"Abşeron"
yatağı hesabına
qaz ixracının həcmi ildən-ilə artacaq
Azərbaycanın zəngin
enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox
mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş
neft və qaz kəmərləri Azərbaycanın karbohidrogen
ehtiyatlarını dünya
və Avropa bazarlarına çıxarır.
Bir zamanlar neft ölkəsi kimi tanınan Azərbaycan artıq qlobal miqyasda qaz ixrac edən
ölkəyə çevrilib.
Cənub Qaz Dəhlizinin fəaliyyətə
başlaması ilə
ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyinə
böyük töhfələr
verir.
Bu günlərdə
ölkəmiz üçün
təbii qaz sahəsində tarixi hadisə baş verdi. Belə ki, 2020-ci il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən
təməli qoyulan
"Abşeron" yatağından
ilkin qaz çıxarılmışdır. Dövlət başçısı iyulun
11-də 2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
bu mövzuya toxunaraq bildirib: "...Bir məsələni də qeyd etməliyəm.
Bu da bu
günlərdə "Abşeron"
qaz-kondensat yatağından
çıxarılan ilkin
qazın əhəmiyyəti
ilə bağlıdır.
Bu, doğrudan da çox əhəmiyyətli
hadisədir. Çünki
bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz
"Şahdəniz" qaz-kondensat
yatağı idi. Bu gün bizim
artıq iki böyük qaz-kondensat yatağımız var.
"Abşeron" qaz
yatağı ilə bağlı bizim ümidlərimiz böyük
idi. Bilirdik ki, "Abşeron" qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə
gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz
hasil edildi, debitlər də çox yaxşıdır.
Hətta bir quyudan "Şahdəniz"
qaz yatağından da daha çox
qaz və kondensat hasil edilir...".
Geoloqların ilkin
hesablamalarına görə,
"Abşeron" qaz-kondensat
yatağında təqribən
üç yüz milyard kubmetr təbii qaz var. Lakin bu,
hələ ki, ilkin proqnozlardır, ola bilsin, yataqda
olan qaz rezervləri daha yüksək rəqəmlərə
ifadə edilsin. Beləliklə, bu yataqdan çıxarılan
təbii qaz hesabına həm ixrac üçün ayrılan qazın həcmində artım baş verəcək, həm də enerji təhlükəsizliyimizin
təminatçısına çevriləcək.
Məsələyə münasibət bildirən
iqtisadçı-ekspert Xalid
Cəfərli vurğulayır
ki, bu xəbər
çox sevindiricidir:
"Belə bir rezervin olması hər kəsə məlum idi. Artıq bu istiqamətdə
müqavilə imzalanıb
investisiya qoyuluşu da edilmişdi. İndi isə məhsulumuzun barını
görürük, artıq
qaz çıxarılıb
borulara vurulur".
Daha sonra ekspert "Abşeron" qaz yatağından çıxarılan qazın
əhəmiyyətindən danışıb: "Azərbaycanın
təsdiq edilmiş qaz yataqlarının həcmi 2,2 trilyon kubmetrdir. Yəni bu təsdiq edilmiş kommersiya əhəmiyyətli qaz ehtiyatıdır. Bu günə qədər
2,2 trilyon kubmetr olan qaz yataqlarının
içərisində əsas
yeri "Şahdəniz"
qaz yatağı tuturdu və 2018-ci ildən istismara verilmişdi. "Şahdəniz"dən
sonra isə həcminə görə,
ikinci ən böyük qaz yatağı "Abşeron"
hesab edilir. Burada da təxminən
350 milyard kubmetr qaz, 45 milyon ton kondensat ehtiyatı var. İkinci əhəmiyyətli
"Abşeron" yatağından
ilkin mərhələdə
gündəlik 4 milyon
kubmetr qaz çıxarılır. Tam gücü
ilə işləyəndən
sonra bu rəqəm 1,5 milyard kubmetr səviyyəsinə
qalxacaq. Əvvəllər
ixrac zamanı "Şahdəniz" yatağından
asılı qalmışdıq.
İndi isə əlavə
ikinci ən böyük yatağımız
işə salındı.
