iqtisadi inkişafın effektivliyi, eyni zamanda dövlət büdcəsinin gəlirlərinin artırılması müxtəlif mənbələrdən formalaşdırılması baxımından da vacib hesab edilir. Reallaşdırılan iqtisadi siyasətin məntiqi nəticəsi olaraq milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı son illərdə sürətlə davam edir.

Hazırda qeyri-neft sənayesinin inkişafı üçün respublikanın müxtəlif regionlarında güclü iqtisadi potensial var. Bundan başqa, kənd yerlərinin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərin növbəti illərdə davam etdirilməsi, eləcə infrastrukturun sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun maddi rifahının yüksəldilməsi üçün "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edilib. Proqramın yüksək səviyyədə icrası isə vergi daxilolmalarının artımına da təsirsiz ötüşməyib. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verəcək tədbirlər görülür. Bunlara gəlirlərin şəffaflaşdırılması uçotun dürüstləşdirilməsi, həmçinin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmalarının artımı aiddir.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdəndir. Kənd təsərrüfatının subsidiyalaşdırılması vergi azadolmaları, texnika gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın əsasında dayanan amillərdən hesab olunur. Xatırladaq ki, digər ərazilərdə iqtisadi aktivliyin sahibkarlıq subyektləri gəlirlərinin artması həm büdcə gəlirlərinin regional diversifikasiyasına, həm regionların maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir göstərir. Digər diqqətə çatdırmalı olduğumuz faktlardan biri regionların inkişafındakı sənaye zonalarının roludur. Ölkə başçımız daim öz çıxışlarında qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər söyləməklə sənaye zonalarının önəmini vurğulayır. Çünki iqtisadi inkişafın qeyri-neft sektoru hesabına davam etdirilməsi vacib məsələlərdəndir bu istiqamətdə böyük işlər görülüb. Sənaye parklarının aqroparkların yaradılması ixracın, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi rola malikdir. Aqroparkların yaradılması həm kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir.

Göründüyü kimi, son illər qəbul olunmuş məqsədli Dövlət proqramları, əlverişli biznes mühiti, eləcə uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft məhsullarının payının getdikcə artmasına imkan yaradır. Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər böyük deyil. Ancaq qeyri-neft sektorumuz qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır".

Ölkə başçımızın fikirlərindən bir daha aydın olur ki, atılan addımlar, keçirilən islahatlar öz nəticəsini verib. Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,4 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da ixracın 2021-ci ilin on ayı ilə müqayisədə 16,2 faiz artdığını göstərir.

 

Nəzrin ELDARQIZI

 

Respublika.- 2023.- 14 iyul.- S. 1; 2.