Qeyd etmək lazımdır ki, "Abşeron"
yatağı XX əsrin
60-70-ci illərində tapılmışdı,
yəni çoxdan bizə bəlli idi. Lakin istismara verilməsi XXI əsrdə
oldu. Əvvəllər
kəşfiyyat quyusunun
işlənilməsində iki fransız şirkəti və
"SOCAR" birgə çalışırdı.
Sonra qazılan kəşfiyyat
quyusunun boş çıxması nəticəsində
şirkətin biri fəaliyyətini dayandırdı
və payları 10 faiz "SOCAR" və 10
faiz "Total" şirkəti
arasında bölüşdürüldü.
Beləliklə, paylar
"SOCAR" və "Total" arasında 50 faiz olaraq müəyyən olundu. "Abşeron" Azərbaycan və fransız şirkətinin
birgə istismar etdiyi qaz yatağıdır.
Əhəmiyyətinə gəlincə
isə deyə bilərik ki, ilk növbədə,
ölkəmizin qaz ixracını artıracaq.
Əvvəllər "Şahdəniz"
və "Azəri-Çıraq-Günəşli"dən
çıxarılan qaz-kondensatından
asılı olsaq da, indi müstəqil böyük qaz rezervinə sahib olduq. Axtarışlar hələ
də davam etdiyindən ola bilsin ki,
yeni qaz yataqları tapılıb istismara veriləcək. Ehtiyatlar
2,2 trilyon kubmetr təsdiq edilsə də, ancaq axtarışlar davam edir. Hazırda ölkəmiz qaz ixracını TANAP vasitəsilə
16 milyard kubmetrdən
30 milyard kubmetrə qədər və TAP-la isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi
nəzərdən keçirir.
Burada da "Abşeron"
qaz yatağının
müstəsna əhəmiyyəti
olacaq. Biz, eyni zamanda paralel olaraq alternativ enerji mənbələrindən
istifadə etməyə
çalışırıq. Bunun nəticəsində daxili
qaz istehlakını azaldıb ixraca üstünlük verə
bilərik və belə planlarımız
da var. Son vaxtlar "Yaşıl
enerji" stansiyalarının
yaradılmasında əsas
məqsəd də budur".
Xatırladaq ki, "Abşeron"
yatağının dəniz
əməliyyatlarının təməli 2020-ci il sentyabrın
19-da Prezident İlham Əliyev
tərəfindən qoyulmuşdur.
"Abşeron" yatağında
quraşdırılan dörd
əsas dayaq bloku və digər
sualtı qurğular
SOCAR-ın "BOS Şelf"
şirkəti tərəfindən
tikilib. Tikinti işlərinə ümumi
çəkisi 10 min tona
yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin,
estakadaların, məşəl
sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
"Abşeron" layihəsi
üzərində iş
zamanı "BOS Şelf"
şirkəti Azərbaycanda
ilk dəfə bütün
mühəndislik, təchizat,
tikinti, quraşdırma
işlərini həyata
keçirməklə layihənin
tam təminatla təhvil
verilməsi üsulunu
tətbiq edib. Yataqdan qazın hasilatı üçün
quraşdırılacaq platforma
öz növünə
görə nadirdir. Belə ki, platformanı kənardan, yəni "Neft Daşları"nda yerləşdirilən moduldan
idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb.
"Abşeron" layihəsində
Xəzərdə ilk dəfə
"boru içində
boru" texnologiyası
tətbiq olunacaq.
Qeyd edək
ki, Xəzər dənizinin
Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən
"Abşeron" yatağının
ehtiyatları 350 milyard
kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın
istismarı Azərbaycanın
təbii qaza artmaqda olan daxili
tələbatının təmin
edilməsinə əhəmiyyətli
töhfə verəcək.
Təməlqoyma mərasimində
jurnalistlərə açıqlama
verən ölkə başçısı bildirmişdi
ki, bu, doğrudan
da çox əhəmiyyətli hadisədir.
Çünki bu gün faktiki olaraq "Abşeron" qaz-kondensat yatağının
yeni mərhələsi
başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında daha bir uğura
imza atacaqdır.
Musa BAĞIRLI,
Respublika.- 2023.- 14 iyul.- S. 1; 7.